Yuxarı

Suriyadan bomba yox, şeir xəbəri - Qadə Əlsman

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qadə Əlsmandan bir şeir

(Suriyə)

Azadlıq bağırdığımı kimsə duymaz...

Mən bir insanam

Mənim evimə gəlsən,

Bir qələm gətir.

Üzümə qara xətlər çəkmək istəyirəm,

Qara xətlər çəkmək istəyirəm ki, gözəlliyimi gizlətmiş olum.

Çünkü bizim ölkəmizdə gözəllik suç sayılır.

Gözəlliyim üzündən həbsə girmək istəmirəm.

Qəlbimin də üzərinə bir çarpı işarəsi çəkəcəyəm ki,

Köksümdəki bütün həvəslərə yasaq gətirmiş olum

Bir daha əsla həvəslənməyim.

Bir silgi də gətir, unutma!

Təbiətin dodaqlarıma çəkdiyi qırımızı rəngi silib qaraldacağam.

Dodağımdakı qırmızılıq üçün qara gün olmaq istəmirəm.

Bir bel gətir gəldiyində.

Bütün qadınlıq duyğularımı içimdən qazmaq istəyirəm.

Bütün varlığımı şumlamaq istəyirəm

Böylə olduğunda cənnətə rahatca gedə biləcəkmişəm, güyaa!

Bir ülgüç gətir, saçlarımı dibdən qıxrmaq istəyirəm.

Saçlarımı qırxmaq istəyirəm ki, başörtüsüz dolaşa bilim insanların içində.

Saçlarımın gözəlliyi azadlığımı əlimdən almasın.

İynə—sap gətirməyi unutma

Dilimi və dodaqlarımı tikmək istəyirəm.

Böyləsinə hayqırtılarım içimdə boğular.

Azadlıq bağırdığımı kimsə duymaz.

Duyub da "Şəriətdə qadının səsi duyulmamalı"— söyləməz.

Ən önəmlisi bir qayçı gətir.

Saqın qayçı gətirməyi unutma!

Düşüncələrimi qayçılamaq istəyirəm.

Yuyucu tozlar da gətir lütfən!

Beynimi yumaq istəyirəm.

Beynimi yuyub asılqandan asmaq istəyirəm.

Beynimdəki düşüncələrimi küləklər aparsın ərəbin viran etdiyi yerlərə.

Bilirsənmi?

Gerçəkçi olmaq lazım.

Tapsan, səsboğan da gətir!

Sevib seçdiyim üçün fahişə adlandırıldığımda

Səsimi boğazımda boğmaq istəyirəm.

Kimliyimin bir surətini istəyirəm.

Din qardaşlarım və bacılarım

Məni doğru yola çəkmək üçün təhqir edib söydüklərində

Kim olduğumu xatırlamaq istəyirəm.

Səni Tanrı...

Bir yerdə haqqın satıldığını görsən

Mənim üçün al...

Al ki, yeməyimə artırım onu.

Başqasından öncə özüm öz haqqımı yemək istəyirəm.

Sonunda paran qalırsa,

Mənə boyunbağı şəklində bir plakard al!

Boynuma asmaq və üzərində iri xətlərlə yazmaq istəyirəm:

Mən insanam

Mən hələ də bir insanam.

Mən hər gün bir insanam.

Әrәbcәdәn çevirdi: Güntay Gәncalp

Tarix
2014.01.05 / 21:20
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla