Yuxarı

Dünya musiqisində gizli masonluq izləri

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

İndi az adam tapılar ki, masonlar barəsində təməl bilgiyə sahib olmasın. Yəqin ki, çox adam da masonların məqsədinin "Yeni Dünya Düzəni", bunun da öz növbəsində nə olduğunu bilir. Yalnız masonların müəyyən təşkilatlara bölündüyü (İlluminati, Opus Dei, K.K.K və s. kimi) haqqında çox məlumatımız yoxdur.

Aydınlanmışların qaranlıq yanları

Günümüzdə dünyanı ən çox monopoliyası altına almış mason təşkilatı – deyilənlərə inansaq İlluminatidir. İlluminati "aydınlamış" deməkdir və bu təşkilatın üzvləri illuminatorlar, yəni "aydınlanmışlar" adlanır. Təşkilat 1 May 1776-cı ildə Adam Veyşhoup tərəfindən qurulub. Modern İlluminatinin məqsədi zehin kontrolu, dövlətlərin ələ keçirilməsi və "Yeni Dünya Düzəni"dir. Yeni Dünya Düzəninin nə olduğuna baxsaq, bu qorxunun hakim olduğu, dini inancların olmadığı, vətənsevərliyin yox olduğu dünya deməkdir.

Çatdırılan subliminal mesajlar

Təşkilat istədiyini insanlara mesajlarla çatdırır. (Təbii ki, bunlar nəzəriyyədir, amma qarşımıza çıxan faktlar bu nəzəriyyələrin doğruluğunu göstərir.) İlluminati insanlara hansı yollarla öz mesajlarını çatdırır? Nəyə görə ən aktual təşkilat odur? Çünki media, musiqi, dizi, sinema sektoru onun əlindədir, məhz buna görə də insanlara çatması asan olur. Media və xüsusən də yaxşı tanıdığımız müğənnilər vasitəsi ilə bizə çatdırılan subliminal mesajlar nələrdir?

Öncəliklə subliminal mesaj dedikdə nəyi nəzərdə tutduğumuzu açıqlayaq. Subliminal mesaj bizə əsas 25-ci kadr (insan gözünün deyil, yalnız beynin "gördüyü" görüntülər) vasitəsilə çatdırılır ki, bu da daha çox reklamlara və filmlərə mənsubdur. Amma subliminal mesajlar daha çox dünya gəncliyinin ən çox diqqətini çəkən musiqi vasitəsiylə verilir. Buna görə də dünyaca məşhur müğənnilərin çoxu bu təşkilatın üzvüdür. Yalnız bu durumdan müğənnilərin də xoşbəxt olduqlarını deyə bilmərik. Bəzi müğənnilər hətta bu durumdan narazı olduqlarını kliplərində açıqlayıblar. Buna misal olaraq, Keti Perri "Yuxudan oyandı" (Wide Awake), Mili Sirus "Dağıdıcı güc" (Wrecking Ball) və Rihannanın "S və M" klipini göstərmək olar. Bu kliplərdən gördüyümüz kimi, mahnıda adı keçən əxlaqsız-vulqar sözlər beynimizə ötürülür və bunu bizə çatdıran şəxslər özləri də bu durumdan narahatdır.

Dünyanı sökən bənnalar

Nə yazıq ki, bu təşkilata bir daha girən şəxs çıxa bilməz, çıxması özü üçün həyati təhlükə yaradar. Gəlin, İlluminatinin rəmzinin anlamına fikir verək. Bildiyiniz kimi, masonlar Misirdə piramida yapımı zamanı şübhəli davranışlarına görə Misirdən sürgün edilmiş ustalardır ki, "mason" sözünün anlamı da bənnadır. Məhz buna görə də emblemlərində pramidadan istifadə olunub, elə İlluminatinin məhşur üçbucaq adəti də burdan gəlir. Bəs piramidanın başındaki gözün anlamı nədir? Öncəliklə nəyə görə bunun iki göz yox, bir göz olmasını aydınlaşdıraq. Çünki İlluminatorların Allah olaraq qəbul etdiyi dəccalın sol gözü kordur. Məhz buna görə massonların işarəti tək gözdür. Amma göz rəsminin burda təsvir edilməsinin bir anlamı var təbii. Bunun anlamı isə odur ki, biz səni izləyirik. Bəlkə də bu söz Corc Oruellin 1984 kitabının oxucuları üçün tanışdır: "Böyük qardaş səni izləyir".

Qardaşların dinsizliyi

Bir qədər də araşdırıb baxsaq, görərik ki, masonlar "Qardaşlardır". Əslində "1984"əsərində bizə çox şey deyilirdi. Fikir versəniz, görəcəksiniz ki, kitabda hadisələrin baş verdiyi ölkədə insanlar daima ekranlardan izləmə altındadır və şəhərdə yalnız qorxu, nifrət, satqınlıq, kin kimi duyğular hakim olmasıyla bərabər, sevgi, sayğı, insanlıq və dindarlıq yoxdur. Təkrar "Yeni Dünya Düzəni" fəlsəfəsini yada salsaq, görərik ki, elə bu "düzən"in də məqsədi əsərdə insanlara təbliğ olunanlarla eynidir. Sadəcə, daha mistik və bəzəkli halda oxucuya çatdırılıb.

Müğənnilərin gizli xidməti

Yuxarıda qeyd etdiyimiz üçbucaq işarəsinin anlamanı artıq bildiyinizə görə, bu işarətdən nəyə görə istifadə edildiyini də aydınlaşdıraq. Bu ki, subliminal mesaj deyil, açıq gördüyümüz üçbucağın bizə nə zərəri ola bilər? Bu işarəni daha çox ulduzlar istifadə edərkən görmüşük. Xususən də müğənnilərdə... İlluminatinin gizli təşkilat olmasına rəğmən artıq hamımız onun haqqında çox şey bilirik, demək, gizliliyi ortadan qalxıb və insanlar oyanıb, istər-istəməz, necə deyərlər, bir nifrət yaranır. Yalnız sevdiyimiz ulduzlar bu təşkilatı təbliğ etdiyi zaman sanki bu nifrət hissi yumşalır...

Sizə dediyimiz işarətlərin yer aldığı kliplərdən bir necə nümunə təqdim edirik və güman edirk ki, bundan sonra izlədiyiniz klip və flmlərdə daha diqqətli olub gizli şəkildə beyninizə yeridilən mesajların mənasını araşdırmağa çalışacaqsınız.

Şeytan işarətləri – kliplərdə

Məşhur müğənni Keşanın "Vaxtsız ölüm" (Die Young) klipinin başında maşın səhnəyə daxil olduğunda gözə üçbucaqlar çarpır ki, artıq siz bunun nə demək olduğunu bilirsiniz. Keşa üçbucağın içində ortaya çıxır və bir gözünü tutub, tək göz simvolunu yaradır. Beləliklə, masonların logosu tamamlanlır. Üçbucaq içərisində tək göz...

Klipə diqqət edin. Keşanın sağ əlindəki göz formasındaki üzük yəqin ki, hamının diqqətini çəkib. Daha sonra isə maşının sürücüsü avtomobilindən düşür və maşının üzərində "evil" (şeytan) sözünün yazıldığını görürük. Unutmayaq ki, İlluminati və başka mason qurumları şeytanı (Dəccalı) Allah olaraq qəbul edir. Bu söz sadəcə "havalı" görünüşə malik olması ilə qalmır, həm də gəncliyə satanizmin onları daha modern, daha gözəgəlimli edəcəyinə inandırır... Bundan sonra Keşanı maşının yüklüyündən çıxararaq əl-üstünə alırlar. Bu vaxt ekranda yenə üçbucaqlar təkrarlanır və tərs xaç işarəsi gözə çarpır. Gəncliyin sevdiyi işarə olaraq istifadə etdiyi tərs xaç özü də İlluminatinin məqsədlərinə xidmət edir. Dini inancların tərsinə çevrilməsi, yox edilməsinin simvolizə edilmiş formasıdır bu işarə. Kadrlarda sürətlə gəlib keçən üçbucaqlardan ziyadə üçbucaqların içərisində görünən Keşanın gözü də diqqətimizi çəkir.

İndi isə ən maraqlı məqama diqqət edək. Başında Davud Ulduzu təsvir olunmuş taxt üzərində əyləşən Keşanın ətrafında bir çox qadınlar var və bunların davranışları açıq-aşkar əxlaqsızlığı təbliğ edir. Onu da qeyd edək ki, Davud ulduzu İsrail bayrağında var və masonluğun əsasının da məhz yəhudilər tərəfindən qoyulduğu hər kəsə bəllidir.

Qayıdaq Keşanın klipinə

Klipin sonunda birdən polislər basqın edir və bu vaxt Keşa ayağa qalxaraq sanki hər kəsə və hər şeyə meydan oxuyurmuş kimi qapını açmağa gedir. Bu zaman onun paltarının üzərində işlənmiş açıq mason işarəsi nəzərə çarpır.

Bu kimi kliplərdə heç bir gizli işarətlərdən, 25-ci kadrdan istifadə olunmadan açıq şəkildə mesajlar verilir və bütün bunlar da bizim zehnimizə özümüz hiss etmədən müəyyən informasiyalar ötürür. Bu üzdən də xüsusən uşaqların izlədiyi kliplərə diqqət etmək məqsədəuyğundur.

Tarix
2013.10.19 / 18:35
Müəllif
Selcan
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla