Yuxarı

Murad Arif toyda dava salanlardan danışdı

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sənətçi sizin içkili qonağınızla dilləşmək üçün gəlməyib.

Axar.az xəbər verir ki, bu sözləri müğənni-aparıcı Murad Arif toylarda rastlaşdığı neqativ hallarla bağlı rəsmi İnstaqram səhifəsində yazıb. Müğənni toy sahiblərini toylarına başqa adamları müdaxilə etməyə qoymamağa çağırıb:

"Hər toyda mütləq bir nəfər olmalıdır ki, mane olsun, bütün gedişatı pozsun, repertuarı kəsib öz sifarişini hər 5 dəqiqədən bir sırısın, sənətçilərə təpinib həvəsdən salsın, zalın ortasında dirijorluq eləsin. Soruşsan, məlum olar ki, köhnə qonşu Raqif dayının qardaşı nəvəsidir. Bəs kişinin yerinə pul yazdırmağa gəlmişdi, amma toy xoşuna gəlib deyə, sonadək qalıb.

Kimsə anlamır ki, niyə hər 15 dəqiqədən bir, hətta diskotekanın ortasında belə, "Qoçəli" səslənir. Əziz evlənənlər, Allah sizi xoşbəxt eləsin, nə olar, kontrol üçün etibarlı adam qoyun. Qoy o yaxın adam bütün məclisi filtr eləsin".

Tarix
2016.01.15 / 16:03
Müəllif
Dilarə Zamanova
Şərhlər
Digər xəbərlər

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla