Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
17 Dekabr 2017


Yazıçılar yenidən Şüvəlan Yaradıcılıq Evinə qayıdacaq

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Axar.az" saytı olaraq yolumuzu Şüvəlan qəsəbəsində yerləşən S.Vurğun adına Yaradıcılıq Evindən saldıq. Vaxtilə Şüvəlanda yaradıcı adamlar üçün tikilmiş bu binada indilər cəmi iki şair yaşayır: İsa Şuşalı və Murad Köhnəqala. Beşmərtəbəli evin qalan sakinləri isə əsasən Cəbrayıl, Ağdam və Füzuli rayonlarından olan təxminən 60-70 qaçqın ailəsidir. Yaşayış şəraiti heç də ürəkaçan deyil, evlərinə su daman, beşinci mərtəbəyə birinci mərtəbədən vedrəylə su daşıyanlar bir yana, hələ heç bir şəraiti olmayan zirzəmidə acınacaqlı vəziyyətdə gün keçirən ailələr də var.

Binada işıq daimi olsa da, qaz xətti ümumiyyətlə yoxdur. Su ehtiyacını isə bina sakinləri özləri sifariş verib, başqa yerdən gətizdirdirməklə ödəyirlər.

Beşmərtəbəli ev AYB-nin nəzdindən çıxıb

Yaradıcılıq Evinin hələ də AYB-nin nəzdində olub-olmadığını öyrənmək üçün AYB-nin Mətbuat Katibliyi ilə əlaqə saxladıq. Nazim Məmmədov Yaradıcılıq Evinin AYB-nin nəzdində olmadığını, təxminən 1980-ci ildə tikilən bu evdə 90-dan sonra demək olar ki, bütünlüklə qaçqınların yerləşdirildiyini dedi.

AYB ev satmayıb

Evlərin qaçqınlara satılması ilə bağlı dolaşan söz-söhbətə cavab olaraq, Nazim bəy qətiyyən elə bir şey olmadığını, elə bir hal baş veribsə belə, bunun AYB-yə aidiyyatı olmadığını bildirdi.

Onlara tezliklə qaçqınların Şüvəlandakı Yaradıcılıq Evindən başqa mənzillərə köçürüləcəyinin söz verildiyini deyən Nazim bəy ondan sonra Yaradıcılıq Evinin yenidən təmir olunub yaradıcı adamların istirahəti üçün istifadəyə veriləcəyini vurğuladı.

1988-90-cı illərdə Şüvəlan Yaradılıq Evində direktor müavini işləyən Əjdər Ol da müavin işlədiyi müddətdə evlərin satılması ilə bağlı heç bir halın olmadığını bildirdi.

Yaradıcılıq Evinin "yaradıcı problemləri"

Qayıdaq Şüvəlandakı Yaradıcılıq Evinin kifayət qədər "yaradıcı" olan problemlərinə... Divarlarda hələ payızın ilk həftəsi çıxmamış yağış suyunun yaratdığı "mənzərələr" qışda yaranacaq vəziyyətin necə acınacaqlı olacağını indidən açıq-aşkar nişan verir. Gəl ki, bu vəziyyətdə yaşayan adamlar, ailələr arasında "halından" məmnun olanlar da az deyil.

Zirzəmidə yaşayan 4 nəfərlik ailə

Ən dəhşətli vəziyyət əslən Cəbrayıldan olan, Sumqayıt qeydiyyatlı ailənin zirzəmidəki evindəydi. Başçısı fəhlə işləyən ailə sosial yardım da ala bilmir. Evləndikləri gündən kirayələrdə yaşayan ailə bir il bundan əvvəl bu zirzəmiyə köçüb. Tamara, bu zirzəmi evin xanımı, qaldıqları ona yaxın evdən kirayə haqqını verə bilmədiklərinə görə çıxarıldıqlarını, nəhayət, bir tanışın köməkliyi ilə Yaradıcılıq Evinin zirzəmisinə köçdüklərini deyir. Ailənin 10 yaşlı oğlu və 7 yaşlı qızı internatda oxuyur.

Anarın AYB-dən qovduğu şair

Binanın dördüncü mərtəbəsində bir otaqlı mənzildə yaşayanlardan biri də Yaradıcılıq Evində məskunlaşan iki şairdən ikincisi İsa Şuşalıdır. Quliyev İsa Fərman oğlu 1937-ci ildə Şuşada anadan olub. 1975-ci ildə H.Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunu bitirib. İlk kitabı "Həqiqətlə qoşasan" şeirlər toplusudur. İsa bəy ailəsi ilə birlikdə 2006-ci ildən Şüvəlan qəsəbəsindəki Yaradıcılıq Evində yaşayır. 2007-ci ildən AYB-nin üzvüdür.

Qalaq-qalaq çap olunmayan əlyazmaları var. Əlyazmaların əksəriyyəti kimlərəsə həsr olunmuş şeirlərdən ibarətdir. Deyir ki, ev üçün müraciətə gedəndə Anar müəllim onu AYB-dən qovub, ordan qayıdan kimi də götürüb ərizəsini cırıb.

Aşıq Şəmşirlə şəkilləri var. Onunla deyişmələrini də göstərir. Bəxtiyar Vahabzadəyə, Şuşanın icra başçısına şeirlər həsr eləyib, Üzeyir Hacıbəyov haqqında xatirə yazıb: "Prezidentə çoxlu şeirlər həsr eləmişəm, amma o şeirləri hələ kitabda toplayıb çap elətdirməmişəm. 53 ildir ki, şeir yazıram, indiyə qədər 6 kitabım çap olunub. Şair dostlarımdan heç biri gəlib mənə baş çəkmir, əksinə, şeirlərimi götürüb öz adlarından istifadə eləyirlər.

Şuşa rayon icra başçısı Bayram bəy mənim dörd cildlik kitabımın çapını dayandırıb. Ona çoxlu şeirlər həsr etmişəm, əvvəllər çox yaxşı münasibətlərimiz olub, amma bir il xəstə yatdığım müddətdə bir dəfə də olsun, gəlib məni yoluxmadı".

Murad Köhnəqala qansız adamdır

"Bir müddət yazıçı Əli Vəliyevin evində qalmışam,- ithafçı şair deyir.- Vaxtilə münasibətlərimiz çox yaxşıydı. Dövrümüzün yazarlarından Əkrəm Əylisliyə nifrətim var. Çıxıb televizorda bir şuşalının vəhşiliklə erməni öldürdüyünü deyirdi.

Mirzə Xosrov mənə dərs deyib, ona şeir də həsr eləmişəm. Bir şair var - Köhnəqaladandır, bizim həyətdə yaşayır, tanımıram onu, haqqında kitab yazdım, amma gəlmədi, qansız adamdı o. Gedib məlumatları ailəsindən götürüb kitab yazdım, bir dəfə də olsun, gəlib mənə dəymədi. Amma hələ o kitab çap olunmayıb, vermədim çap olunmağa, verməyəcəm də".

(Şairdən Murad bəyə, prezident İlham Əliyevə həsr etdiyi şeirlərdən heç olmasa birini bizə verməsi üçün nə qədər yalvar-yaxar eləsək də, inadından dönməyib vermədi. İnanıram ki, böyük zövdən məhrum olmuşuq.)

Şuşanı Fikrət Qoca verdi...

"Xuraman Vəfa haqqında da kitab yazmışdım. Sonra bekara çıxdı, gördüm mənə başqa qələm verdilər ki, bunu KQB-dən aparıb-gətirirlər, başqa yolun quludu. Ona görə çapa vermədim. Mən onu o şərtlə yazırdım ki, bu kitabı verəm çıxa, mənim də bir 100-150 dənə öz şeirimi çıxara. Bu niyyətə yazırdım.

Fikrət Qocayla görüş keçirmişəm Şuşada, sonra o da kömək eləmədi mənə. Elə Şuşanı Fikrət Qoca verdi... Anar müəllimdən xahişim odur ki, prezident təqaüdünə salsın adımı. Ağırdı vəziyyətim, özüm xəstəyəm, evdən çxıb heç yerə gedə bilmirəm, ev şəraitim də çox pisdi.

Şairdən şəhidə... İki otaqda 10 nəfər

Növbəti acınacaqlı vəziyyət Ağdam qaçqını, 2-ci qrup əlil Sədaqət Aslanova və övladlarının yaşadığı "mənzil"dədir. Sədaqət xanımın dörd oğlu var, həyat yoldaşı könüllü olaraq əsgər gedərək Ağdamın Şelliqasımlı kəndində şəhid olub. İki otaqda 10 nəfər ailə üzvü yaşayır. Sədaqət xanımın 92 yaşlı anası da onlarla bir otaqda qalır.

1992-ci ildən bu mənzildə yaşayırlar. Əsas problemləri sudur, beşinci mərtəbəyə suyu birinci mərtəbədən ağır vedrələrlə, sınıq-salxaq nərdivanla qaldırmağa məcburdular. Sosial yardımı heç cürə ala bilmədiklərini, ev üçün müraciətlərinə qətiyyən baxılmadığını, onlarla heç kimin maraqlanmadığını deyir. Hökumətdən, əlaqədar qurumlardan ev istəyir...

Sakinlər indiyə qədər "komendant"dan başqa heç kimin onlarla maraqlanmadığını deyir. Seçki keçirilir, amma hələ də onların harada səs verəcəkləri barədə heç bir məlumatları yoxdu. Ümumiyyətlə, heç bir təbliğat kampaniyası aparılmayıb.

Yaradıcılıq Evinin sakinləri bizi gözlərində böyük ümidlə yola saldılar...

Tarix
2013.10.03 / 14:39
Müəllif
Nilüfər Muğantürk
Şərhlər
loading...
Digər xəbərlər

Kanallarımızın başı çalıb-oynamağa elə qarışıb ki...

Dünyada ilk ipək kitab "Qurani-Kərim"in təqdimatı oldu

Ermənilər azərbaycanlı lideri Yevlaxda necə öldürdü?

ABŞ-da dünyanın ən etibarlı evi tikildi - Foto

Bakı Qafqazın ən gözəl şəhəridir - Skaylayf

İngiltərə kraliçasının pulları Türkiyədə tapıldı – Foto

“Qarabağ”dan Qarabağa: izi itmiş yollara... – Foto

Faciədən başlayan doğmalıq – O illərə dönüş...

Bu tarixdə Dillər Universitetini tələbə idarə edəcək

Ermənistanın yaranmasını yarım əsr gecikdirən sultan - Video

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla