Yuxarı

“Aktrisa olmasaydım, Telman məni alacaqdı” - Video

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Axar.az-ın "Rol yoldaşı" layihəsinin budəfəki qonağı xalq artisti Firəngiz Mütəllimovadır. O, "Evləri köndələn yar" filmində rol aldığı mərhum aktyorumuz Telman Adıgözəlovla bağlı xatirələrini bölüşür:

"Biz birlikdə veriliş aparanda tamaşaçılar dedi ki, kaş siz tərəf-müqabili olaydınız. Yadımdadır, Telman müəllim o dövrə görə çox zövqlə geyinirdi. İndiyədək onun şərfləri, rəngarəng geyimləri, plaşları gözümün önündədir.

Gənc idik, həvəslə filmə çəkilirdik. Telman müəllimə ilk dəfə "Nəsimi" filmində baxıb vurulmuşam. Elə bu filmə baxandan sonra aktyorluq sənətinə lap bağlandım. Çünki mən özüm kinoteatr olan məhəllədə yaşamışam. O filmdə də Telmanın bircə dənə görüntüsü var idi. Telmanı çox istəyirdim. O, gənclərə aid bütün verilişlərə çıxırdı. Qismət elə gətirdi ki, mən 4-cü kursda oxuyanda Telman müəllimlə tanış oldum. Daha sonra "Gənclik estradası" verilişində uzun müddət aparıcılıq etdik.

Azdramda ilk rolumdan sonra İlyas Əfəndiyevin "Natəvan" tamaşasında qulluqçu rolunu oynadıq. Hər ikimiz Natəvanın qulluqçusu idik. Telman müəllim mənim ən sevimli sənət dostlarımdan olub. Çox namuslu, aktrisaların həmişə qeyrətini çəkən bir adam olduğunu xüsusi vurğulamaq istərdim.

Onun rəhmətlik anasının çox xoşu gəlirdi məndən. Elə hey deyirmiş ki, "Al da o qızı, al". Telman da deyirmiş, "Ay mama, o aktrisadır, aktrisa olmasaydı, alardım". Telman başdan-ayağa xatirədir. Onun ölümündən əvvəl toydakı rəqsi hələ də gözümün qabağındadır.

Qəfildən öldü deyə, hələ də inanmıram ki, Telman həqiqətən ölüb. Elə bilirəm ki, bu saat haradasa qabağıma çıxacaq".

Qeyd edək ki, "Evləri köndələn yar" filmi 1982-ci ildə çəkilib. Filmdə Firəngiz Mütəllimova - Mərcan, Telman Adıgözəlov isə Kamil rolunda çıxış edib.

Tarix
2016.01.29 / 09:18
Müəllif
Aytac Qədirova
Şərhlər
Digər xəbərlər

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

Onlar Qafqazda yeni böyük yanğını alovlandırmaq istəyir

AK Ermənistana 33 milyon avro ayıracaq

Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla