Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
18 Noyabr 2017


Sonuncu vaqon: tərs yozum

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hacı Şahinin adından çıxış edən adamın təklifi əslində, yerinə düşdü. Bakı metrosunda sonuncu vaqonun qadınlar üçün ayrılması ideyası ürəyimizə yağ kimi yayıldı. Çünki hələ də bir ordu meşşan təfəkkürlü, ictimai nəqliyyatdan istifadəni bilməyən qadınlar toplusu var.

Belələri üçün mütləq mənada istisna vaqonlar olmalı, hətta qapısına elan da vurulmalıdır. Ki, islah olsunlar...

Metrodan hər gün istifadə edənlər şahiddirlər: qadınlar nəinki bir-birinə yol, minənə-düşənə, oturana-durana aman belə vermirlər, özü boyda çanta götürüb hələ də onu daşımağı bacarmayan, çantasını ona-buna vura-vura düşən, əlindəkini tutmağı bacarmayıb oturanın ya çiyninə, ya başına qoyan da elə zərif cinsin nümayəndələridirlər.

Kişilərdən nəzakətli olmağı tələb edən o "mədəniyyətin" sahibələri sərnişinləri itələmək, çantası ilə vurmaq, "yetənə yetib, yetməyənə daş atmaq"la manqurt olduqlarının fərqində deyillər.

Dəfələrlə şahidəm: axşam işdən evinə yorğun-arğın gedən, üzündən əzginlik tökülən, əlində yemək bankasını qucaqlayıb bir künc oturacaqda özünə yer tapan fəhlədən də metroda yer gözləyən elə yuxarıda sadaladığım o qadınlardır. Amma yeri elə "sonuncu vaqon" olan o xanım sərnişin fəhləyə Allahın "sağ ol"unu da demir, ya da minnətlə deyir.

Yanında 2-3 yaşında uşaqla metroya minib, ağsaqqal kişilərdən yer gözləyən, kişi durandan sonra özü əyləşib uşağı qucağında oturtmaq əvəzinə, balaca uşağı ağsaqqalın yerində oturdanlar da rastınıza çıxmamış deyil. Sonra o ağsaqqalın yerində əyləşdirdikləri 2-3 yaşlı uşaq böyüyəndə ondan böyüyə hörmət gözləyirlər.

Bu nə feministlikdir, nə də qadınlara düşmənçilik. Sadəcə reallıq budur – bir batalyon qadın var ki, gündəlik ictimai nəqliyyatda özlərini apara bilmirlər. Yüksək tonla da onlar danışır, özü əyləşib hamilə, ya yaşlı biri üçün gənclərə "dur yer ver də" deyənlər də elə onlardır.

Bu gün ictimai nəqliyyatda hərəkətini bilməyən, əyləşmək qaydalarından xəbərsiz olan, özünü aparmağı bacarmayan, bir balaca sıxlıqdan istifadə edən kişilər də az deyil, əlbəttə.

Ancaq elələri artıq tükənmək üzrədir. Qınaqlar onları daha da azaldacaq. Və ən pisi isə həftədə bir dəfə ictimai yerdə elə kişi ilə rastlaşsam da, yuxarıda sadaladığım qadın personajları ilə gün ərzində dəfələrlə qarşılaşıram.

Qoy bir gün Hacı Şahinin adından təkliflə çıxış edən şəxsin "sonuncu vaqon"u reallaşdırılsın. Onda şahidi olarsınız ki, o vaqonda yer üstündə nə davalar, minib-düşmək üstündə nə qırğınlar düşür?!

Mən hər gün dəfələrlə rastlaşıram belə hökm verənlərlə. Daha rastlaşmamaq üçün qatarın elə sonuncu vaqonunu o qadınlar, qızlar üçün ayrılmasını istəyirəm. Ən azından bir də sonuncu vaqona minməyəcəyimi bilərəm...

Tarix
2015.11.05 / 08:45
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
loading...
Digər xəbərlər

Mixaylonun Maribor şəhərində abidəsi ucaldıldı - Foto

Ermənilərin növbəti yalanı bütün dünyanı güldürdü – Video

“Bakı Ekspo 2025”in təqdimatı oldu - Foto

Bu, Bakını dünyaya yeni imicdə təqdim edir - Alişa Çinay

Bu il ölən 3 gözəl modelimiz - Fotolar

Bakıda villa 2,5 milyona satışa çıxarıldı - Foto

Tanınmış müğənni baş nazir olmaq istəyir

Dünyanın ən bahalı şərabı satıldı - Foto

Suyun altında 3000 illik qala tapıldı: Türkiyədə - Foto

Cizgi filmində Atatürklə bağlı mesaja etiraz - Video

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla