Yuxarı

Xanlarova: “Al Paçino ilə birlikdə...”

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kinematoqrafiyamızda mühüm yer tutan filmlərimiz həm mövzusuna, həm də aktyor-aktrisa oyununa görə sevilir. Xüsusən, filmdə tərəf-müqabili olan aktyor və aktrisalar bəzən həmin ekran əsərinin kulta çevrilməsinə səbəb olur. Axar.az tanınmış sənətçilərə belə bir sualla müraciət edib:

"Hansı sənətçi ilə filmdə və ya tamaşada tərəf-müqabili olmaq istərdiniz?"

Nurəddin Mehdixanlı: "Neçə illik sənət fəaliyyətimdə çox aktrisa ilə oynamışam. Amma mən ən çox xalq artisti Şəfiqə xanım Məmmədova ilə bir səhnədə rol almaq istəyərdim. Çünki o aktrisadır! Əcnəbilərdən isə ən bəyəndiyim və bir yerdə səhnə almaq istədiyim insan, türkiyəli gənc aktrisa Tuğba Büyüküstündür. O qızda həm səhnə yaraşığı, həm də istedad yetərincədir".

Firəngiz Mütəllimova: "Teatrda demək olar ki, bütün aktyorlarımızla bir səhnəni paylaşmışam. Mənim üçün bütün sənət dostlarım əzizdir. Rafael Dadaşov, Nurəddin Mehdixanlı, Füzuli Hüseynov, Ramiz Məlik və ən əsası da Yaşar Nuri kimi böyük aktyorlarla tərəf-müqabili olmuşam. Türkiyəli aktyor Xəlil Ərgünlə də birlikdə rol almışıq. Yəni mənim üçün əsas kim olması deyil, güclü, istedadlı aktyor olmasıdır. Eyni dildə danışmasaq belə, əsas odur, mən səhnədə tərəf-müqabilimdən nə isə ala bilim. Güclü tərəf-müqabili mənim üçün sərvətdir".

Ramiz Novruz: "Mən partnyor seçimində çox tələbkaram. Bizdə də talantlı aktrisalar çoxdur. Onların 90 faizi ilə demək olar ki, bir yerdə rol almışam. Heç kəs inciməsin deyə, yerli aktrisalardan ad çəkmək istəmirəm. Amma xaricilərdən yaşım çatsaydı, Alisa Frendlixlə bir filmdə çəkilmək istərdim".

Mehriban Xanlarova: "Həmişə arzu etmişəm ki, məşhur dünya ulduzu Al Paçino ilə birlikdə baş rolda çəkilim. Amma təəssüf ki, bu, arzu olaraq qalır. O ki qaldı yerli aktyorlara, mən demək olar ki, hamısı ilə istər teatrda, istər kinoda, istərsə də seriallarda eyni səhnəni paylaşmışam. Birgə rol almadığım və tərəf-müqabili olmaq istədiyim insan sevimli aktyorumuz, xalq artisti Fuad Poladovdur".

Bəhram Bağırzadə: "Mən tələbə yoldaşım Dilarə Əliyeva ilə bir səhnəni paylaşmaq istərdim. Çünki biz Dilarə və onun həyat yoldaşı Oqtay ilə artıq 25 ildir ailəvi dostuq. Bundan əlavə, biz bir yerdə oxuduğumuz üçün eyni müəllimlərdən dərs almışıq. Ona görə də bir-birimizi yaxşı başa düşərik. KVN-də isə bəzi tamaşalarda tərəf-müqabili olmasaq da, eyni səhnədə olmuşuq. Məncə, biz tərəf-müqabili olsaq, bu, bizdə çox yüksək səviyyədə alınacaq".

Fatma Mahmudova: "Mən tərəf-müqabili olmaq istədiyim insanla artıq eyni səhnəni bölüşmüşəm. Bu, aktyor Elməddin Cəfərovdur. Elməddin çox istedadlı gəncdir. Nəinki Elməddin, Fərda özü də çox yaxşı aktyor və tərəf-müqabilidir. Ümumiyyətlə, düşünürəm ki, gənclərə güvənmək və onlara şans vermək lazımdır".

Tarix
2015.11.09 / 09:00
Müəllif
Dilarə Zamanova
Şərhlər
Digər xəbərlər

Ermənistanda növbədənkənar seçkilər olacaq?

CHP lideri AŞPA-da Azərbaycana dəstək oldu - Video

Tiflisdə prezident hökumətə qarşı – Nə baş verir?

Bu, Makronun Bakıya qarşı yeni hücumudur

Makron Bakıdakı səfiri niyə geri çağırdı? - Markov

Rus sülhməramlıları buna görə Qarabağdan çıxdı - Markov

Abdullahian Türkiyədə: Konsulluğa getdi

Əli Əsədovun rəhbərliyi ilə iclas keçirildi - Foto

MN-dəki 9 milyonluq mənimsəmə ilə bağlı növbəti məhkəmə

Moskva bütün məsələləri Bakı ilə həll edib - Naumov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla