Yuxarı

Vitse-prezident sağlamlıq mərkəzinin açılışında - Fotolar

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Noyabrın 7-də Bakının Xəzər rayonunun Şüvəlan qəsəbəsində yerləşən “Cırtdan” Respublika Uşaq-Gənclər İstirahət və Sağlamlıq Mərkəzinin yenidənqurmadan sonra açılışı olub.

Kult.az xəbər verir ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva açılışda iştirak ediblər.

Mərkəzin binası 1986-cı ildə inşa edilib və uşaq düşərgəsi olub. Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı ilə burada yenidənqurma işləri aparılıb. Bundan sonra bu məkan “Cırtdan” Respublika Uşaq-Gənclər İstirahət və Sağlamlıq Mərkəzi kimi fəaliyyət göstərəcək.

Birinci vitse-prezident Mehriban Əliyeva istirahət və sağlamlıq mərkəzinin rəmzi açılışını bildirən lenti kəsib.

Mərkəzdə yaradılan şəraitlə tanışlıq zamanı Birinci vitse-prezident Mehriban Əliyevaya burada aparılmış yenidənqurma, təmir-bərpa və abadlıq işləri barədə ətraflı məlumat verilib.

Qeyd edildi ki, uşaq və yeniyetmələr üçün maraqlı dizaynla qurulan düşərgənin binasında yenidənqurma işləri nəticəsində uşaqların daha rahat qalmaları, onların maraqlı, faydalı və əyləncəli vaxt keçirmələri üçün hər cür şərait yaradılıb. Bu məkan uşaqların sosiallaşması, asudə vaxtlarının təşkili, düşüncə tərzinin, məntiqinin inkişaf etdirilməsi üçün mühüm funksiya daşıyacaq. Mərkəzin həyətində əsaslı abadlaşdırma işləri aparılıb, yaşayış kompleksi və yeməkxana tamamilə yenilənib, yeni akvapark, parkur, yoqa və idman meydançaları, qaçış zolağı, kitabxana, akt zalı, yay səhnəsi, əyləncə zonası və s. inşa edilib. Təhlükəsizlik məqsədilə videomüşahidə sistemi qurulub. Uşaqlar üçün daha bir yenilik isə burada “Radio Cırtdan”ın fəaliyyət göstərməsi olacaq.

Sovet dövründə düşərgə kimi fəaliyyət göstərən bu məkanda çoxlu sayda uşaq və yeniyetmə hər yay öz istirahətini maraqlı keçirirdi. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra da düşərgə fəaliyyətini davam etdirib. Hər il 1500 nəfərə yaxın uşaq və gənc bu mərkəzdə istirahət edir. Mərkəzdə aztəminatlı ailələrə və sağlamlıq imkanları məhdud olan yeniyetmələrə xüsusi diqqət göstərilir. Düşərgənin dəniz yaxınlığında yerləşməsi isə uşaqların yay aylarında istirahətini çimərlikdə keçirməsinə də imkan yaradır.

Tarix
2018.11.07 / 19:04
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla