Yuxarı

Stalini anlamaq olar, Hitler isə qara dəlikdir...

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Martin Emis müasir Britaniya ədəbiyyatının klassikidir. Məşhur yazıçı Ser Kinqsli Emisin oğludur. Emisə şöhrəti London trilogiyası - "Pullar", "London sahələri", "İnformasiya" romanları gətirib. Romanlar "entropik" Britaniyada üsyançı müasirlərimiz haqdadır. Yazıçının rus mətbuatına verdiyi müsahibəni təqdim edirik.

- Siz Rusiya - onun qaranlıq tarixi, Stalin, QULaq haqda çox yazmısınız. Rusiyaya başqa dövrdə gəlsəniz də, özünüzü necə hiss edirsiniz?

- Çox qəribə! Bu, çox ekzotik və nəfəskəsicidir. İnsan hələ heç nə görmədən ayağını bura basanda ölkənin ağırlığını hiss edir. Bu nəhəng sənin üstünə çıxıb əzə bilər.

- Müasir Rusiya haqda nə düşünürsünüz? Sizcə, onu Sovet imperiyası ilə müqayisə etmək olarmı?

- Rusiyanın 1000 yaşı var... Hətta Putin də Sovetlər haqda belə deyirdi: bu yanlış tərəfə - dalana addımdır. Ancaq kimsə bu kommunizmi yoxlamalı idi, bu da Rusiyanın payına düşdü. Kommunizm özü dəhşətli - qanunsuz bir ideya idi. Və sən qanuna qarşısansa, sənə terror lazımdır. Mən rus xalqına qibtə edirəm və əminəm ki, onlar buna davam gətirəcək.

- Sizin Rusiyaya olan marağınız zülmə və totalitarizmə qarşı münasibətinizdən irəli gəlir?

- Bəli. Atam 34-35 yaşına qədər kommunist olsa da, 1956-cı ildən birdən-birə antikommunist oldu. Onun baxışları 180 dərəcə dəyişsə də, radikallığı eyni idi. Və mən düşündüm ki, niyə atama mütləq bir ideologiya lazımdır, amma mənə yox?

Düşünürəm ki, insanlar ikiyə bölünür: inqilab ideyasını sevənlər və ondan qorxanlar. Mən ikinciyə aidəm. Elə insanlar var, onlara ideologiya, din lazımdır digərlərinə yox.

- SSRİ dəhşətli ölkə idi, amma onun idealları var idi. İndi bütün ideallar itib və onlar heç nə ilə əvəz olunmayıb, ölkə də çox dəyişməyib. Sizcə, belə daha yaxşıdır?

- Mən SSRİ dağılandan sonra dinin dirçəldiyini eşitdim. Bax, bu, kommunizm dəyərlərinin əvəz olunması üçün əsil cəhddir. Ancaq XX əsrdə isə eyni şeyə çalışırdılar. Yəni dini ideologiya ilə əvəz etmək.

- Sizin Stalin haqda olan "Qəzəbli Koba" kitabınız rus dilinə tərcümə olunmayıb. Sizcə, bu kitab ruslara lazımdırmı? O, Stalin və onun imperiyası haqda yeni bir şey danışa bilərmi?

- Deməzdim ki, bu, yeni bir baxışdır. Bu əsərdə daha çox şəxsi düşüncə və fikirlərim yer alıb. Məncə, QULaq haqda yazdığım "Görüş evi" əsərini tərcümə etmək daha məntiqli olardı.

- Siz Stalin haqda yazanda ona münasibətiniz öz anti-qəhrəmanlarınızla eyni idi?

- Əslində yox. Mənim Stalinə personaj kimi baxmağımda bir problemim yoxdur. Əlbəttə o, dəhşət qisasçı və qəddar idi, amma bunları anlamaq olar. Hitler isə sanki bir qara dəlikdir. Mən "Maraqlar zonası" üzərində işləyəndə maraqlı bir şeylə qarşılaşdım: bizim nasist genosidinə olan münasibətimiz elə bizim özümüzü anlamağımızı təyin edir.

Tarix
2013.12.04 / 21:15
Müəllif
Nərminə Allahverdiyeva
Şərhlər
Digər xəbərlər

Kəndlərin qaytarılmasını alqışlayırıq - Mişel

Bağanis Ayrım kəndi minalardan təmizlənir

Sülhməramlılar Goran stansiyasında cəmləşdi - Foto

Bakı və İrəvan arasında razılaşma... – Almaniya XİN

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla