Yuxarı

Azərbaycan bizə çox gözəl nümunə təqdim edir - Filaret

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu, mənə Moskvanın və bütün Rusiyanın Patriarxı Kirillin xeyir-duası və şeyxülislam Allahşükür Paşazadənin dəvəti ilə iştirak etmək şərəfi nəsib olan ikinci konfransdır.

Kult.az xəbər verir ki, bu sözləri Moskva Patriarxatının xarici kilsə əlaqələri şöbəsinin sədri Arximandrid Filaret Madriddə keçirilən “Dinlərarası dialoqun sülhə və qarşılıqlı anlaşmaya töhfəsi” mövzusunda beynəlxalq konfransda Azərtac-a müsahibəsində söyləyib.

O deyib: “Mən çıxışımda insan həyatının bütün sahələrinə nüfuz etmiş ümumi qarşılıqlı inamsızlığı müasir dövrün əsas bəlalarından biri adlandırdım. Dini liderlər belə inamsızlığın aradan qaldırılmasına töhfə verməyə çalışırlar. Dini liderlər öz etiqadlarına əsaslanaraq, təmsil etdikləri dini icmaların və bütövlükdə cəmiyyətin sadəcə mövcud inamsızlığı dəf etməsinə deyil, həm də öz xalqları üçün təhlükəsiz və dinc gələcəyi birgə qurmasına kömək etməyə can atırlar.

Azərbaycan bizə dinlərarası dialoqun çox gözəl nümunəsini təqdim edir. Qeyd edim ki, Azərbaycanda islam icması ilə pravoslav yeparxiyası arasında yaxşı münasibətlər mövcuddur. Bu, sadəcə dostluq münasibətləri deyildir, bu münasibətlər insanların dini etiqadından asılı olmadan bütün Azərbaycan cəmiyyətinə ümumi xidmətə yönəlib. Dini icmalar da insanların rifahı ilə bağlı ümumi nöqteyi-nəzərə əsaslanaraq əməkdaşlıq edirlər”.

Tarix
2018.11.05 / 22:30
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla