Yuxarı

Bakını talayan generalın üzrxahlığı - Vilayət Quliyev yazdı

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur irland yazıçısı Ceyms Coys deyirdi: “At təpiyi, öküz buynuzu, ingilis təbəssümü ilə öldürür”.

1918-ci il noyabrın 17-də Bakıya gələn, növbəti ilin avqustunda Azərbaycanı tərk edən ingilis işğalçı qüvvələrinin komandanı general Şatelvortun adından gediş ərəfəsində yerli əhaliyə ünvanlanan üzrxahlıq sözləri bu öldürücü təbəssümün başqa bir nümunəsi sayıla bilər.

Kult.az xəbər verir ki, bu sözləri Azərbaycanın Macarıstandakı səfiri, filologiya elmləri doktoru Vilayət Quliyev qeyd edib.

“Şatelvortun müraciətində deyilirdi: “Fürsətdən yararlanaraq indi Bakını tərk edən Britaniya ordusu adından Azərbaycan, xüsusən də Bakı əhalisinə üzrxahlığımı bildirirəm.Çoxsaylı dost və tanışlarımızla vidalaşmağımızdan dolayı səmimi şəkildə təəssüflənirəm. Onlara sülh və xoşbəxtlik arzulayıram. Britaniya ordusunun hərbi xidmətçiləri özləri ilə Bakıda olduqları günlərlə bağlı ən xoş xatirələr aparırlar".

Əsl mədəniyyət və centlmenlik nümunəsi deyilmi?

Ancaq bu centlmen ingilislər ölkəmizdən soyub taladıqları hüdudsuz sərvətlərdən başqa (uçotu aparılmayan, dəyəri və aksiz vergisi ödənilməyən neft,bina və qurğulardan, Xəzər dəniz donanmasından, ölkənin dəmir yollarından müftə istifadə, dövlət bankındakı bütün əmanətlərin, qiymətli kağızların müsadirəsi v.s!!) Azərbaycan Cümhuriyyəti hökumətinə 274 679 690 manat 88 qəpik borclu qalmışdılar və həmin borcu qaytarmaq haqqında əsla düşünməmişdilər. Cümhuriyyət hökuməti Maliyyə Nazirliyinin təkidli xatırlatmaları müqablində əvvəlcə borcun Müttəfiq dövlətlər adından alındığı və Sülh konfransı başa çatandan sonra Müttəfiq dövlətlərin məsələyə baxacağını bildirmişdilər. Sonra isə məsələni Azərbaycan-Rusiya münasibətlərinin tənzimlənməsinə, hətta Rusiya imperiyasının Böyük Britaniyaya qaytarmalı olduğu borclara bağlamışdılar. Parisdəki Azərbaycan sülh nümayəndə heyətinin başçısı Əlimərdan bəy Topçubaşi heyətin bir qara qəpiksiz qaldığı son dərəcə çətin və ümidsiz günlərdə Böyük Britaniyanın xarici işlər naziri lord Kerzona məktubla müraciət edib (18 sentyabr 1920-ci il) Azərbaycan dövlətinə olan köhnə borcun hesabına 22 000 funt sterlinq (bizim günlərdə xırda bazarlıq pulu) istəyəndə isə ona cavab verməyi ümumiyyətlə lazım bilməmişdilər.

Belə-belə işlər!”, - professor yazıb.

Tarix
2018.11.16 / 23:41
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Əliyev güclü liderdir, sözünün ağasıdır - Solonnikov

Nikol "bu həftə müharibə olacaq" dedi - Rusiyadan reaksiya

Paşinyan Stoltenberqlə görüşdü

Bakı-Tiflis əməkdaşlığı yeni sahələri əhatə edəcək

İrəvandan anklavlarla bağlı açıqlama: Sərhəd boyu...

Güneylilər Cenevrədə aksiya keçirdi

Cənubi Qafqazda “bir dövlət” silinə bilər - Tarasov

Qərb İrəvanda buna imkan verməyəcək – Ekspert

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla