Yuxarı

Cəlil Cavanşir Aysel Əlizadəni məhkəməyə verdi

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Niyazi Mehdinin təşkilatçılığı ilə "Qanun" nəşriyyatında "rəmzi məhkəmə" keçirililib.

"Axar.az" xəbər verir ki, tədbirdə Azərbaycan ədəbiyyatında insan haqları mövzusuna olan biganəlik müzakirə edilib. Rəmzi məhkəmədə iddiaçı Cəlil Cavanşir, cavabdeh tərəf isə Aysel Əlizadə olub.

Yazarların müzakirələri zamanı bütün suallara Aysel Əlizadə cavab verib. O, Pərviz Cəbrayılın "Yad dildə", Sayman Aruzun "Yüz il inqilab" və bir neçə əsərlər ilə sübut etməyə çalışıb ki, Azərbaycan ədəbiyyatında insan hüquqları mövzusuna toxunulur.

Sonda səsvermə nəticəsində Cəlil Cavanşirin təqdim etdiyi çıxış auditoriyanın alqışları ilə nəticələnib. Rəmzi məhkəmənin qalibi isə yazar Cəlil Cavanşir olub. Qarşı tərəf Aysel Əlizadə isə ədalətsiz məhkəmə modelindən, heç bir arqument gətirməyən Cəlil bəyin qalibiyyətinə etiraz edib. (Rəmzi olaraq.)

Qeyd edək ki, 25 nəfərin iştirakı ilə keçirilən rəmzi məhkəmənin hakimi Şahbaz Xuduoğlu olub. Niyazi Mehdinin təşkilatçılığı ilə baş tutan rəmzi məhkəmələrin davam edəcəyi planlaşdırılır. Mövzular isə açıqdır. Bütün təkliflər yazarlar və jurnalistlər tərəfindən gözlənilir.

Tarix
2014.01.25 / 16:29
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ermənistanda növbədənkənar seçkilər olacaq?

CHP lideri AŞPA-da Azərbaycana dəstək oldu - Video

Tiflisdə prezident hökumətə qarşı – Nə baş verir?

Bu, Makronun Bakıya qarşı yeni hücumudur

Makron Bakıdakı səfiri niyə geri çağırdı? - Markov

Rus sülhməramlıları buna görə Qarabağdan çıxdı - Markov

Abdullahian Türkiyədə: Konsulluğa getdi

Əli Əsədovun rəhbərliyi ilə iclas keçirildi - Foto

MN-dəki 9 milyonluq mənimsəmə ilə bağlı növbəti məhkəmə

Moskva bütün məsələləri Bakı ilə həll edib - Naumov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla