Yuxarı

Azərbaycanla Rusiya bəyanat imzaladı - Foto

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mədəniyyət naziri Əbülfəs Qarayev ilə Rusiya Mədəniyyət naziri Vladimir Medinski arasında ikitərəfli görüş keçirilib.

Mədəniyyət Nazirliyindən Kult.az-a verilən məlumata görə, görüşdən sonra tərəflər Azərbaycanın 2020-ci ildə Forumda “fəxri qonaq ölkə” statusunda təmsil olunması haqqında Birgə Bəyanat imzalayıblar.

Qeyd edək ki, “fəxri qonaq ölkə” statusu forum müddətində müxtəlif tədbirlər keçirməklə Azərbaycan mədəniyyətinin təbliği üçün geniş imkanlar yaradır.

VII Beynəlxalq Sankt-Peterburq Mədəniyyət Forumu çərçivəsində keçirilən təntənəli imzalanma mərasimində iştirak edən Rusiya Federasiyası hökümət sədrinin müavini Olqa Qolodets və Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, həmçinin hər iki ölkənin mədəniyyət nazirləri imzalanmadan sonra çıxış edərək ölkələrimiz arasında bütün sahələrdə olduğu kimi mədəniyyət sahəsində də əlaqələrin yüksək səviyyəli inkişafından məmnunluqlarını ifadə ediblər.

Daha sonra nazir Əbülfəs Qarayev Sankt-Peterburq Musiqi Liseyinin direktoru Vitaliy Romanov ilə görüşüb.

Forumun ikinci günü nazir Ə.Qarayev “Kreativ mühit və urbanistika” mövzusunda plenar iclasda, Asif Xanın müasir arxitektur cərəyanlar mövzusunda mühazirəsində və digər sessiyaslarda iştirak edib.

Forum öz işinə 18 noyabr tarixinədək davam edəcək.

Tarix
2018.11.16 / 20:02
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

Hikmət Hacıyev Çin rəsmiləri ilə görüşdü

Azərbaycan-İraq əlaqələri müzakirə olundu

Əliyev niyə Putinə təbrik zəngi etdi? – “Unudanların” diqqətinə

Ceyhun Bayramov Türkiyə xalqını təbrik etdi

Şeytan yuvası yerlə-yeksan edildi - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla