Ana səhifə Kult |
Dünya şöhrətli italyan rejissor və ssenarist Ettor Skola 84 yaşında vəfat edib.
Axar.az "Qardian"a istinadən xəbər verir ki, keçən bazar günü vəziyyəti ağırlaşdığı üçün xəstəxanaya yerləşdirilən rejissor dünən axşam saatlarında vəfat edib.
1977-ci ildə Sofi Loren və Marçello Mastroyanninin rol aldığı "Mükəmməl bir gün" filmi ilə "ən yaxşı xarici film" nominasiyası üzrə Oskara namizəd göstərilib. Skola 1980-ci ildə Kann Film Festivalında "ən yaxşı ssenarist" mükafatına, 1995-ci ildə Venesiya Film Festivalında "Qızıl Aslan" mükafatına layiq görülüb. 1983-cü ildə kino tənqidçilərinin Skolanın karyerasının pik nöqtəsi adlandırdığı "Bal" filmi ilə yenidən Oskara namizəd göstərilib.
Rejissoru xəstəxanada ziyarət edən İtaliya Baş naziri Matteo Renzi ölümündən sonra Tvitterdə belə yazıb:
"Onun ölümü İtalyan mədəniyyətində böyük boşluq yaratdı".
Tarix
2016.01.20 / 10:47
|
Müəllif
Nilufər Muğantürk
|