Yuxarı

Könül Məhəbbətdən danışdı: “İnana bilmirəm” - Video

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün mərhum müğənni, əməkdar artist Məhəbbət Kazımovun anım günüdür.

Axar.az xatırladır ki, Məhəbbət Allahverdi oğlu Kazımov 1953-cü il iyulun 2-sində Laçın rayonunun Çorman kəndində anadan olub. Asəf Zeynallı adına Musiqi Texnikumunda təhsil alıb. İlk muğam dərslərini Nəriman Əliyevdən alan sənətçi daha sonra Ağaxan Abdullayevin sinfində oxuyub. Məhəbbət Kazımov "Dan ulduzu" ansamblının solisti olub. Türkiyədə, Rusiyada, İranda, Çexoslovakiyada və başqa ölkələrdə çıxış edib.

O, 14 sentyabr 2012-ci ildə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adına layiq görülüb.

Məhəbbət Kazımovun həmkarı Könül Kərimova ilə oxuduğu duetlər bu gün də çox sevilir. Könül Kərimova mərhum müğənni haqda danışarkən onun vəfatına hələ də inana bilmədiyini deyir:

"Məhəbbətin vəfatına inana bilmirəm. O bizimlədir, mahnıları ilə yaşayır. Hər kəsə kömək edən biri idi. Onun vəfatında da neçə min insan gəlib iştirak etmişdi, çox böyük heyran kütləsi var idi. Məhəbbətin vəfatı çox gözlənilməz oldu. Hərdən onun üçün çox darıxıram".

Xatırladaq ki, əməkdar artist Məhəbbət Kazımov 2014-cü il yanvarın 27-də uzun sürən xəstəlikdən sonra vəfat edib.

Tarix
2016.01.27 / 16:27
Müəllif
Dilarə, Fatimə
Şərhlər
Digər xəbərlər

Rəsmi İrəvan gərəksiz bəhanələr axtarmaq əvəzinə…

Bu, Ermənistanı yeni təxribatlara təşviq edə bilər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla