Yuxarı

İnstitut yetərli olmadı, prezident qərar verdi - Direktor

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyevin “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər planı haqqında” fərmanı ana dilimizin tətbiqi və təbliğinə, onun saflığının qorunması və inkişafına böyük diqqət və qayğının daha bir bariz nümunəsidir. Sözügedən fərman dünya dilləri sırasında istər lüğət tərkibinin zənginliyinə və ahəngdarlığına, istərsə də mükəmməl qrammatik quruluşuna , rəngarəng ifadə vasitələrinə görə özünəməxsus yeri və çəkisi olan müasir Azərbaycan dilinin tətbiqi sahəsində hüquqi tənzimləmənin və daimi dövlət nəzarətinin təmin edilməsi məqsədini daşıyır.

Bu sözləri Kult.az-a açıqlamasında AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu deyib. O bildirib ki, yaradılacaq Monitorinq Mərkəzi bu sahədəki nöqsan və boşluqları aradan qaldıracaq:

“Mühüm əhəmiyyət kəsb edən bu mötəbər dövlət sənədi televiziya və radio kanallarında, internet resurslarında, mətbu nəşrlərdə, reklam daşıyıcılarında açıq-aşkar şəkildə özünü göstərən ədəbi dilin normalarının kobud şəkildə pozulması, fonetik, leksik və qrammatik qaydalara əməl edilməməsi hallarının qarşısının alınmasına yönəldilib. Fərmana əsasən, Dövlət Dil Komissiyası yanında yaradılacaq Monitorinq Mərkəzi məhz bu funksiyanı yerinə yetirəcək”.

Akademikin sözlərinə görə, Dilçilik İnstitutunun səlahiyyətləri məhdud olduğuna görə bu sahədə aparılan işlər yetərli səviyyədə deyil:

“AMEA Nəsimi adına Dilçilik İnstitutunda artıq bir neçə ildir ki, həm Monitorinq şöbəsi, həm də “qaynar xətt” fəaliyyət göstərir. Monitorinq şöbəsinin əməkdaşları vaxtaşırı olaraq ədəbi dilin saflığının qorunması və onun normalarının gözlənilməsi istiqamətində maarifləndirmə işləri aparıb, konfranslar keçirib. Bütün bunlar müəyyən qədər səmərəsini versə də, düşünürük ki, sözügedən şöbənin istər səlahiyyətlərinin məhdudluğu, istərsə də əməkdaşlarının sayca azlığı bu dövlət əhəmiyyətli işin yüksək səviyyədə həllində yetərli olmayıb. Bu baxımdan Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin yaradılması ədəbi dil normalarının pozulması hallarının qarşısının alınması məsələsinə müsbət təsir göstərəcək və qısa bir zamanda bu sahədə ciddi irəliləyişlər və müsbət nəticələr əldə ediləcək.

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu yeni yaradılacaq Monitorinq Mərkəzinin səmərəli fəaliyyəti üçün tədbirlər planı hazırlayır. İstər Dilçilik İnstitutunun əməkdaşlarının, istərsə də ölkəmizin digər tanınmış dilçi alimlərinin yeni yaradılacaq qurumla birgə əməkdaşlığına böyük ehtiyac var. Bu istiqamətdə mütəxəssislərin səylərinin birləşdirilməsi və ədəbi dilimizin saflığı ilə bağlı mövcud nöqsanların aradan qaldırılması məsələsində olduqca əhəmiyyətlidir”.

Qeyd edək ki, Prezident İlham Əliyev Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı fərman imzalayıb.

Fərmana əsasən, Azərbaycan Respublikasının dövlət dilinin tətbiqinə nəzarət edən, kütləvi informasiya vasitələrində, internet resurslarında və reklam daşıyıcılarında ədəbi dil normalarının qorunmasını təmin edən, dövlət büdcəsindən maliyyələşən “Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi”nin yaradılması nəzərdə tutulub.

Tarix
2018.11.07 / 17:43
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

BƏM-də iclas: Azərbaycan Ermənistana qarşı…

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verdi

Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla