Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
21 Noyabr 2018


Sizin bu işləriniz tarixə yazılır - Xalq artisti

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belə bir möhtəşəm binanın tikilməsi və istifadəyə verilməsi tarixi bir işdir. İndi belə gözəl binalara, saraylara bütün rayonlarımızda rast gəlmək olar. Mənim xeyli yaşım var, biz heç vaxt indiki qədər inkişaf görməmişdik. Biz əvvəllər qastrol səfərlərində olarkən otellərdə yata bilmirdik. Allaha şükür, indi haraya gedirsən gözəl otellər, idman meydançaları, istirahət zonaları var. Sizin bu işləriniz tarixə yazılır.

Kult.az xəbər verir ki, bu sözləri Ağdamda Muğam Mərkəzinin istifadəyə verilməsinə göstərdikləri dəstəyə görə Prezident İlham Əliyevə və birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təşəkkürünü bildirən xalq artisti Arif Babayev deyib.

"Hörmətli Mehriban xanım haqqında da bir neçə kəlmə demək istəyirəm. Çünki mənim bu fikirlərim birbaşa bizim muğamımıza bağlıdır. Bizim muğamımızı, milli musiqimizi dünya səviyyəsinə məhz Mehriban xanım yüksəldib. Bu, əvəzolunmaz bir işdir. Muğam müsabiqələrinin keçirilməsi gənclərimizin öz sənətlərini dünya miqyasında göstərməsinə imkan verir. Bizim muğamımız var idi, amma bu dərəcədə, bu yüksəklikdə, bu hörmətdə deyildi. Ona görə biz Mehriban xanıma “Çox sağ olun!” deyirik.

Hörmətli Prezident, Sizin hər gəlişiniz bayramdır, hər gəlişiniz bir tarixdir. Özünüzlə bir tarix gətirirsiniz, çünki bu işlərin göstərişini Siz vermisiniz. İndi hər yerə gözəl asfalt yollarla gedirik. Vaxtilə belə şeylər mümkün deyildi. Allah Sizə cansağlığı versin. Biz sənət adamlarına, muğamımıza olan diqqət və qayğısına görə Mehriban xanıma ürəkdən minnətdarıq.

Cənab Prezident, Siz muğamla bağlı çox böyük işlər görmüsünüz və görürsünüz. Xalqımızın mədəni sərvətlərini dünyaya tanıtmaq çox böyük işdir, böyük bir tarixdir. Bizim 10 milyonluq xalqımız var. Bu balaca Azərbaycanı dünya səviyyəsində ən görkəmli, ən gözəl yerlərdən birinə qaldırmısınız. Cənab Prezident, Mehriban xanım, Allah Sizi qorusun. Səmimi sözlərimdir, hərdən düşünürəm ki, bizim əziz Prezident, hörmətli Mehriban xanım sanki dincəlmirlər, hər gün bir rayonda, bir ölkədə səfərdədirlər. Allah Sizə cansağlığı versin. Biz də etimadınızı doğrultmağa çalışacağıq. Var olun, sağ olun", - A. Babayev söyləyib.

Tarix
2018.11.06 / 01:07
Müəllif
Kult.az
Şərhlər
Загрузка...
Digər xəbərlər

ABŞ mediasında Qobustanla bağlı məqalə yayıldı - Foto

Moskvada Nəsimi ilə bağlı konfrans - Foto

Əvvəl almanlara, sonra isə ruslara qarşı döyüşən şərurlu...

Bu gün Məhəmməd peyğəmbərin mövlud günüdür

“Maşa və Ayı” Putinin təbliğat silahıdır – Tayms

Azərbaycana səfər etmək arzusundayam - Mer

Nobeli son anda itirən azərbaycanlı: dünyanın 12-ci dahisi...

Bakını talayan generalın üzrxahlığı - Vilayət Quliyev yazdı

Sən kimsən ki, içib, Şeyxə qarşı... – Deputatdan keçmiş rektora

Dünyanın ən böyük "startap" yarışması ilk dəfə Bakıda

KULT
<>
Xəbər xətti
 
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla