Yuxarı

Xatirə İslam: “Yəqin Ukraynada şou-biznes hadisəsi var”

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avrointeqrasiya yolundan imtinadan sonra Ukraynada baş verən kütləvi xalq etirazı dünya ictimaiyyətinin diqqətini bu ölkəyə yönəldib.

Maraqlıdır, Azərbaycan incəsənətinin elitası sayılan sənətçilər Ukraynada Avropa və Rusiya seçiminin getdiyini, bu ölkədə iki supergücün toqquşduğunu bilirmi?

Mən siyasətyə qarışmıram

Xalq artisti Nazpəri Dostəliyeva dedi ki, siyasətə qarışmır:

"Azərbaycanda, ya da bütün dünyada nə baş versə də, mən siyasətə qarışmıram. Ukraynada isə camaat dövlət başçısından narazıdır , ona görə meydanlara çxıb".

Yanukoviç bilir ki...

Xalq artisti Səməd Səmədov prosesləri yaxından izlədiyini dedi:

"Ukrayna camaatı Avropa Birliyinə üzv olmaq istəyir. Amma Yanikoviç bilir ki, Avropa ona uzaqdır, ona görə də daha çox Rusiya tərəfə meyl edir".

Hansısa şou-biznes hadisəsidir

Müğənni Xatirə İslam dedi ki, Ukraynada hansısa şou-biznes hadisəsi baş verə bilər:

"Mənim heç xəbərim yoxdur. Orda nə baş verir? Ukraynada nə baş verdiyini sənətçi hardan bilsin? Yəqin şou-bizneslə bağlı ola bilər".

Ukrayna xalqını dəstəkləyirəm

Müğənni Roza Zərgərli Ukrayna xalqının etirazını dəstəklədiyini dedi:

"Avropa Birliyinə getmək istəyirlər, nə isə belə bir şeydir. Amma mən onların etirazını dəstəkləyirəm, sadəcə bu məsələlərdə dərinliklərə çox da getmək istəmirəm".

Tarix
2013.12.05 / 19:03
Müəllif
Vəfa Nağı
Şərhlər
Digər xəbərlər

Fransa Azərbaycandakı səfirini geri çağırdı

Rus sülhməramlılar Qarabağı tərk etməyə başladı - Video

XİN rəhbəri Terhi Hakalanı qəbul etdi

Vuçiç Əliyevin dəvətini qəbul etdi

Serbiya prezidenti İlham Əliyevə zəng etdi, dəstək istədi

Azərbaycanın AŞPA-ya qaytarılması barədə qərar qəbul edildi

Köçəryan “siyahı hazırlayaq” dedi - Türkiyənin işinə yarayır

ABŞ və Türkiyə rəsmiləri görüşdü: Bakı-İrəvan əlaqələri...

“Ermənistan Azərbaycana qarşı”: dinləmələr davam edir

Hər şeyi planlı şəkildə edirik ki... - İlham Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla