Yuxarı

Eldar Mansurov bütün varidatını AMEA-ya bağışladı

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Görkəmli musiqişünas, bəstəkər, xalq artisti Eldar Mansurov özünün və Azərbaycan Respublikasının xalq artisti, klassik muğamlarımızın mahir ifaçısı, tarzən Bəhram Mansurovun yaradıcılığını əks etdirən arxiv materiallarının bir nüsxəsini AMEA-nın Mərkəzi Elmi Kitabxanasına bağışlayıb.

"Axar.az" xəbər verir ki, bunlar Aydın K.Əzimovun Eldar Mansurova bağışladığı "Şur" muğamının ifa tərzləri və onların nota alınması" toplusu, not yazısı Eldar Mansurova məxsus olan "Azərbaycan dəraməd və rəngləri", özünün müəllifi olduğu "Simfonik rəqsləri", simfonik orkestr üçün yazdığı "Simfoniya №4", kamera orkestri üçün "Freskalar", 2 hissədən ibarət "Saqinamə", fortepiano üçün yazdığı "Miniatürlər Rubato"nun nota köçürülmüş kitab və kitabçaları, həmçinin 1995-ci ildə çap olunan "Muğam düşüncələrim" adlı məqalələrdən ibarət kitabaları və görkəmli tarzən Bəhram Mansurova aid olan Heydər Əliyev Fondu tərəfindən mahir tar ifaçısının anadan olmasının 100 illiyinə həsr edilmiş "Mansurovlar" kitabı, ustad tarzənin ifalarından götürülərək nota köçürülmüş "Azərbaycan qədim el havaları", Mansurovlar ailəsinin layiqli övladlarından biri, dövrünün sənət bilicisi, iş adamı, ziyalısı Məşədi Süleyman Mansorovun yazdığı "Xatirələr" kitabını, görkəmli musuqi xadimlərinin Bəhram Mansurov haqqında dediyi sözlər və yaradıcılıq fəlaiyyətini əks etdirən fotoların yer aldığı kitabçalardan ibarətdir.

Eldar Mansurovun fəaliyyətini bütövlükdə əks etdirən CD toplusu və bütün yaradıcılığının elektron variantı da hədiyyələr arasındadır.

Tarix
2014.01.30 / 13:06
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentlər Ağdama getdilər

Əliyev sabah səfərə gedir: Makron ofsaytda qaldı

Naxçıvanla quru yolu bu mexanizmlə təmin edilməlidir

Azərbaycan Aİİ-yə üzv ola bilərmi? - Prezident nöqtə qoydu

İrəvan təsdiqlədi: Tarixi paytaxtımızda konsulluq açır

Prezidentlər Füzulinin dağıdılmış yerlərinə baxdılar

Qarabağla bağlı bu planımız noyabra qədər hazır olacaq

Japarov Füzuliyə getdi, Əliyev qarşıladı

Artıq kəndlər qayıdır, proses isə… - Metyu Brayza

Siyarto Bakıda: İclas başladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla