Yuxarı

Kübra Əliyeva: “Teatrdan heç zəng də etmədilər”

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tamaşaçını cani-dildən əyləndirib güldürə bilən aktrisalarımızdan biri olan Kübra xanım Əliyevanın keçən gün 65 yaşı tamam oldu. Bir gün gec olsa da, hər zaman gülər üzlü aktrisanın bizi qırmayacağına güvənərək onunla bu gün danışmaq qərarına gəldik. Bəlli oldu ki, aktrisa doğum gününü öz ailəsi, rəfiqələrinin əhatəsində keçirib...

- Bəs sənət dostlarınızdan kimlər vardı?

- Açığını deyim, mən sənət yoldaşlarımla heç vaxt ad günü keçirməmişəm. Hər zaman ailəm, rəfiqələrimlə olmuşam, dünən də ənənəmə sadiq qaldım.

- Kübra xanım, bəzən ad günü, ya da bayramları keçirməyi sevməyən adamlar olur. Amma kimlərinsə xətrinə gülümsəyib əhvalımızı xoş tutmağa çalışırıq. Sizdə necə, ürəyinizcə idi hər şey?

- Yox, mən hər şeydən məmnun idim, 45 illik rəfiqələrim və övladlarımın əhatəsində idim. İnanın ki, dünən elə şən məclis oldu ki, rəfiqələrim çoxdandır belə məclisdə olmadıqlarını dedi. Mən bayramları, ad günümü də keçirmişəm həmişə, hər zaman da sevinmişəm.

- 65 yaşınız tamam oldu. Dövlət səviyyəsində yubileyiniz keçiriləcəkmi?

- Yox...

- Gözləyirdinizmi belə bir şey?

- Mənə ad günü keçirmələrini istəmirdim, heç xoşlamıram adamları saraya yığmağı, konsert verməyi... sevmirəm belə şeyləri... Amma təbrik gözləyirdim. Heç teatrdan da zəng etmədilər. Nazirlikdən təbrik olmadı. Elə bil, Kübra 40 il bu sənətdə, teatrda işləməyib. Bizim təzə direktor gələndə mən təqaüdə çıxdım, amma nə olar təqaüdə çıxanda... Adama təsir edir, əlbəttə... Amma insanlarımızdan razıyam, sosial şəbəkədə bəlkə bir həftədə iki mindən çox adam məni təbrik edib... Nə bilim, insandır da, bir gün var, bir gün yoxdur...

- Kübra xanım, deyirsiniz insan ömrüdür... Siz necə, yaşadığınız ömürdən razısınız?

- Desəm ki, razıyam, yalan olar. Tam narazıyam desəm, bu da yalan olar. 65 ildə nələr yaşamadım? Özü də iyirmi yaşından həyata atılmışam. Xeyirli günlərim də olub, şər günlərim də... Elə insan ola bilməz ki, peşmançılıqları olmasın. Həmişə xoşbəxt olmaq olmur ki... o, an məsələsidir. Əsas odur ki, yaxşı insanlara rast olmuşam. İndi də xəstəyəm, amma həkimlərimin hamısı mənə qayğı ilə yanaşır, hörmət edir, Allah onlardan razı olsun.

Tarix
2014.01.07 / 22:30
Müəllif
Selcan
Şərhlər
Digər xəbərlər

Siyartonun Azərbaycana rəsmi səfəri başladı

Əliyev ilk dəfə açıqladı: 10 noyabrda İrəvan israr etdi, dedim ki…

Xəbərdar edirəm: İlk güllə atılsa, qaçacaqlar - Prezident

Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla