Yuxarı

Küveytli ekspertdən Azərbaycan turizmi ilə bağlı yeni kataloq

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oktyabrın 17-də Azərbaycanın Küveytdəki səfiri Elxan Qəhrəman Ərəb Turizm Təşkilatının elektron turizm üzrə eksperti, küveytli bloqqer Xalid Əl-Vəsmi ilə görüşüb.

Səfirlikdən Axar.az-a bildiriblər ki, görüşdə Xalid əl-Vəsmi ölkəmizin turizminə dair ərəb dilində hazırladığı 40 səhifəlik rəngli illüstrasiyalı bələdçi kataloqunu səfirə təqdim edib. O, ölkəmizə gələn turistlər üçün zəngin informasiya mənbəyi olan və müasir tərtibatda nəşr edilən bu kataloqda Bakı, Şəki, Quba, Qusar, Qəbələ və Gəncə şəhərlərinin məşhur turizm istiqamətləri, küçə, prospekt, meydanları, şəhər və şəhər ətrafında yerləşən görməli yerləri, tarixi məkanları, mədəniyyət ocaqları, mehmanxanalar, restoranlar, ticarət və əyləncə məkanları, muzeylər, teatr və konsert müəssisələri, idman və sərgi kompleksləri haqqında məlumatların yer aldığını bildirib.

Görüşdə, həmçinin Xalid Əl-Vəsmi hazırladığı “Azərbaycanın interaktiv turizm xəritəsi-2018” adlı yeni banneri səfirliyə təqdim edib. Bannerin ilk variantı səfirliyə cari il martın 15-də təqdim edilmişdi. Küveytli ekspert Azərbaycanın interaktiv xəritəsində ölkənin ən mühüm turistik məkanları, mehmanxanalar, restoranlar, ticarət və əyləncə mərkəzləri, eləcə də ölkəmiz haqqında PDF formatında bütün məlumatların yer aldığını söyləyib. O, xəritənin ingilisdilli variantının 150 min, ərəb dilində olan versiyasının isə 400 mindən çox izləyicisinin olduğunu bildirib, xəritənin üzərində əks olunan barkodların ya mobil telefonun kamerası və yaxud snəpçat vasitəsilə açılmasının mümkün olduğunu deyib.

Səfir E.Qəhrəman Azərbaycan turizminin təbliği istiqamətində gördüyü işlərə görə Xalid Əl-Vəsmiyə təşəkkür edib. O, ölkəmizin turizm imkanları barədə məlumat verərək, iki ölkə arasında turizm sahəsində əlaqələrin daha da möhkəmləndirilməsinin vacibliyini vurğulayıb. Diplomat, həmçinin ölkəmizin turizmi haqqında daha ətraflı məlumatların əldə olunması, habelə Azərbaycanın turizm sahəsinin Küveytdə təbliği və ölkələrimiz arasında bu sahədə əlaqələrin daha da gücləndirilməsi məsələləri ilə bağlı müzakirələr aparmaq məqsədilə həmsöhbətinə Azərbaycana səfərə etməyi və Azərbaycan Respublikası Dövlət Turizm Agentliyində müvafiq görüşlər keçirməyi tövsiyə edib.

Tarix
2018.10.17 / 20:01
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Rusiya XİN-dən Paşinyanın müharibə iddiasına reaksiya

Paşinyan Stoltenberqlə görüşdü

Bakı-Tiflis əməkdaşlığı yeni sahələri əhatə edəcək

İrəvandan anklavlarla bağlı açıqlama: Sərhəd boyu...

Güneylilər Cenevrədə aksiya keçirdi

Cənubi Qafqazda “bir dövlət” silinə bilər - Tarasov

Qərb İrəvanda buna imkan verməyəcək – Ekspert

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla