Yuxarı

Rəssamlar: kim hansı qadını çəkmək istərdi? – Sorğu

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya incəsənətində qadın obrazı xüsusi yer tutur. Leonardo Da Vinçinin "Mona Liza"sı, Tolstoyun "Anna Karenina"ası illər keçsə də, şah əsər kimi hər səhifədə qarşımıza çıxır. Bəs Azərbaycan rəssamları hansı qadını öz əsərləri ilə əbədiləşdirmək istəyirlər?

Axar.az bu suala cavab tapmaq üçün məşhur rəssamlara belə bir sualla müraciət edib:

"Hansı xanımın portretini çəkmək istərdiniz?"

Xalq rəssamı Arif Hüseynov: "Həmişə arzu edirdim ki, Füzulinin "Leyli və Məcnun"unun Leylisinin portretini çəkim, Allah qismət etdi və mən Leylinin portretini dəfələrlə çəkdim. Bu yaxınlarda mənim yaxın dostum, rəqqasə Təranə Muradovanın yubileyi olacaq, istəyirəm, onun portretini çəkim. Ona görə ki, onun obrazı çox xoşuma gəlir. Təranə xanım əsil Azərbaycan qadınıdır. O xanımda mənim çəkmək istədiyim obrazla uyğunluq görürəm".

İlqar Əkbərov: "Mən nadir hallarda portret işləyirəm. Əsasən, təbiət tablolarına üstünlük verirəm. Gənclik illərimdə anamın, bu yaxınlarda isə həyat yoldaşımın portretlərini çəkmişəm. Heç vaxt tanımadığım insanların portretlərini çəkmək arzusunda olmamışam. Bir insanın portretini çəkməyim üçün gərək onu şəxsən tanıyam, üz cizgilərinə, xarici görünüşünə bələd olduğum kimi, xasiyyətinə də bələd olam. Ancaq o zaman portret işləməyə qərar verə bilərəm".

Gündüz Əlizadə: "Mənim üçün qadın özəl xarakterə malik sirli dünyadır. Əgər onun gözəlliyi yalnız vizual görkəmi ilə məhdudlaşırsa, o zaman palitramda ona uyğun rənglərin seçimi mənə çətinlik törətmir. Gözəlliyin xilas edə bilməyəcəyi dünyada yaşamaq məcburiyyətimiz ən böyük bədbəxtliyimizdir".

Pərviz Əsədov: "Çox portret işləmişəm, elə indi də işləyirəm. Amma mən çox rəssamdan fərqli olaraq, real insanları deyil, xəyalımdakı insanların portretlərini işləyirəm. Həmçinin də xəyalımdakı xanımların portretlərini. Çünki mən əsərlərimdəki insanların kiməsə bənzəməsini istəmirəm. O ki qaldı hansı xanımın portretini işləmək istəyimə, mən qızlarımın portretlərini çəkmək istəyirəm. Düzdür, onlar hələ azyaşlıdır, amma gələcəkdə, inşallah, onların rəsmlərini çəkəcəyəm".

Tarix
2015.11.08 / 09:30
Müəllif
Dilarə Zamanova
Şərhlər
Digər xəbərlər

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla