Yuxarı

Vasif Talıbov şairə ev muzeyi açdı – Foto

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Naxçıvan şəhərində tanınmış şair, tərcüməçi, publisist Məmməd Arazın ev muzeyinin açılışı olub.

Axar.az xəbər verir ki, bu barədə məlumatı şairin qızı, "Ədalət" qəzetinin baş redaktoru, publisist İradə Tuncay Feysbuk sosial şəbəkəsindəki şəxsi hesabında paylaşıb.

"Bu gün Naxçıvanda, şairin doğulduğu kənddə ev muzeyinin açılışı olub. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbova ailəmizin adından təşəkkür edirik!"

Qeyd edək ki, şairin ev muzeyinin açılışında Muxtar Respublikanın Ali Məclisinin sədri Vasif Talıbov da iştirak edib.

Xatırladaq ki, bu gün mərhum şairimizin anım günüdür. 1933-cü il oktyabrın 14-də Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Nursu kəndində anadan olan şair, tərcüməçi, publisist, Azərbaycan Əməkdar mədəniyyət işçisi, Azərbaycan Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət mükafatı laureatı, Azərbaycanın Xalq şairi Məmməd Araz 2004-cü ilin bu günü Bakıda vəfat edib. Hacı Zeynalabdin Tağıyev adına milli mükafatın laureatı olan şairin adına 1993-cü ildən "Məmməd Araz" mükafatı təsis olunub.

Tarix
2014.12.01 / 17:02
Müəllif
Nilufər Muğantürk
Şərhlər
Digər xəbərlər

Ermənistanda növbədənkənar seçkilər olacaq?

CHP lideri AŞPA-da Azərbaycana dəstək oldu - Video

Tiflisdə prezident hökumətə qarşı – Nə baş verir?

Bu, Makronun Bakıya qarşı yeni hücumudur

Makron Bakıdakı səfiri niyə geri çağırdı? - Markov

Rus sülhməramlıları buna görə Qarabağdan çıxdı - Markov

Abdullahian Türkiyədə: Konsulluğa getdi

Əli Əsədovun rəhbərliyi ilə iclas keçirildi - Foto

MN-dəki 9 milyonluq mənimsəmə ilə bağlı növbəti məhkəmə

Moskva bütün məsələləri Bakı ilə həll edib - Naumov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla