Yuxarı

Tahir Salahovun 90 illik yubileyi ilə bağlı sərgi - Foto

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dekabrın 14-də Bakı Ekspo Mərkəzində dünya şöhrətli rəssam Tahir Salahovun 90 illik yubileyinə həsr edilən sərginin açılışı olub.

Kult.az xəbər verir ki, tədbirdə Tahir Salahovun keçdiyi həyat yoluna və zəngin yaradıcılığına nəzər salınıb.

Ulu öndər Heydər Əliyevin dünya şöhrətli rəssam Tahir Salahovun yaradıcılığına daim yüksək diqqətlə yanaşdığını deyən mədəniyyət naziri Əbülfəs Qarayev Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın yubilyara təbrik məktubları ünvanladıqlarını, dövlətimizin başçısının Xalq rəssamı Tahir Salahovu şəxsən qəbul edərək onu 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif etdiyini xatırladıb. O, Tahir Salahovun Azərbaycanın ali mükafatları ilə yanaşı, beynəlxalq səviyyədə layiq görüldüyü mükafatları da qeyd edib. Artıq bir neçə gündür ki, sərginin açılışına hazırlıq işlərinin getdiyini bildirən nazir görkəmli rəssamın ömür-gün yoluna nəzər salıb. Bildirib ki, onun həyatı və yaradıcılığı olduqca maraqlı və zəngin hadisələrlə doludur.

Sonra Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva dövlətimizin başçısının Tahir Salahova 90 illik yubileyi münasibətilə ünvanladığı təbrik məktubunu oxuyub.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Əsgər Ələkbərov 2011-ci ildən Prezident İlham Əliyevin Sərəncamı ilə İçərişəhərdə Tahir Salahovun ev-muzeyinin fəaliyyət göstərdiyini qeyd edib. Bildirib ki, paytaxtımıza gələn xarici qonaqlar, məktəblilər, gənclər dünya şöhrətli rəssamın ev-muzeyini böyük maraqla ziyarət edirlər.

Sonra Azərbaycanın və SSRİ-nin Xalq rəssamı, Sosialist Əməyi Qəhrəmanı, Dövlət mükafatları laureatı, dünya şöhrətli rəssam Tahir Salahov çıxış edib. Bildirib ki, 90 illik yubileyi münasibətilə onu ilk təbrik edən Prezident İlham Əliyev olub. Dövlətimizin başçısına və birinci xanıma ona göstərilən diqqətə, yaradıcılığına verilən yüksək qiymətə görə minnətdarlığını bildirən Tahir Salahov ulu öndər Heydər Əliyevin də həmişə ona qayğı ilə yanaşdığını vurğulayıb. “Tale bizi bu gün bu zala toplayıb”, - söyləyən görkəmli fırça ustası sərginin keçirildiyi məkanın Bakı Ekspo Mərkəzi seçilməsinin təsadüfi olmadığını bildirib. O deyib: “Bu məkan Bakının qədim, tarixi və müasir abidələrinə, tikililərinə yaxın yerləşir. Xoşbəxtəm ki, bu gün sizinlə birlikdəyəm”.

Sonra sərgi ilə tanışlıq olub.

Qeyd edək ki, Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən sərgi dekabrın 24-dək davam edəcək.

Tarix
2018.12.14 / 23:39
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

Hikmət Hacıyev Çin rəsmiləri ilə görüşdü

Azərbaycan-İraq əlaqələri müzakirə olundu

Əliyev niyə Putinə təbrik zəngi etdi? – “Unudanların” diqqətinə

Ceyhun Bayramov Türkiyə xalqını təbrik etdi

Şeytan yuvası yerlə-yeksan edildi - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla