Yuxarı

Azərbaycanın tanınmış oğru yazıçıları

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ən səmimi oğru Sevinc El-Sevər - qayınanasından oğurluq edib

Uşaq vaxtı kim oğurluq etməyib ki?... Bəzən belə söz-söhbətin də şahidi oluruq: "Bala, mən bunu biləndə sən qənddandan qənd oğurlayardın". Hər kəsin qənddandan qənd oğurlayan vaxtları olub. Tanınmış qələm adamlarına müraciət etdik. Soruşduq ki, görək onların oğurluqla araları necədir, oğurluqda əlləri varmı? Yoxsa, onlardan nəsə oğurlanıb? Bəs yalan necə, danışıblarmı?

Salam Sarvan hələ də yalan danışır

- Oğurluq eləməyim yadıma gəlmir. Bəlkə də uşaqlıqda olub, amma xatırlamıram. Bir dəfə tələbə vaxtı avtobusdakı basabasda o zamanın puluynan 40 manatımı cibimdən çıxarıblar. Yalanı sevmirəm, amma yalan danışmağa məcbur olduğum hallar olub və indi də olur.

Aydın Xan Əbilov: "Başdan ayağa yalanlarla məşğulam..."

- Həyatımda yalnız bircə dəfə oğurluq etmişəm – onda da kitab oğurlamışam. Tərslikdən o qədər naşı oğru idim ki, kitabxanaçılar əməlimin üstünü açdılar və məni altı ay kənd kitabxanamızın üzünə həsrət qoydular. Kitabsız isə mən ən azı susuz balıq kimiydim. Yeniyetmə olsam da, bircə rayonumuzun birinci katibi qaldı ki, kitabxanaçılarımıza mənə görə minnətçi düşməsin... Yalanı isə əzəldən sevmirəm: həyatda və məişətdə yalan danışan deyiləm. Amma ədəbiyyatdaki varam, başdan ayağa obrazlı, poetik-fəlsəfi yalanlarla məşğulam...

Aqşin Yenisey: Müsəlman olasan, yalan danışmayasan

- Kişi deyiləm, o qədər. Biz uşaq olanda evimizin hər tərəfi dövlətin üzüm meşələri idi, Cəlilabadı buna görə Moldovayla müqayisə edirdilər. Bütün günü üzüm oğurlayırdıq o bağlardan. Sonra kitab oğurluğuna başladım, evimdə nə qədər oğurluq kitab var. Amma indi məndən nəsə oğurlayanlara da pis baxmıram. Müsəlman olasan, yalan danışmayasan, elə şey olar? İndi məndən biri kitablarımı oğurlayır, biri pencəyimi oğurlayır, biri uşağımı oğurlayır, biri qəlbimi oğurlayır, biri şerimi oğurlayır, biri...

Şair Qəşəm Nəcəfzadə: "Allah haqqı..."

- Nə uşaq vaxtı, nə də indi oğurluq etmişəm. Yalan danışmağı sevmirəm, bəzən danışılan yalan deyilən həqiqətdən daha xeyirli olur.

Həyat Şəmi: "Sevgimi aparıblar"

- Oğurluq etməyim yadıma gəlmir. Ən zəhləm gedən şey oğruluqdu bəlkə də. Yalan danışmışam, amma oğurluq heç vaxt etməmişəm. Məndən isə oğurluq olub... sevgimi... illərimi mutluluğumu aparıblar...

Sevinc El-Sevər: "Çörək oğurlamışam"

"Kitab oğurlamışam, amma kitab mağazasından yox. Dostlarımdan. Demişəm, bilsələr, qaytararam. Bilinən kimi qaytarıb vermişəm, bilməyənə heç o kitab lazım deyil deyib, saxlamışam. Qayınanamdan da kitab oğurlamışam, ədəbiyyat müəlliməsidi. Məndən də kitab oğurlayıblar. Rasim Qaracanın kitabını oğurladılar bir dəfə. Bilmədim kim apardı, çoxlu qonaqlar gəlib-gedirdi evə, hamısı da yazıçılar. Orxan Pamukun "Mənim adım qırmızı" romanını çırpışdırdılar. Sonra gedib təzəsini aldım.

Uşaq vaxtı qənddandan qənd yox, amma çörək qabından çörək oğurlamışam. Qənd tapırdıq ki…

Anam deyirdi qənaət eləməliyik, çörəyin qıt vaxtları idi, gedib gizlindən çörək götürürdüm, ürəyim əsirdi ki, qapağı danqıldamasın... Bir də görürdün dəmir qazanın qapağı danqıldadı, anam gəldi, nə gəldi. Ürəyim ağzıma gəlirdi qorxudan.

Qonşunun həyətindən iydə oğurlamışam. Nənəm qonşu arvadla savaşmışdı. Arvad bizi daha həyətinə buraxmırdı. Mən də keçib oğurladım, Ağaca sağ ol dedim. Sonra nənəmlə arvad barışdılar, dedim, Şəfiqə xalaya ki, belə şey eləmişdim. Halallığını aldım. Amma halal və haram söhbətinə əhəmiyyət verən adamam. Harama, haram tikə yeyənlərə nifrət edirəm.

"Anamın kosmetikasını oğurlayıb sürməylə bığ çəkirdim güzgü önündə", - bu mənim "Janna Darkı tanıyırdım" şeirimdən misradı...

Qardaşımı da məcbur elədim ki, yalan danışsın

Yalan, heç də... Onu hamı danışır. Bir dəfə amma yadımdan çıxmaz. Dərsdən sonra icazəsiz kitab mağazasına getdim. Günorta oxuyurduq, gecə tez düşürdü. Qardaşımı da aparmışdım özümlə. 3-cü sinifdə oxuyurdum. Hər dəfə kitab mağazasnın yanından keçəndə valideynlərimdən istəyirdim məni ora aparsınlar, kitab alsınlar. Hər dəfə, sonra deyib məni başdan eləyirdilər. Məcbur olub gizlin getdim... Başım elə qarışmışdı bir də gördüm axşam düşüb. Yolboyu çoxlu yalanlar uydurdum evdəkilərə deməyə. Qardaşımı da məcbur elədim ki, yalan danışsın. Belə yalanlar danışmışam hə… Amma məsum yalanlardı onlar. Hərdən qızlarım da mənə yalan danışırlar... Gülürəm, yadıma öz uşaqlığım düşür... Bilirəm ki, mənim də yalanlarıma inanmırlarmış onsuz da. Necə ki, mən iannmıram indi uşaqların yalanlarına. Onlara kənardan nəzarət edirəm, qoy elə bilsinlər, doğrudan da məni aldadırlar. Məncə, bu daha yaxşıdı. Qadağa varsa, yalan da olacaq.

Elçin Mirzəbəyli: "Ömrümü oğurlayıblar"

- Qonşunun bağından meyvə oğurlamışam, bütün uşaqlar kimi. Ömrümü oğurlayıblar. Kimi 3 il, kimi 5 il, kimi 10 il... Yalan danışmamışam, amma bəzən həqiqəti tam çılpaqlığı ilə deyə bilməmişəm.

Tarix
2013.11.04 / 10:15
Müəllif
Faiq Balabəyli
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla