Yuxarı

Aysel Əlizadə: Aysel Əlizadə: "Mövzuda açıq-saçıq ifadələr yazmaq olar"

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bütün sahələrdə kişilərin üstünlük təşkil etdiyi bir cəmiyyətdə əslində qadın yazarı olaraq əsərlərində düşündüklərini azad şəkildə ifadə edə bilmək, daxili senzura tətbiq etmədən əlinə, qələminə sərbəstlik verə bilmənin öz çətinlikləri var.

Adətən hər zaman qadın yazarların özünə daha çox qadağalar tətbiq etməsi, daha çox senzura qoyması fikri hakimdir. Hətta qadın yazarların müəyyən kompleksləri olduğunu vurğulayanlar da yox deyil.

Biz də yazar qadınlarımızla söhbətləşib eyni məsələni araşdırmaq istədik.

Belə şeyləri düşünmək mümkün deyil

Elnaz Eyvazlının fikirlərinə görə, yazıda istədiyini tam olaraq izah etməyin cinsə heç bir aidiyyatı yoxdur. Onun fikrincə, kişilər senzura baxımından qadınları daim üstələyib:

"Fikirlərini tam və istədiyin şəkildə yazmaq üçün hansı cinsə mənsub olmağın önəmi yoxdur. Mənim üçün əsas olan mətndir, onu yazanın qadın və ya kişi olması yox... Düşünmürəm ki, fikirlərini aydın yazmaqda kişilər hər zaman qadınları üstələyir.

Özümə gəlincə, mənim içimdə senzura yoxdu, yəni nəyi lazım bilirəmsə, onu da yazıram. Kiminsə xoşuna gələr, ya gəlməz deyə, özümə diqtə etmirəm. Ümumiyyətlə, yazı prosesində belə şeyləri düşünmək mümkün deyil".

Açıq-saçıqlıq səs salmaq üçündür

Gənc yazar Sahilə İbrahimova isə ilk olaraq publisistikanı ədəbiyyat hesab etmədiyini bildirdi:

"Öncə deyim ki, mən publisistikanı ədəbiyyat saymıram. Kimsə bunu yanlış hesab edə bilər, lakin mənə görə, köşə yazarlığı ədəbi fəaliyyət deyil. Yazılarda senzuraya gəlincə, hesab edirəm ki, məhz nəsrdə, yaxud şeirdə açıq-saçıqlıqdan səs salmaq məqsədilə istifadə edilir. Bəzən ədəbiyyatda açıq-saçıqlıq, tufeyli obrazlar müəlliflər tərəfindən qəsdən uydurulur. Bu təkcə bizdə deyil, bütün dünyada belədir. Amma bizdə belə müəlliflər çox azdır".

Yazarın fikrincə, səmimi və estetik olan hər şey gözəldir.

"Vifciniya Vulfa görə, qadınlar azad olmalıdır ki, öz düşüncələrini də sərbəst ifadə edə bilsinlər. Sizcə də bu belədir?" sualına cavab verən Sahilə İbrahimova bildirdii ki, hər kəs fərqli düşünə bilər: "Vulf olmaq üçün onun həyatını geyinib yaşamamışam. Onun kimi yazmağa daxili tələbatım da yoxdur".

Bu, yazarın azadlığını ifadə edən faktor deyil

Aysel Əlizadə isə kişi və yazar qadınlar arasında heç bir fərq qoymadığını bildirdi:

"Bizim qadın yazarlar arasında da sərhədsiz yazanları var. Bu, yazarın düşüncə diapazonu, maraq ölçüləri ilə əlaqəlidir. Məncə, çox lokal bir mövzuda aşırı açıq ifadələrə yer vermək olar, amma bu, yazarın azadlığını ifadə edən faktor deyil. Mən Afaq Məsud mətninin sərhədsizliyinə bizim heç bir kişi yazarımızın əsərlərində rast gəlməmişəm. Ədəbiyyatımızda Kafkanın və ya Coysun sərhədsizliyinə yaxın olan iki yazar var. Afaq Məsud və Kamal Abdulla.

Səni məhşər ayağına çəkə bilərlər

Sevinc Elsever isə kişi yazarların heç də xanımları üstələmədiyini deyir:

"İndi kişilər düşüncələrini açıq yazmaqda qətiyyən qadınları üstələmir. Bu artıq geridə qaldı. Artıq yaradıcılıq problemləri eynidi. Müəyyən tabu mövzular var ki, o mövzularda ya yaza bilmirlər, ya da yazdıqları təqdirdə döyüləcəkləri, öldürüləcəkləri ilə hədələnir, ən yaxşı halda məhkəməyə verilir, təhqir olunurlar. Bu saat elə bir dövrdü ki, heç ağlına gəlməyən bir misra, bir cümləndən yapışıb səni məhşər ayağına çəkə bilərlər.

Gözümüzün qabağında Rafiq Tağı boyda yazıçı öldürüldü, Əkrəm Əylislini linç elədilər, bir çoxları qaçıb xaricə getdi. Getməyənlər də qorxu altında yaşayır, yazıb-yaradırlar. Məncə, yazarlıqda senzura olmamalıdır. "

Kişilər beyindir, qadınlarsa ürək

Sevinc Çılğın isə məsələyə tam fərqli istiqamətdən yanaşır:

"Məncə, indi bizdə heç də qadın yazar, kişi yazar deyə bir bölgü yoxdur. Hər hansı bir mövzuda istənilən fikri ifadə etmək üçün də heç bir baryer görmürəm. Yazılara görə tənqidlərə gəlincə, kimsə özündən qəhrəman düzəldib sosial şəbəkələrdə neqativ oxucu fikri bildirirsə, bu, çox gülməlidir. Mənim üçün senzura anlayışı yoxdur.

Bu sahədə kişilərin üstün olmasına gəlincə, kişilər nəinki bu sahədə, hər sahədə qadınlardan üstündürlər. Qəbul etmək lazımdır ki, kişilər beyindir, qadınlarsa ürək..."

Tarix
2013.12.06 / 09:51
Müəllif
Fatimə İbrahimova
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla