Yuxarı

Dünyanın ən böyük "startap" yarışması ilk dəfə Bakıda

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Noyabrın 16-da Bakıda Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "Innoland" İnkubasiya və Akselerasiya Mərkəzinin təşkilatçılığı ilə “Startup Weekend” adlı səyahət yarışı başlayıb.

Kult.az xəbər verir ki, eyni vaxtda dünyanın 4 qitəsində, 200-dən çox şəhərdə baş tutan qlobal "Startup Weekend" layihəsi ilk dəfə Azərbaycanın paytaxtında da həyata keçirilir.

"Startup Weekend" qlobal hərəkatı ilk dəfə Amerikanın Silikon vadisində start götürüb və hər il dünyanın bir sıra qabaqcıl ölkələrində müxtəlif mövzu başlıqları ilə həyata keçirilir. Azərbaycanda keçirilən bu tədbirin mövzusu turizm sahəsində innovasiyalara həsr olunub. Tədbirin ölkəmizdə keçirilməsində əsas məqsəd Azərbaycanda Startup ekosisteminə gənclərdə maraq yaratmaq və bu istiqamətdə onların rolunu artırmaqdır.

Tədbir çərçivəsində innovativ texnologiyalara əsaslanan ideyalar ilə səyahət sahəsində marağı olan gənclər, marketerler, dizaynerlər və proqramçılar komanda şəklində bir araya gələrək startuplar yaradacaq və münsiflər heyəti qarşısında təqdimat edəcəklər. Yarışın qalibi olan ideya isə keçiriləcək böyük finalda iştirak etmək şansı qazanır. Qalib komandanı mütəxəssislərdən ibarət münsiflər heyəti seçəcək. İştirakçılar üç gün ərzində mentorlardan biznes məsləhətləri və tövsiyələrini də dinliyə biləcəklər.

Qeyd edək ki, yarış ölkəmizdə “Azerbaijan Tourism Board”, “Paşa Travel” və “Coca-Cola Bottlers” LTD şirkətinin dəstəyi ilə reallaşır.

“Startup Weekend” adlı travel yarışa noyabrın 18-də yekun vurulacaq.

Tarix
2018.11.16 / 21:34
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Paşinyan Stoltenberqlə görüşdü

Bakı-Tiflis əməkdaşlığı yeni sahələri əhatə edəcək

İrəvandan anklavlarla bağlı açıqlama: Sərhəd boyu...

Güneylilər Cenevrədə aksiya keçirdi

Cənubi Qafqazda “bir dövlət” silinə bilər - Tarasov

Qərb İrəvanda buna imkan verməyəcək – Ekspert

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla