Yuxarı

Oskarlı aktrisa Oskarın boykot yolunu göstərdi

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oskar film mükafatında qaradərililərə irqçilik edilməsi müzakirələrinə sonuncu qoşulan adam 1991-ci ildə "ən yaxşı ikinci dərəcəli aktrisa" nominasiyası üzrə Oskar alan məşhur qaradərili Hollivud aktrisası Vupi Qoldberq olub.

Axar.az xəbər verir ki, aktrisanın fikirlərinə görə, boykot edilməli olan Oskar mükafatları deyil, qaradərililəri təmsil etməyən filmlərdir:

"Məsələ Oskar Akademiyasında deyil. Akademiyanı qaradərili, latın və asiyalı münsiflərlə doldursanız belə, əgər qarşınızda səs verəcəyiniz heç kim yoxdursa, arzu etdiyinizi yenə də əldə edə bilməyəcəksiniz. Mən də Oskar almışam, demək ki, o qədər də irqçi deyillər. Boykot etmək istəyirsiniz? O halda sizi təmsil etməyən filmlərə getməyin. İstədiyiniz boykot budur. Mənə qalsa, bunlar hər il edilən söhbətlərdir... Mənim canımı sıxır".

Xatırladaq ki, Oskar namizədlərinin siyahısı açıqlanandan sonra sosial şəbəkələrdə bir qrup insan "Oskar çox ağdır" (OscarsSoWhite) etiketi ilə namizədlər arasında qaradərililərin yer almadığını əsas gətirərək Akademiyanı qınayan fikirlər paylaşmışdı. Bir müddət sonra isə məşhur amerikalı rejissor Spayk Li və Hollivud aktyoru Corc Kluni eyni məsələyə görə Oskarı boykot etdiyini açıqlamışdı.

Tarix
2016.01.28 / 01:20
Müəllif
Nilufər Muğantürk
Şərhlər
Digər xəbərlər

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq - Prezident

Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər...

Sığorta ödənişinin verilməsi qaydası dəyişdi

Prezident: Türkiyə ilə Ermənistan arasında yaxınlaşma…

Onlara bu şansı verməyəcəyik! - Prezident

Əli Əsədov yeni qərar imzaladı

Ermənistanla sülh sazişini imzalasaq… - Prezident

Ermənistanı bizə qarşı silahlandırırlar, gözləyə bilmərik!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla