Yuxarı

İntihardan qabaq bunları yazdı...

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Söylədiyi sözlər bir insanın son sözləridirsə, onlar daha çox əhəmiyyət daşıyır. Amma onlar intihar edən insana aid olduqda məsələ daha da qiymət qazanır.

Məşhur yazar və şairlərin intihar qeydləri də yəqin ki, oxucular üçün maraqlı olar. Bunu nəzərə alaraq bir çox yazarın intihar qeydlərini bir araya gətirdik.

Romen Qari – Fransız yazarı, rejissor, ssenarist

Keçmiş həyat yoldaşı Jan Sebergin 1979-cu ildə vəfat etdikdən sonra bu ölümdən təsirlənən yazar 1980-ci ildə Parisdə həyatına son verdi. İntihardan əvvəl isə bu sözləri yazdı:

"Çox əyləndim, sağ olun və təşəkkürlər!"

Nikola Sebastyan Şamfor - fransız yazarı

Parisdə həbs olunmazdan əvvəl intihar edib. Son sözləri: "Ürəyin qırılması, ya da gülləyə tuş gəlməsi qaçılmaz olan bu dünyadan köçürəm".

Hart Kreyn – Amerikalı şair

O, buxarlı gəmidən özünü ataraq qışqırıb: "Hamınız salamat qalın!"

Sergey Yesenin – Rus şairi

Öz qanıyla yazdığı və özünü asandan bir gün əvvəl dostuna verilmiş qeyd belədir: "Salamat qal, dostum, salamat qal. Sevgilim, ürəyimdəsən. Ayrılmağımız da bir taledir. Çox keçmədən bir araya gələcəyimiz də taledir. Salamat qal. Əlini sıxmağa gücüm yoxdur. Ölmək yeni bir şey deyil. Çünki yaşamaq da yeni deyil".

Şarlotta Perkins Gilman – Amerikalı yazar

İntihar etmə hüququnun müdafiəçilərindən olan Gilman həddindən artıq xloroform içərək intihar edib. Son qeydləri belə olub:

"Artıq bir işə yaramadıqda qaçılmaz, yaxın bir ölümdən əmin olduğunda yavaş, faciəvi bir ölüm yerinə sürətli və asan bir ölüm seçmək ən sadə insan haqlarından biridir. Xərçəngdənsə xloroformu seçdim".

Robert E. Hovard – Amerikalı yazar

Hovardın intihar qeydi isə Viola Qarvinin "Sezarın evi" şeirindən bir parçadır:
"Hər kəs qaçdı - hər şey bitdi, elə isə məni od-atəşin üzərinə qoyun, Mərasim bitdi və fənərlər söndü".

Henrix von Kleyst – Alman yazar və dramaturq

Kleyst xərçəng xəstəsi olan gənc yoldaşıyla birlikdə intihar edib. Bacısına intihar qeydi yazıb:

"Bütün dünyayla, hər şeydən əvvəl səninlə uzlaşmadan bu an olduğu kimi rahat və sakit ölə bilmərəm. Mənə yazdığın məktubda güclü ifadələrdən imtina et. Burax onların hökmünü mən qaldırım. Həqiqətən də məni qurtarmaq üçün gücünün yetdiyi hər şeyi etdin. Yalnız bir bacı olaraq deyil, bir insan olaraq da edilə biləcək hər şeyi etdin. Gerçək budur ki, yer üzündə heç bir şey mənə kömək edə bilməz. Artıq salamat qal, Tanrı sənə mənimkinin yarısı qədər olsa belə, keyfli və tərifsiz xoşbəxtlik içərisində bir ölüm bəxş etsin. Bu ​​sənin üçün düşünə bildiyim ən səmimi və ən böyük diləkdir. Henri. Stimmung, Potsdam, ölümümün səhərində".

Vaçel Lindsey – Amerikalı şair

Xlor tərkibli maddə içərək intihar edib. Son qeydi belədir:

"Məni qabaqlamağa çalışdılar, lakin mən onlardan cəld tərpəndim!"

Yukio Misima (Kimitake Hiraoka) – Yapon yazarı

Misima Yapon ordusunun vətəndaş hökumətini devirdiyini zənn edərək xarakiri edib.

Balkondan son sözlərini qışqıraraq içəri keçib, yoldaşına: "Məni eşitdiklərini belə sanmıram", - deyib və xəncərlə qarnını deşib.

Vircinya Vulf – İngilis yazarı

Vulf keçirdiyi əsəb xəstəliyinin təkrarlanacağından qorxaraq özünü Ouse çayında boğaraq intihar edib.
İntihar qeydini əri üçün evində sobanın üstünə qoyub:

"O qorxunc zamanları yenidən yaşaya biləcəyimi zənn etmirəm. Və bu dəfə yaxşılaşmayacağam. Qeybdən səslər eşitməyə başladım və fikrimi cəmləyə bilmirəm. Buna görə ən yaxşı hesab etdiyim şeyi edirəm. Mənə mümkün olan ən böyük xoşbəxtliyi yaşatdın. Mənim üçün ola biləcək hər şey oldun. Bu qorxunc xəstəlik çıxıb gələnə qədər iki insanın xoşbəxt ola biləcəyini düşünməzdim. Artıq daha mübarizə edə bilməyəcəyəm. Həyatını məhv etdiyimi bilirəm. Görürsən də, bunu belə düzgün yaza bilmirəm. Oxuya bilmirəm. Demək istədiyim o ki, həyatımdakı bütün xoşbəxtliyi sənə borcluyam. Mənimlə son dərəcə səbirli və inanılmaz şəkildə yaxşı oldun. Hər kəsin bunu bilməsini istədiyim üçün bunları yazıram. Əgər biri məni xilas etməli olsaydı, o sən olardın. Həyatını məhv etməyə daha çox davam edə bilmərəm. İki insanın bizim olduğumuzdan daha xoşbəxt ola biləcəyini düşünmürəm. V.V.".

Tarix
2014.01.08 / 08:30
Müəllif
Ülkər Cəfərova
Şərhlər
Digər xəbərlər

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər...

Sığorta ödənişinin verilməsi qaydası dəyişdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla