Yuxarı

Anar Yusifoğlunun qızı yeni layihə başlatdı

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış jurnalist, İctimai Televiziyanın department rəhbəri Anar Yusifoğlunun qızı, Tibb Universitetinin tələbəsi Aytən Yusifzadə yeni layihəyə start verib.

Axar.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti Yanında Gənclər Fondu tərəfində maliyələşən layihədə bayrağımızla bağlı təbliğat çərçivəsində video-çarx hazırlanacaq.

Dövlət bayrağımız - milli bayrağımız ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının yerləşdiyi binada qəbul edilib və qaldırılıb. Müstəqil Azərbaycanın dövlət bayrağındakı üç rəngin ifadə etdiyi və XX əsrin əvvəllərindəki milli istiqlal ideologiyamızın üç təməl prinsipini təşkil edən "türkçülük, islamçılıq və müasirlik" düsturunun müəllifi görkəmli Azərbaycan mütəfəkkiri Əli Bəy Hüseynzadədir.
2009-cu ilin noyabr ayında Dövlət Bayrağı Günü ilə bağlı Əmək Məcəlləsinin 105-ci maddəsinə əlavə edilmiş əlavəyə əsasən, 9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günü elan olunub və bu bayram ölkədə qeyri-iş günü olan bayramların siyahısına daxil edilib. 2010-cu ilin sentyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən Dövlət Bayrağı Meydanının - Bakı şəhərinin Bayıl sahəsində yerləşən memorial abidə-istirahət parkının təntənəli açılışı olub. 162 metr yüksəklikdə dalğalanan Azərbaycan bayrağı dünyanın ən yüksək bayrağıdır.

İnşa olunmuş dayağın hündürlüyü 162 m, bünövrəsinin diametri 3,2 m, bünövrənin üst hissəsinin diametri 1,09 m-dir. Qurğunun ümumi kütləsi 220 tondur. Bayrağın eni 35 m, uzunluğu 70 m, ümumi sahəsi 2450 m², kütləsi isə təqribən 350 kq-dır. Ginnes Dünya Rekordları Təşkilatı 2010-cu il mayın 29-da Azərbaycan Dövlət Bayrağı Dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq edib.

Meydanda qurulmuş Azərbaycan Respublikasının gerbi, dövlət himninin mətni və ölkəmizin xəritəsi qızıl suyuna salınmış bürüncdən hazırlanıb. Meydanda Dövlət Bayrağı Muzeyi də yaradılıb.

Yuxarıda sadalanan amilləri nəzərə alaraq təklif olunan layihədə qeyd olunur ki, ölkəmizdə, xüsusən də gənclər arasında bayrağımıza qarşı laqeyidlik hiss edilir. Layihədə bu problemin aradan qaldırılmasının və bayrağımızın milli dəyərini onlar arasında aşılanmasının vacibliyi qeyd olunur.

Layihə paytaxt və region gənclərinin arasında Azərbaycan dövlətinin suverenliyi rəmzi olan bayrağımızın gənclər arasında təbliğini nəzərdə tutur. Layihə çərçivəsində hazırlanacaq video-çarx vasitəsilə gənclər daha ətraflı məlumat bazasına malik olacaqlar.

Video-çarxda bayrağımız haqqında gənclər üçün maraqlı məqamlara toxunulacaq. Video-çarxın özəlliyi ondan ibarətdir ki, burada ölkənin tanınmış simaları gənclərə bayrağımızla bağlı müraciət ünvalayacaqlar.

Tarix
2015.11.08 / 14:11
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Sərhəd boyu proses gedəcək: mübahisəli ərazilərə çatanda…

İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla