Yuxarı

“Qu quşu yuvası üzərindən uçarkən” – Təhlil

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Povestin mükəmməl ekran yozumu

Milliyyətcə çex olub ailəsini ikinci dünya müharibəsində əsir düşərgəsində itirmiş, Parisdə və Moskvada ali kino təhsili almış, 1968-ci ilin Praqa hadisələrindən sonra vətəninə qayıtmaqdan vaz keçmiş rejissor Miloş (Jan Tomas) Formanın (1932) Amerikada Ken Kizitin eyniadlı povesti əsasında 1975-ci ildə çəkdiyi "Qu quşu yuvası üzərindən uçarkən" (One Flew Over the Cuckoo’s Nest) (ssenari müəllifləri Lourens Hauben, Bo Doldmen) filmi demokratiya uğrunda mübarizənin audiovizual həllini yaradır. Səhər-səhər qapıların, əl-ayağa bağlanmış kilidlərin açılışı, dərmanların paylanması mühiti açılan ruhi xəstəxanaya yeni gətirilən xəstənin qandallardan azad olması ilə şadyanalığı yeni abı-havanı önə çəkir.

Davakarlığına görə beş dəfə həbs olunmuş, on beş yaşlı qızı zorladığından sonuncu dəfə həbsxanada yatmış Mark Merfinin (Cek Nikolson) əməllərinə bəraət qazandırmaq, xəstələri təsir dairəsinə salmaq, diaqnoz qoyan həkimi ələ almaq bacarığı personajın psixoloji imkanlarını nümayiş etdirir. Və xəstələrin mənəvi problemlərini müzakirəyə çıxaran tibb bacısı Reiçitin (Luiza Fletçer) yaratdığı qalmaqalı soyuqqanlı müşahidəsi Mark Merfinin daxili iradəsini passiv müqavimətini üzə çıxarır.

Amerikanın demoqrafik zümrə fərqliliyini təmsil edən xəstələr arasından zənci Vaşinqtonun etirazına baxmayaraq seçdiyi hərəkətsiz, reaksiyasız, ağır dəli hesab olunan boy-buxunlu hinduya, basketbol topunu səbətə atmağa səbirlə vadar edən Merfi özünün ali qayəsini dolayı yolla üzə çıxarır. Paralel olaraq əlil arabasındakı xəstənin çəliyi ilə "boks armudu"nu döyəcləməsi ətalətli mühitdəki həyat eşqinin alovlanmasından xəbər verir. Şərti pul vahidini təmsil edən siqaretlərlə maddi maraq oyadaraq kart oyununa cəlb etdiyi xəstələri öz mənafelərini qurmağı öyrədən Merfi məqsədini reallaşdırmaq yolunda növbəti addım atır. "Mən burada fikirlərimi, düşüncələrimi eşitmirəm" mətnini səsləndirən musiqiyə üsyan edən Merfi demokratiyanın ilkin şərtini diqqət mərkəzinə gətirir. Xəstələrə zorla qəbul etdirilən naməlum həblərə qarşı çıxmaqla qrafiki dəyişərək televizorda beysbol çempionatına baxmaq tələbini səsə qoyduran Merfinin passiv halsızların səsvermədə iştirak etməmələri - auditoriyanın passivliyi hesabına xanım Reiçitə uduzması gözönü qarşıdurmanı səciyyələndirir.

Uduzan Merfinin yerindən tərpətmək istəsə də, gücünün çatmadığı əlüzyuyana güc gəlməsi məqsədi diqqət mərkəzinə gətirir. Artıq madam Reiçitin açıq müzakirələrinə, standart müalicəsinə müqavimət, çempionata baxmaq istəyənlərin çoxalması xəstəxanadakı oyanışdan xəbər verir və növbəti səsvermədə halsızlar arasından nəhayət ki, əlini qaldırmaqla hindunun qələbəni təmin etməsi çoxluğun qələbəsini təmin edir. Ancaq iclasın bağlandığını bildirməklə həlledici səsi saymayan xanım Reiçitin müqavimətindən sonra televiziya ekranındakı yad təsvir üzərində apardığı reportajla qələbənin imitasiyasını yaradan Merfi şərti qələbəni təmin edir. Beləliklə, sərbəst bazar, azad söz, müstəqil seçki kimi demokratiya təməllərinin tətbiqi mühiti canlandırır. Baş həkim, komissiya sağlam hesab etməklə mühitdən uzaqlaşdırmaq istəsələr də, başladığı işi sona çatdırmaq niyyətli Merfi ideyası uğrunda ölümə getməyə hazır olan xarakteri səciyyələndirir. Hindunun çiyninə qalxmaqla xəstəxananın hündür hasarını keçərək sükanı arxasında əyləşdiyi avtobusu marşrutdan çıxarmaqla, yolüstü götürdüyü xanım tanışı Kendi ilə birgə dostlarının psixiatriya institutunun həkimləri kimi təqdim edilməsi, gəmi ilə balıq ovunda iri balığın tutulması Merfinin xəstələrə azadlığı dadızdırması azadlığın tərənnümünə çevrilir. Təqib olunan gəminin tutulmasına baxmayaraq bu hadisədən sonra köhnə idarəçilik təməli sarsılan xəstəxanada Merfinin yaratdığı basketbol komandasının həyata davamlılığı ümumi mənzərəni dəyişir.

Halsızlarla birgə oyuna qoşulan boy-buxunlu hindunun əlini uzatmaqla rəqib komandanın atdığı topun səbətdən keçməsinə mane olması yaranan ümumi canlanmanı təsdiqləyir.

Hovuzdakı xəstələrə əlindəki dəyənəklə nəzarət edən sanitarın buranın xəstəxana olduğunu xatırlatması ilə öz razılıqları ilə buraya düşənləri qaçmağa təhrik edən Merfinin barışmaz ziddiyyəti hadisələri gərginləşdirir. Və artıq xəstələrin istirahət saatlarında və günlərində yataq otaqlarının bağlı olmasına, siqaretlərinin əllərindən alınmasına etirazları pozulan hüququn dərki kimi səciyyələndirilir. Bütövlükdə avtoritarlığa qarşı çıxan filmdəki "üsyanda" pəncərə arxasındakı siqareti götürmək üçün şüşəni sındırmaqla zədə alan Merfi inzibati amirliyin zorakılığının qurbanına çevrilir. Lal-kar olmadığı üzə çıxan hindu ilə Kanadaya qaçmağa qərar verən, bədəninə elektrik cərəyanı yeridildikdən sonra özünü halsızlığa vurmaqla xanım Reiçitdə məmnunluq yaradan Merfi qabartmaqla hadisəliliyi artırır. Artıq xəstələrlə dialoqa girmək məcburiyyətində qalan xanım Reiçit mühitdə yaranan balansın təsdiqinə çevrilir və məhz bu məqamda televiziya efirindən "Berlin səddinin yarılması" barədə operativ informasiyanın getməsi qlobal hadisəni ekvivalent kimi önə çəkir. Daha sağlam atasının başına gətirilənləri xatırlayan hindunun qaçmaqdan imtina etməsi fonunda, rüşvətlə gözətçini ələ alaraq Kendini rəfiqəsi Roza ilə birgə xəstəxanaya buraxdırmaqla, sanki Berlin divarının yarılmasını təkrarlayan Merfinin xanım Reiçitin mikrofonunu əlinə götürərək ayağa qaldırdığı xəstələri şəraba, rəqsə qonaq etməsi hadisələri yeniləşdirir. Və ruhu təzələnən ümidsiz xəstə Billinin bəyəndiyi Kendi ilə cinsi əlaqəsinə inzibati amirliyin müdaxiləsi, xanım Reiçitin gəlişi ilə baş alıb gedən kütləvi zorakılığa qarşı müqavimət göstərənlər arasında artıq tam sağalan Billinin sərbəstliyi yeniləşən cəmiyyət modelini təqdim edir. Xanım Reiçitin psixi təsiri ilə mənəvi zərbə alan Billinin ölümündən sonra dağ kimi güclü olduğunu deyən hindu cəzalardan sındırılan Merfiyə: "Səni də özümlə aparacağam" desə də, ağzına balış basıb öldürdükdən sonra inzibati amirliyin simvoluna çevrilən ağır əlüzyuyanı yerindən qaldırıb barmaqlıqlı pəncərədən bayıra atması, xəstəxananı su basması istibdada qarşı mübarizədən xəbər verir. Ən yaxşı film, rejissor, ssenari, iki aktyorun ifasına görə beş "Oskar"a layiq görülən bu film sənətkara dünya şöhrəti qazandırdı.

Tarix
2014.01.29 / 00:10
Müəllif
Aydın Dadaşov
Şərhlər
Digər xəbərlər

Rəsmi İrəvan gərəksiz bəhanələr axtarmaq əvəzinə…

Bu, Ermənistanı yeni təxribatlara təşviq edə bilər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla