Yuxarı

Kamal Abdulla yeni vəzifəyə seçildi

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Noyabrın 16-da Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) Himayəçilik Şurasının yeni tərkibdə ilk iclası keçirilib.

BBMM-in mətbuat xidmətindən Kult.az-a bildirilib ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri, professor Etibar Nəcəfovun sədrliyi ilə keçən iclasda BBMM-in Himayəçilik Şurasının digər üzvləri – Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə, Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdullayev, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, professor Firəngiz Əlizadə, Azərbaycanda Rus İcmasının sədri, deputat Mixail Zabelin və Azərbaycan Rus Dram Teatrının bədii rəhbəri, Xalq artisti Aleksandr Şarovski iştirak ediblər.

Toplantıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2018-ci il 8 noyabr tarixli Sərəncamı ilə təyin edilən BBMM-in Himayəçilik Şurasının üzvləri Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdullayevi növbəti dörd il müddətinə yenidən sədr seçib.

Kamal Abdullayev göstərdikləri yüksək etimada görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Himayəçilik Şurasının üzvlərinə təşəkkürünü bildirib, dövlətimizin başçısı tərəfindən Mərkəzin qarşısında qoyulan vəzifələrin bundan sonra da uğurla həyata keçirilməsinə əmin olduğunu ifadə edib.

Tarix
2018.11.16 / 18:40
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

Hikmət Hacıyev Çin rəsmiləri ilə görüşdü

Azərbaycan-İraq əlaqələri müzakirə olundu

Əliyev niyə Putinə təbrik zəngi etdi? – “Unudanların” diqqətinə

Ceyhun Bayramov Türkiyə xalqını təbrik etdi

Şeytan yuvası yerlə-yeksan edildi - Prezident

Prezident Xankəndi ilə bağlı mühüm faktları açıqladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla