Yuxarı

Mərhumun macəraları

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Senet.az XAN nəşriyyatında işıq üzü görmüş "Həyat işığı" kitabından Mixail Bulqakovun "Mərhumun macəraları" hekayəsini təqdim edir. Əsəri Azərbaycan dilinə Səbinə Muradova və Cavid Cəfərov tərcümə edib.

***

– Öskür. – Bu, 6-cı sahə həkiminin xəstəyə verdiyi ilk göstəriş idi.

Xəstə bir o qədər də çətin olmayan tapşırığı yerinə yetirdi.

– Üstümə yox, ay dayı. Bütün üz-gözümü tüpürcək elədin ki… Nəfəs al.

Xəstə nəfəs aldı. Həkimə elə gəldi ki, poliklinikada kimsə qrammofonu işə saldı.

– Oho! Dəhşətdir! Hərarətin necə, var?

– 70 dərəcə olar, – deyə xəstə həkimin xələtinə öskürərək cavab verdi.

– Yaxşı görək, 70 dərəcə istilik olmur axı, – həkim bir az fikrə gedəndən sonra dedi, – deməli belə, səndə ciddi heç nə yoxdu, sadəcə, sürətlə yayılan vərəmdir.

– Belə de. Demək, öləcəm.

– Hamımız öləcəyik, – həkim mövzudan yayınaraq dilləndi, – qulaq as, gör nə deyirəm, əzizim, mən sənə bir kağız yazacam, gedərsən Moskvaya, müayinəyə, rentgen şəklini çəkdirib qayıdarsan, yaxşı?

– Kömək eləyər?

Nə deyim, bəzilərinə eləyir. Qayıdanda da şəkilə baxa-baxa darıxmazsan.

– Yəqin, – xəstə razılaşdı, – əl-ayağın soyuyur, ölümün yaxınlaşdığını hiss edirsən, şəklə baxanda isə bir az rahatlıq tapırsan. Sonra da arvad bu şəkli asır qonaq otağından və başsağlığı verməyə gələn qonaqlara göstərib deyir: "Bu mənim rəhmətlik ərimin rentgen şəklidir. Qaragün dəmiryolçu idi". Qonaqlara da maraqlı olar.

– Bax belə, ruh yüksəkliyini itirməməyin yaxşı əlamətdir. Bu da sənin göndəriş vərəqən. Gedirsən müdirin yanına, o da sənə Moskvaya qədər bilet yazır… vəssalam. Sənə yaxşı yol..

– Dərin minnətdarlığımı bildirirəm.

Xəstə ürək dolusu öskürüb bronxlarını boşaltdıqdan sonra həkimlə sağollaşıb müdirin otağına yollandı. Amma ora çatmadı. Çünki katib onun yoluna daş hasar kimi dikildi.

– Nə lazımdı?

– Məndə sürətlə yayılan vərəm tapılıb.

– Vay-vay… Adə, müdirin kabineti sanatoriyadı bəyəm. Sən burdan yollan düz həkimin yanına.

– Orda olmuşam. Bu da kağız, müdir mənə bilet yazmalıdı.

– Sənə bilet vermək olmaz.

– Niyə? Bəs şəkil? Sən çəkəcəksən?

– Bura bax, mən səninçin fotoqraf deyiləm! Özün də ağzını o tərəfə tut, mənim kağızlarımın üstünə öskürmə!

– Həkim deyir şəkilsiz olmaz. Qayda belədi.

– Neynək, onda sürüş müdirin yanına.

– Salam…

Xəstə ancaq bunu demişdi ki, onu bərk öskürək tutdu.

– Öskürəndə ağzını tut. Nə istəyirsən? Bilet? Düşmür. Sən bizdə cəmi iki aydır işləyirsən. Bir ay da döz.

– Şəkilsiz ölərəm axı.

– Get şəkli dənizkənarı parka çəkdir.

– Dərd orasındadır ki, mənə adi şəkil yox, rentgen şəkli lazımdı.

– Onda get, söhbətini mühasiblə çürüt.

– Salam.

– Məndən uzaq dur, nə lazımdı?

– Bilet. Şəkil üçün getməliyəm.

– Başqa heç nə istəmirsən? Biz xəzinə üstündə oturmuşuq? Haydı, katibin yanına.

– Sa… Öhö kxa… rrr.

– Elə indicə yola salmadım səni?. Yenə gəldin? Az öskürmüsən burda? Get müdirin yanına, əl çək məndən!

– Sala… öhö-öhö kxa rrr.

– Ələ salmısan məni? Növbətçi mənə dəsmal gətir üstümü silim. Çıx, çıx otaqdan. Get, həkimə.

– Salam… vermirlər!

– Eybi yox mən həll edərəm. Get müdirin yanına.

– Getməyəcəm. Elə burda öləcəm… Öhö… urrr

– Mən sizə dərman verərəm, bu damcılar kömək eləyir. Ey, ey dayan görüm, yıxılma, ölmə. Sanitar, qaldır onu.

İki həftə sonra

– Aman allah, axı sən ölmüşdün?!

– Düzdü.

– Deyəsən, məni qara basır. Qayıt yerinə, qəbirstanlığa, axirətə

– Şəkilsiz olmaz.

– Ay Allah… aralı dur bir az, üfunət iyi verirsən.

– Adi şeydi. Amma onu da deyim ki, yaman istidi ha, oralar.

– Pivə iç, sərinlə.

– Ölülərə vermirlər.

– Get, get müdirin yanına.

– Sa…

– Kuryerlər! Kömək eləyin!!! Ay camaat! Zəlil olasan, səni elə. Bu boyda tabutla hara soxulursan? De, de görüm nə istəyirsən. Amma sən Allah, elə baxma mənə.

– Bilet istəyirəm, Moskvaya, şəkil çəkdirməyə.

– Yazın! Tez yazın verin. Yumşaq kupeyə, özü də beynəlxalqa. Təki gözümün qabağından rədd olsun, yoxsa mənim ürəyim partlayacaq.

– Necə yazaq?

– Yazın ki, filan skeletə Zernovo stansiyasından Moskvaya qədər…

– Bəs tabutu neyləyək?

– Tabutu? Həə, onu da yük yerinə.

– Vəssalam! Hazırdı, buyurun.

– Təşəkkürlər! İcazə verin əlinizi sıxım.

– Yooox, əlsıxma lazım deyil.

– Get, əzizim, get. Kuryer, mərhum yoldaşı yola salın. Uğurlar!

Tarix
2015.11.07 / 08:30
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla