Yuxarı

Günün sualı: niyə məhz 1 aprel?

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Niyə başqa tarixdə yox, məhz 1 apreldə adamlar bir-birilə zarafat edir? İnternetdə oxuduğumuz məlumatlar həqiqətə nə qədər uyğundur?

Axar.az 1 aprel – Gülüş günü haqqında müxtəlif mədəniyyət, inanc və dillərdə fərqli əfsanə və rəvayətləri təqdim edir.

1 aprel zarafatının fransızlar üçün tarixi

Roma imperatoru Sezar eramızdan əvvəl təqvimin başlanğıcını yanvar ayı kimi elan etdisə də, ondan sonra uzun müddət – 16-cı əsrin ortalarına qədər yeni il Avropada baharın başlanğıcı hesab olunan mart ayının 25-də başladı.

1610 il sonra, 1564-cü idə Fransa kralı 9-cu Karl təqvimi dəyişdirərək ilin başlanğıcını yanvar ayının 1-ci günü elan etdi. Bəzi adamların bundan xəbəri olmadığına görə köhnə adətləri üzrə aprelin 1-ni yeni il kimi qeyd etmiş, bir-birinə hədiyyələr almış, yeni təqvimdən xəbərdar olub qəbul edənlər isə onları "1 aprel axmaqları" adlandırmışdılar. 1 aprel o vaxtdan "Bütün axmaqların günü" adlanıb. O hadisədən sonra hər ilin həmin günü adamlar bir-birinə sürpriz hədiyyələr verməyə, baş tutmayacaq qonaqlıqlara dəvət etməyə və yalan məlumatlar yaymağa başlayıblar.

İllər sonra təqvim düzəldikdən – 1 yanvar yeni ilin ilk günü elan olduqdan sonra fransızlar 1 apreli öz mədəniyyətlərinin bir parçası olaraq görməyə başladılar və bu ənənəni inkişaf etdirdilər. 1 aprel zarafatının İngiltərəyə çatması isə 200 il vaxt aldı. Oradan da Amerikaya və bütün dünyaya yayıldı.

Fransızların "Aprel balığı" anlayışı

Aprelin 1-i ilə əlaqədar fransızların bir də "Aprel balığı" anlayışı var. Fransada bu ay müddətində balıq qadağan olunur. Çünki bu ay balıqların çoxalma mövsümüdür. Aprelin 1-i günü zəhlətökənliyi sevən bir qrup şəxs balıqçıları aldatmaq üçün "Aprel balığı" – deyə bağıraraq çaylara quru siyənək balıqları atmış və zarafat da buradan başlamışdı.

Müsəlmanlara görə 1 aprelin tarixi

15-ci əsrin sonlarında səlibçilər Əndəlüs müsəlmanlarının son qalasını mühasirəyə alır. Uzun müddət mühasirədə qalmasına baxmayaraq, qala qorunur. Vəziyyətin çətin olduğunu görən səlibçilərin rəhbəri fərqli taktikalar fikirləşir. 31 mart gecəsi qalanın qarşısına keçərək bir əlində Quran, bir əlində İncil "Bu iki kitaba and içirəm ki, bu axşam təslim olsanız, sizə heç nə etməyəcəyəm", – deyir. Canlarının qurtarılması qarşılığında müsəlmanlar qalanı tərk edir. 1 aprel sabahı səlibçilərin komandiri bütün müsəlmanları qırmaq əmri verir. Müsəlmanlar "and içmişdiniz, bizə söz vermişdiniz" deyəndə komandir "Mənim sözüm sizə dünən axşam üçün idi, bu gün üçün sizə sözüm yoxdur", – deyə cavab verir və bütün müsəlmanları qırır. Həmin hadisədən etibarən 1 apreli müsəlmanlar "hiylə günü" adlandırır.

Nəticə etibarilə, 1 aprelin əhəmiyyəti mədəniyyətlərə görə dəyişir. Xristianlar üçün "Zarafat günü" kimi bilinən "1 aprel" müsəlmanlar üçün "hiylə günü" kimi qəbul edildi.

Digər ölkələrdə...

1 aprel günü Hollandiya, Belçika, Kanada, ABŞ, İsveçrə, Yaponiya daxil olmaqla dünyanın çox yerində məşhur gündür. Bu gün haqqında bir əfsanə də "Pagan mədəniyyəti"ndə 1 apreldə qeyd olunan Fous bayramıdır. Antik Romada "Hilarya" adlı bir bayram da keçirilir. Hindistanda isə bu bayram 31 martda "Holi" adı ilə qeyd olunur. İngiltərədə 1 aprel "Fool’s day" ("Axmaqlar günü") adı ilə tanınır.

Tarix
2015.04.01 / 15:26
Müəllif
Nigar An
Şərhlər
Digər xəbərlər

İran səfirinin məqsədi sülhü əngəlləməkdir - Məmmədov

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla