Yuxarı

Bakıda Pulitser mükafatlı jurnalistlə görüş

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda yerləşən Fransız İnstitutunda Pulitser mükafatlı yazar, jurnalist Klod Salhaninin ABŞ-da çapdan çıxan sonuncu "Andiçmə günü" (Inauguration Day) kitabının təqdimatı keçiriləcək.

Axar.az xəbər verir ki, Klod Salhaninin eyni zamanda jurnalist karyerasından da bəhs edəcəyi görüş yanvarın 13-də baş tutacaq.

İllərdir işlədiyi Azərbaycanı bu yaxınlarda birdəfəlik tərk edəcək jurnalist özünün buradakı təcrübəsini, xarici müxbir olaraq bu ölkəyə baxışını paylaşacaq. Görüş Fransız İnstitutunun giriş zalında kiçik kokteyl ilə davam edəcək. İştirak və girişin sərbəst olacağı görüş Azərbaycan dilinə tərcümə ilə müşayiət olunacaq.

Xatırladaq ki, Pulitser mükafatlı jurnalist hazırda Bakıda Trend Xəbər Agentliyində baş redaktor, "Thearabweekly.com" saytı üçün siyasi analitik olaraq çalışır və "Haffinqton Post" səhifələrində yazıları çap olunur. Jurnalist, politoloq, TV və radio şərhçisi, Ərəb-İsrail, Yaxın Şərq, Mərkəzi Asiya məsələləri üzrə mütəxəssis, terrorizm və siyasi islam üzrə ekspert Klod Salhani CNN, FOX, BBC, VOA, "Al-Hurra", "Frans 24" və "Russia Tudey" kimi televiziya kanallarında çıxış edib, məqalələri "Nyu York Tayms", "Middl East Tayms", "Vaşinqton Post", "Vaşinqton Tayms", "İnternaşonal Herald Tribun", "Tayms" və başqa mətbu orqanlarda çap olunub. "Andiçmə günü" (Inauguration Day) Klod Salhaninin beşinci əsəridir. Siyasi intriqa fonunda Mərkəzi Kəşfiyyat İdarəsinin gənc bir agenti Laura Atvudun jurnalist Kris Kleybornla birlikdə Amerika Birləşmiş Ştatlarının prezidentini təhdid edən terror hücumunun qarşısını almağa çalışdığından bəhs edən trillerdir.

Tarix
2016.01.11 / 17:19
Müəllif
Nilufər Muğantürk
Şərhlər
Digər xəbərlər

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla