Yuxarı

Türkiyədə yaşayan aktrisadan Röyaya - Cavab

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bütün Azərbaycan xalqı mənim sənətə necə gəldiyimi bilir.

Axar.az xəbər verir ki, bu sözləri əməkdar artist Məlahət Abbasova müğənni Röya Ayxanla aralarında olan qalmaqal haqda ATV-də deyib. O, Röya Ayxanı böyüklərə hörmətsizlik etməkdə günahlandırıb:

"Ona sadəcə gülürəm... Biz heç şou dünyasını da bacarmırıq. Heç bir şou aləminin nümayəndəsi özündən yaşca böyük insana belə sözlər deməz. Məsləhəti ya qəbul edir, ya da etmir. İnsanın qəlbində pislik, çirkab varsa, onun gözəl işlər yaradacağına da inanmıram. Mənim onlara ayıracaq vaxtım yoxdur, özümü orada görmürəm. Mənim haqqımda kim nə deyir desin, cavab verməyi düşünmürəm. 49 yaşındayam. 25 ildir Türkiyədəyəm. Keçmişə dönüb baxanda görürəm ki, gözəl işlər görmüşəm. Bütün Azərbaycan xalqı mənim sənətə necə gəldiyimi bilir. Röya səsini bəyəndiyim müğənnidir. Amma bundan sonra onun haqqında heç nə demərəm".

Xatırladaq ki, bir müddət əvvəl əməkdar artist Məlahət Abbasova müğənni Röya Ayxanın Türkiyənin "Bəyaz şou" verilişindəki çıxışı ilə bağlı sərt fikirlər səsləndirmişdi. O, Röyanı verilişin bitməsinə 10 dəqiqə qalmış səhnəyə çıxıb, özünü hörmətdən salmaqda ittiham etmişdi.

Röya isə efirdə aktrisa Məlahət Abbasovanın uzun müddət Türkiyədə yaşamasına baxmayaraq, "süpürgə tutmaqdan" başqa heç bir uğur qazana bilmədiyini demişdi.

Tarix
2016.01.19 / 17:11
Müəllif
Dilarə Zamanova
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla