Yuxarı

Azərbaycanlı teleaparıcı Rusiyada ali mükafat aldı

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əslən azərbaycanlı olan jurnalist Nailə Əsgərzadə çərşənbə günü "Luçşiy intervüyer" ("Ən yaxşı müsahibə götürən") nominasiyasında "Veçerni praym" kateqoriyasında yüksək nailiyyətə görə verilən TEFİ telemükafatına layiq görülüb.

Report xəbər verir ki, mükafatın təqdimetmə mərasimi çərşənbə günü axşam Moskva Müzikl Teatrında baş tutub.

"Bizim "Nailə Əsgərzadə ilə çalışqan şəxslər" ("Deystvuyuşiye litsa s Nailey Asker-zade") verilişinin üç yaşı var. Biz bu verilişə başlayanda belə çətin olacağını düşünmürdük. Ən çətini qəhrəmanları tapmaqdır. Çünki onlar biznesin, siyasətin və digər sahələrin əsas aparıcı simalarıdırlar", - deyə o bildirib.

N.Əsgərzadənin sözlərinə görə, qəhrəmanlar qeyri-adi vəziyyətlərə düşürlər:

"Onlar bizimlə ölkənin ucqar nöqtələrinə getməli, mədənlərə düşməli, at çapmalı, musiqi alətlərində ifa etməli və bəzən bir neçə dubl çəkilməli olurlar. Onlar göstəriş verməyə vərdiş ediblər, bizdə isə komandanı rejissor verir".

TEFİ, əsası 21 oktyabr 1994-cü ildə "Rusiya Televiziya Akademiyası" Fondu tərəfindən qoyulan televiziya sənəti sahəsində yüksək nailiyyətlərə görə verilən milli televiziya mükafatıdır.

Tarix
2018.10.04 / 00:54
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

İrəvan Fransanın oyunlarına getməməlidir! - İcma

Paşinyan separatçıları hədələdi: Bir hakimiyyət var!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla