Yuxarı

Özü ilə 60 rəqəmini əbədiyyətə aparan yazar

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün yazıçı Eyvaz Əlləzoğlunun doğum günüdür.

Axar.az xatırladır ki, Eyvaz Əlləzoğlu 1956-cı ildə Gürcüstanın Qardabani (tarixi adı Qarayazı) rayonunun Muğanlı kəndində anadan olub, Tiflis Pedaqoji İnstitutunun filologiya fakültəsini bitirib.

O, 1980-ci ildən dövrü mətbuatda hekayələri və publisistik yazıları ilə çıxış edib. Ali təhsilini başa vurduqdan sonra Kosalı kənd orta məktəbində gürcü dili müəllimi, "Samqor" qəzetində korrektor kimi fəaliyyət göstərən Eyvaz Əlləzoğlu "Gürcüstan", "Borçalının səsi", "Ekspress" və "Xəzər" mətbu orqanlarında əməkdaşlıq edib.

O, publisistik fəaliyyəti dönəmində "Olaylar", "Borçalının səsi", "Ekspress" və digər qəzetlərlə Gürcüstanın siyasi həyatı ilə bağlı analitik yazılar yazıb.

Eyvaz Əlləzoğlu 1993-1996-cı illər ərzində Prezident Aparatının Milli Siyasət şöbəsində məsləhətçi, 1996-1998-ci illərdə Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyində ikinci katib kimi fəaliyyət göstərib.

Onun ssenarisi əsasında "Ov" cizgi filmi ekranlaşdırılıb. Gürcü dilindən Qoderzi Çoxelinin, Revaz İnanişvilinin, Naira Gelaşvilinin və digər müasir gürcü yazıçılarının əsərlərini dilimizə çevirib.

Tanınmış yazıçı "Əli və Nino" kitab mağazasının təşkil etdiyi Milli Kitab Mükafatında xüsusi mükafatla təltif olunub.

Bu gün onun ruhunu övladları - Ayxan və Oğuz Ayvaz daşıyır. Ayxan Ayvaz nəsr əsərləri, Oğuz Ayvaz isə poeziya nümunələri ilə mətbuatda çıxış edir.

Müasirləri Eyvaz Əlləzoğlu haqda bu gün bu sözləri deyir: "Yaşasaydı, 60 yaşı olacaqdı". Eyvaz Əlləzoğlu özü ilə 60 rəqəmini, hekayələri və xatirələri apardı.

O, 26 fevral 2011-ci ildə insultdan vəfat etdi.

Tarix
2016.01.28 / 18:16
Müəllif
Aytac Qədirova
Şərhlər
Digər xəbərlər

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndlər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla