Yuxarı

Dövrümüzün ikonaları layihəsində – Nassim Taleb

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hansı müasirlərimizin fəaliyyəti mədəniyyətin və texnologiyaların inkişafına təsir göstərir?

Axar.az-ın "Dövrümüzün ikonaları" rubrikasında biz dünyanı elə indi dəyişən konstruktorlar, yazıçılar, musiqiçilər, rəssamlar və digər yaradıcı peşəkarlar haqda söhbət edəcəyik.

Bu həftəmizin qəhrəmanı maliyyə məsləhətçisi, filosof, insanlara təsadüflərdən qorxmamağı aşılayan, ulduz falına inanmayan, böyük risklərlə böyük qələbələr qazanan Nassim Nikolas Talebdir.

Nassim Taleb 2007-ci "Sunday Tayms" nəşri tərəfindən İkinci Dünya müharibəsindən sonra yazılan ən təsirli əsər adına layiq görülən, üç fərqli redaksiya tərəfindən rədd edilən, nəşrindən sonra isə 37 dilə tərcümə olunan "Qara qu quşu" əsərinin müəllifidir.

Nikolas Taleb 1960-cı ildə, Livanın Amiun şəhərində anadan olub. Valideynləri Fransa vətəndaşlığı olan livanlılar idi. Onun ailəsi pravoslavlığa etiqad edirdi. 1975-ci ildə başlayan vətəndaş müharibəsi zamanı Nikolas Taleb və ailəsi vətənlərindən deportasiya olunub.

Nikolasın atası həkim-onkoloq idi, antropoloji araşdırmalarla məşğul olurdu. Onun əcdadları arasında Livanın pravoslav ictimaiyyətinin maraqlarını təmsil edən siyasətiçilər çox idi.

Onun babası və ulu babası (ana tərəfdən) Livanın baş nazirinin müavinləri vəzifəsində çalışıb.

Nikolasın digər babası ali hakim işləyib. 1861-ci ildə isə onun ulu babasının babası Livan dağında yerləşən Osman yarımmuxtar əyalətinin qubernatoru olub.

Nikolas orta məktəbi Beyrutda yerləşən Fransa – Livan Elitar Liseyində oxuyub.

O, bakalavr və magistr təhsilini Paris Universitetində alıb. Daha sonralar Pensilvaniya Universitetinin Varton Məktəbində Biznes İdarəçiliyi üzrə təhsilini davam etdirir. Bundan sonra Nikolas Paris-Dofin Universitetində İdarəçilik Elmi üzrə fəlsəfə elmləri doktoru dərəcəsi alıb.

1983-cü ildə Uortorn Bizness Mərkəzində magistr təhsilini tamamladıqdan sonra bir neçə faydalı nəticəyə gəlib:

  • Tanınmış iqtisadçılar heç də hər zaman öz qərarlarının nəticələrini izah edə bilərlər: uğurları öz bacarıq və intuisiyaları ilə izah etsələr də, uğursuzluqları isə qismət adlandırırlar.
  • Müzakirəsi ictimai şəkildə aparılan dəyərli kağızlara etibar etmək olmaz – onlar haqqında mövcud olan bütün məlumatlardan maksimum istifadə edilib.
  • Baş vermə ehtimalı sıfıra bərabər olan və fayda gətirən hadisələr daha çox diqqət çəkməlidir.

Bu nəticələr Nassimi televiziyaya baxmamağa, müasir qəzetləri oxumamağa məcbur etdi. O, Mişel de Monteni, Volteri mütaliə etməyə başlayır.

"Mən birjanın çığırtı etirazları üçün yaranmamışam, məni daha çox ekzotik fyuçerslər maraqlandırır", – müsahibələrindən birində Nassir deyir.

Və o, 1985-ci ildə Plaza Akkordla fyuçers müqaviləsi bağlamağa müvəffəq olur.

Nassimin şah əsəri "Qara qu quşu"dur. O, bu nəzəriyyədə hər dəqiqə əsl fəlakət həddində olan cəmiyyət barədə danışır.

Nassim proqnozlaşdırılan və proqnozlaşdırıla bilməyən olmaqla hadisələrin cərəyanını iki hissəyə ayırır. Öz növbəsində proqnozlaşdırıla bilən hadisələr ağ qu quşu, proqnozlaşdırıla bilməyən hadisələr isə qara qu quşu adlandırılır.

Qara qu quşu özü də iki cür olur: neqativ və pozitiv. Əldə olunan nəticə mənfi, neqativdirsə, o zaman bu neqativ qara qu quşu adlandırılır.

Əksinə olduqda isə pozitiv ağ qu quşu:

"Amerika bazarının taleyinə çox güclü təsir göstərən 2001-ci il, 11 sentyabr hadisəsi neqativ qara qu quşu idi".

"Biz dünyanın mənzərəsini kəskin dəyişən hadisələrə heç vaxt hazır olmayacağıq. Lakin çox şey görərək və bilərək yeni təcrübələr qazana və sağ qalmaq üçün daha yaxşı şanslar əldə edə bilərik.

Statistika ilə işləyən insanlar həmişə gözlənilməz addım atanlara uduzacaqlar.

Bir-birinə danışmaq istədiyimiz ibrətamiz tarixi hadisələr yalnız təfəkkürün qənaət yollarından biridir".

Nassim Taleb 2008-ci ildə öz nəzəriyyəsini praktikada tətbiq edir və şirkəti maliyyə böhranı zamanı investorlar üçün yarım milyard dollar qazanır.

2002-ci ildə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülən Daniel Kaneman Talebi "yaşayan ən böyük düşüncə adamı" adlandırır.

Həyat yoldaşı və iki uşağı ilə Nyu Yorkda yaşayan Nikolasın ən böyük istəyi əcdadlarının və bütün ailə üzvlərinin basdırıldığı Livanda dəfn olunmaqdır.

Tarix
2016.10.28 / 08:30
Müəllif
Rəfiqə Əlisəfa
Şərhlər
Digər xəbərlər

Əliyev güclü liderdir, sözünün ağasıdır - Solonnikov

Nikol "bu həftə müharibə olacaq" dedi - Rusiyadan reaksiya

Paşinyan Stoltenberqlə görüşdü

Bakı-Tiflis əməkdaşlığı yeni sahələri əhatə edəcək

İrəvandan anklavlarla bağlı açıqlama: Sərhəd boyu...

Güneylilər Cenevrədə aksiya keçirdi

Cənubi Qafqazda “bir dövlət” silinə bilər - Tarasov

Qərb İrəvanda buna imkan verməyəcək – Ekspert

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla