Yuxarı

Almaniyada tələbə harada və necə yaxşı yaşaya bilər?

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyada tələbələrin sayı daim artır. 2010-cu ildən bu say üçdəbir dəfəyədək artaraq 2,84 milyon nəfər təşkil edib. Bu, mənzilə tələbatın artmasına və daşınmaz əmlak bazarında qiymətlərin qalxmasına gətirib çıxarır.

Kult.az Azərtac-a istinadən xəbər verir ki, Almaniya paytaxtında tələbələr üçün mənzillərin qiymətləri daha sürətlə artır. Berlində mənzil kirayəsi 2010-cu illə müqayisədə 67 faiz qalxıb. Kölndə yerləşən Almaniya İqtisadiyyatı İnstitutunun ekspertləri tələbə mənzillərinin orta dəyərini 3 parametrə görə - sahəsinə, təmir vəziyyətinə, ali məktəbdən hansı məsafədə yerləşməsinə görə müəyyən ediblər. Ən bahalı şəhərin Münxen olması məlum olub: burada ali məktəbə 1,5 kilometr yaxınlıqda yerləşən 20 kvadratmetrlik ortatəmirli mənzili kirayələmək 419 avroya başa gəlir. Həmin şəraitli mənzili Berlində ayda 250 avroya kirayələmək mümkündür. Daha münasib təklif Almaniyanın şərq hissəsindədir. Leyptsiqdə isə 20 kvadratmetrlik kirayə mənzilin aylığı 169 avrodur.

İnstitutun analitikləri hesab edirlər ki, gələcəkdə daha çox tələbə ölkənin şərqində yerləşən ali məktəblərə üstünlük verəcək.

Tarix
2018.10.13 / 01:31
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Əliyev güclü liderdir, sözünün ağasıdır - Solonnikov

Nikol "bu həftə müharibə olacaq" dedi - Rusiyadan reaksiya

Paşinyan Stoltenberqlə görüşdü

Bakı-Tiflis əməkdaşlığı yeni sahələri əhatə edəcək

İrəvandan anklavlarla bağlı açıqlama: Sərhəd boyu...

Güneylilər Cenevrədə aksiya keçirdi

Cənubi Qafqazda “bir dövlət” silinə bilər - Tarasov

Qərb İrəvanda buna imkan verməyəcək – Ekspert

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla