Yuxarı

Aşıq Telli: “Mir Mövsüm Ağaya and olsun ki, ANS yalan yazıb”

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

"ANS-dən mənə zəng edib sazçalan Namiqlə bağlı sual veriblər. Deyiblər ki Namiq saz çalıb oriental oynayıb. Mən də onunla danışmadığım üçün dedim ki, burada yoxam, Masallıdayam. Bunlar da götürüb yazıb ki, Telli Masallıya toya gedib. Bu necə inandırıcı olar bilər ki, Telli haradasa ad günü eləsin, toya getsin…

Belə şey ola bilməz Mir Mövsüm Ağanın qəbrinə and olsun ki, elə şey olmayıb, ANS yalan yazıb".

Bunu Aşıq Telli bildirib.

O, bununla bağlı ANS-in "Günəbaxan" verilişinin prodüserinə öz iradını bildirsə də, heç bir mənası olmayıb. Aşıq isə bu məsələdə sona kimi gedəcəyində israrlıdır:

"ANS-ə zəng etdim. "Günəbaxan" verilişinin prodüseri Könüllə danışdım. Dedim ay Könül bu nədir? Əhvalatı danışdım. Nə qədər şərəfsizdir o gədə. İnsanların əsəbi ilə oynamaq nəyə lazım? Sən faktı yaz da. Bu dəqiqə ANS-ə zəng edəcəm. Bu məsələdə axırına qədər gedəcəm.

Bəsdirin də, nə qədər yalan xəbərlər yaymaq olar. Bu yalanlarla insanları xəstə eləmisiniz. Bir başa ora gedəcəm. Bunu belə qoymaq olmaz. Təcili təkzib verməlidirlər. Yoxsa məhkəməyə müraciət edəcəyəm".

Xatırladaq ki, ANS Aşıq Tellinin 20 Yanvar günü toyda iştirak etməsi barədə yaydığı məlumatda səs yazısını da efirə verib ("AzNews.az").

Tarix
2014.01.21 / 13:41
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakı yenidən özünün olanı geri qaytarır - Solonnikov

Türk dövləti saydığımız İran bu yoldan çəkilməlidir

Bayramov çexiyalı həmkarı ilə görüşdü

Əliyev Zelenskini Bakıya dəvət etdi

İran axır ki, dilləndi: alqışlamadı - “hörmət” edir...

Paşinyan dedi ki, mən gedirəm, Əliyev özü gələcək

Əliyev Moskvada bunu vurğuladı - Solonnikov

Sərhəddə koordinatların dəqiqləşdirilməsi prosesi başladı

İrəvan 4 kəndlə bağlı elan etdi: Bu gün başlayır!

Sülhməramlıların çıxarılması davam edir - Yeni video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla