Yuxarı

Aydın Mirzəzadə: Yaxşı ki, Hüseynbala Mirələmov var…

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kim bilir, bəlkə də mən yaxşı bir yazıçı ola bilərdim

Millət vəkili, politoloq Aydın Mirzəzadə ilə müsahibə üçün vədələşəndə Azərbaycanda olmadığını dedi. Söz verdi ki, Bakıya qayıdan kimi əlaqə saxlayacaq. Həm də razılaşdıq ki, çalışıb bir qədər siyasətdən uzaq söhbət edəcəyik. Bu mənim üçün də sərfəli idi, Aydın bəyi "Gerçəkləşməyən arzular" lahiyəsinə "qonaq" edəcəkdim.

Aydın bəy də çox güman ki, siyasi şərhçiliyin və aktiv siyasətdə olmanın "yorğunluğunu" unudacaqdı. Şənbə günü çay evlərindən birinin sakit və səliqəli otağında "Axar.az"ın dəyərli oxucularının oxuyacağı bu söhbət isə deyəsən heç də siyasətdən uzaq olmadı.

- Gəlin, başdan başlayaq, yeniyetmə, 15-16 yaşlı Aydından danışaq. Heç düşünürdünüzmü nə vaxtsa Milli Məclisdə xalqı təmsil edəcəksiniz?

- Böyüdüym ailə çox zəhmətkeş ailə olub, elmə həmişə önəm verilib. Mən ali məktəbə daxil olanda artıq bir ali məktəbi bitirmişdim. Atamın üniversitetini, həyat məktəbini deyirəm. Atam bizi həmişə mədəniyyətə, tarixə, insanlığa, müasirliyə, inkişafa istiqamətləndirib. Ailəmizdə olan bu mühit mənim ziyalı kimi yetişməyimə münbit şərait yaratdı. Heç zaman düşnməzdim ki, təmsillik mövqelərində olaram. Amma yaşadığım mühitin məni ziyalı kimi yetişdirəcəyinə əmin idim. Çoxlu kitablar oxuyurudm. Bu kitabların, yiyələndiyim təhsilin axarının məni hara aparacağını bilmirdim. Amma bilirdim ki, mən ailəmə, atama, onun tövsiyyələrinə layiq olacağam. Deputat olmağım və parlamentdə xalqı təmsil etməyim, xarici dövlətlərə ölkəmin nümayəndəsi olaraq etdiyim səfərlər isə mənim taleyimdir.

Bizi yönləndirməyiblər

- Valideyinlərinizin sizinlə bağlı olan arzuları çin olubmu? Bu günkü durumunuz, millət vəkili olmanız bəllidir ki, o arzuların gerçəkləşməsi kimi düşünülə bilər. Amma həqiqəti Siz bilirsiz o arzularla bağlı...

- Ailədə altı uşaq böyümüşük. Bizi hansı sənəti seçmək məsələsində yönləndirməyiblər. Birinci sinfə gedəndə gördüm ki, oxumaq çox maraqlıdır. Orta məktəbi bitirdikdən sonra hər hansı ali məktəbə qəbul olunmağım qarşıma məqsəd kimi qoyulmamışdı. Məqsəd savadlanmaq, elm sahibi olmaq idi. Valideyinlərimiz bizə sərbəstlik vermişdi. Arzuya qaldıqda isə hər bir valideyinin arzusudur övladı sağlam böyüsün, ixtisasa yiyələnsin, möhkəm ailəsi olsun. Bu baxımdan demək olar ki, valideyinlərimin arzuları gerçəkləşib.

Atam 60-cı illərdə latın qrafikalı əlifba yaratmışdı

- Məktəb vaxtı hamının arzuları var idi. Bəs siz özünüzü hansı yolun yolçusu kimi görürdüz? Kim idi idealınız, kimə oxşamaq istəmisiz?

- 9-cu sinfə qədər hüquqşünas olmaq istəmişəm. Heç bilmirəm nəyə görə. Ailəmizdə də, nəslimizdə də hüquqşünas yox idi. Daha sonra isə mühəndisliyə marağım artdı. Ola bilsin ki, mən böyük bir sənaye şəhəri olan Mingəçevirdə doğulub böyümüşdüm və hər il orada yeni-yeni sənaye ocaqları tikilirdi. Buna görə də mühəndis olmaq istəyi mənim arzularımı hüquqşünas olmaqdan çəkindirdi.

Atama oxşamağa çalışmışam. O, zəhmətkeş, ailəcanlı idi və ətrafın ona həmişə hörmət etdiyini görmüşəm. Onun kimi olmaq istəmişəm. Atam şairdir - el şairi. Atam ötən əsrin 60-cı illərində özü üçün Azərbaycan dilinin latın qrafikası üzərində əlifbasnı yaratmışdı. Öz şeirlərini həmişə bu əlifba ilə yazırdı.

Heydər Əliyevə oxşamağa çalışmışam

- Necə qorumuşdu o əlifbanı? Axı o dövr çətin idi...

- Bilmirəm. Bəlkə də özünü qoruma mexanizmi düşünmüşdü. Amma qoruyub saxlamışdı. O, milli adamdır. 1956-cı ildə Mirzə İbrahimov Ali Sovetin sədri olanda Azərbaycan dilinin dövlət dili olması haqda qərar qəbul olunmuşdu. Atam o zaman Mingəçevir Su Elektrik stansiyasında növbə mühəndisi işləyirmiş. Həmin qərar qəzetdə dərc olunan gün bütün növbə jurnallarını Azərbaycan dilində doldurub, yazışmaları öz ana dilimizdə aparıb. 3 gün DTK-nın əməkdaşları tərəfindən sorğu-sual olunub ki, sən hansı millətçi təşkilatın üzvüsən ki, jurnalı rus dulində deyil, Azərbaycan dilində yazmısan? Atam deyəndə ki, belə qərar var, deyiblər, o qərar boş şeydir.

Eyni zamanda da Heydər Əliyevə oxşamaq istəmişəm. 1969-cı ildə Heydər Əliyev ölkənin rəhbəri seçildi. O zaman mənim 12 yaşım var idi. Bir dəfə atamla əmim söhbət edəndə eşitdim ki, əmim atama deyir, respublikanın birinci katibi cavandır. Görən necə işləyəcək? Evimizdə həmişə müzakirələr gedirdi. Mənim fikrimdə artıq Heydər Əliyev müsbət şəxs kimi formalaşmışdı. Heydər Əliyevi isə iilk dəfə1975-ci ildə birinci kursda oxuyanda görmüşdüm. Bakıda kondisioner zavodunun açılışı idi. Biz tələbələri də aparmışdılar. Tribunaya yaxın durmuşdum. Üzündəki ləyaqət və liderlik diqqətimi cəlb etdi.

İki romanım, 50-dən çox hekayəm var

- Aydın müəllim, Sizi həm də ədəbiyyat adamı söyləyirlər. Amma nədənsə yazılarınız dərc etdirmirsiniz.

- Müəyyən qədər yaradıcılığım olub. İki romanım, 50-dən çox hekayəm var. Bəzilərini dərc etdirmişəm. Ciddi siyasətlə məşğul olduğum üçün yaradıcılığımı saxlamışam. Çap olunmamış Qarabağ mövzusunda romanım var. Bilirsiz, mənə elə gəlir ki, adam ancaq bir işlə məşğul omalı və onu mükəmməl yerinə yetirməlidir. Düşünürəm ki, cəmiyyətə iki Aydın Mirzəzadə təqdim etmək düzgün olmazdı. Yaradıcılıq işi böyük məsuliyyət tələb edir.

Bəlkə də mən yaxşı bir yazıçı ola bilərdim

- Bəs mütaliə ilə aranız necədir?

- Çexovun hekayələrini xoşlayıram. Cəlil Məmmədquluzadənin, Haqverdiyevin əsərlərini sevə-sevə oxumuşam. Klassiklərimizi, dünya ədəbiyyatını oxumaqdan yorulmuram. Kim bilir, bəlkə də mən yaxşı bir yazıçı ola bilərdim. Elə mənim hekayələrim Cəlil Məmmədquluzadə tərzindədir. Çap olunmamış Qarabağ mövzusunda romanım var. Məndən yaxşı ssenarist olardı. Bəzən avtomobillə səfərə çıxanda beynimdə bir ssenari yazılır. Hiss edirəm ki, mən daha nələrisə edə bilərdim. Beynimdə müəyyən bir model yaranır. Bu fikirləri sanki yaddaşımın arxivinə atıram. Düzdür, yazılarımı dərc etdirmirəm. Bilirsiz, mənə elə gəlir ki, adam bir işlə məşğul olar və həmin işi mükəmməl yerinə yetirər. Düşünürəm ki, cəmiyyətə iki Aydın Mirzəzadə təqdim etmək bəlkə düzgün olmazdı. Siyasi şərhçi, politoloq, millət vəkili və yazıçı Aydın Mirzəzadə. Yaradıcılıq işi daha məsuliyyətli olmalıdır.

Yaxşı ki, Hüseynbala Mirələmov var

- Düşünürsüz ki, siz politoq kimi, siyasətçi kimi millətin yaddaşında daha çox qala bilərsiz, nəinki yazıçı kimi?

- Mən artıq siyasətçi kimi beş kitab müəllifiyəm. Axrıncı "Qarabağ düyünü" kitabımdır. Bir neçə dilə tərcümə olunub və xaricdə dərci gözlənilir. Gələcəkdə yazacağım başqa siyasi kitablar da olacaq. Amma bədii yaradıcılığa gəldikdə çox təəssüf ki, bu gün bədii yaradıcılıqla məşğul olmaq istəyən gənclərimiz çox azdı. Və bunun nəticəsidi ki, bu gün bizim dramaturqlarımız, uşaq şairlərimiz yoxdu. Mən bir söz demirəm, cavanlarımızdan kimsə nəsə yaza bilər, amma mən ədəbiyyatımızda böyük bir boşluq görürəm. Hərdən fikirləşirəm ki 21-ci əsr Azərbaycan ədəbiyyatında kimlərlə yadda qalacaq? Hansı əsəri, hansı romanıyla, hansı belə səs salan yaradıcılığıyla. Yaxşı ki, Hüseynbala Mirələmov var. Gənc şairlərin hansısa şeirləri sensasiyaya çevrilə bilər, düşündürə bilər. Mən təəssüf ki, oları görə bilmirəm. Sevimli aktirisamız Həmidə Ömərovanın gözəl hekayə yaradıcılığı var. Niyə o indi yazmır, mənim üçün çox təəccüblüdü. Bəlkə o da mənim kimi fikirləşır ki, elə aktirisa kimi tanındı, kifayətdi.

Aydın bəy gənc ədəbi nəsli izləmir

- Gənclərdən söhbət açdıq. Siz iki nəfərin adin çəkdiz və bunların heç biri gənc ədəbi nəslə məxsus deyil. Qorxmursuz ki, oxucuda bu təəssürat yarana bilər, Aydın bəy gənc ədəbi nəsli izləmir?

- Əgər hörmətli oxucu bu qənaətə gələrsə, bəlkə də onun dediyində həqiqət var. Mən onlarla mübahisə eləmək istəmərəm. Amma mənim nəzərimdə yaradıcı insan o insandır ki, hətta bu sahə ilə maraqlanmayan insanın belə yaddaşını vaxtaşırı döyür. Bəxtiyar Vahabzadəni ədəbiyyatla maraqlanmayan insana tanıtmağa ehtiyac var idimi? Bəlkə Səməd Vurğunu, İlyas Əfəndiyevi tanıtmağa ehtiyac var? Və yaxud da ki, Hüseynbala Mirələmovu götürək, həm muhəndisdi, həm siyasi xadimdi, həm də yazar. Onu oxucuya tanıtmağa nə ehtiyac? Məsələn, gözəl bir şairimiz var, Musa Urud. Mən ona deyirəm ki, Musa, cox təəssüf ki, sən deputat olmusan. Sən axı gözəl bir şair ola bilərdin. Bura sərf elədiyin vaxta Azərbaycan ədəbiyyatını zənginləşdirə bilərdin.

- Birdən o da sizə adekvat cavab verərdi. Deyərdi ki, Aydın müəllim, siz də gözəl bir mühəndis ola bilərdiz. Bu gün şəhərimiz demək olar ki, yenidən tikilir, niyə gəldiz deputat olduz, siyasətlə məşğul oldunuz...

- O bunu demədi. Mən bir söz demirəm. Onun haqqı var idi deməyə. Hərdən maraqli bir şeirə, yaxud hekayəyə təsadüf edirəm. Oxuyuram, bəyənirəm. Görünür, istedadlı yazmaq da azdı. Gərək sözünü cəmiyyətə çatdırmağa da enerjin, bacarığın çata. Kim fikirləşirsə ki, mən yazıram və cəmiyyət bunu tanımağa və oxumaqa məcburdu, fikirləşirəm ki, səhvə yol verirlər.

Şekspir pyeslərini özü yazmayıb

- Aydın müəllim, bəzi yazarlarımız, xüsusən də gənclərimiz belə bir ifadə işlədir. "Mənim on nəfər intelektual oxucum olsa, bəsidir. On nəfər üçün yazım kütlə üçün yazmayım". Bəziləri isə hətta o iddiadadır ki, Hüseynbala müəllim əsərlərin özu yazmır, kimlərəsə yazdırır?

- Maraqli bir paralel gətimək istəyirəm. İndiyənə qədər mubahisə gedir ki, Şekspir pyeslərini heç də özü yazmayıb. Amma bu dedi-qodularla yanaşı Şekspir bu gün dünya ədəbiyyat tarixindədir. Əgər Hüseynbala Mirələmovu bunda ittiham edirlərsə, yanılırlar. Hüseynbala Mirələmov ədəbiyyata həmin əsərləri ilə özünəməxsus töhfələr verir. Dramatrugiyadakı boşluğu doldurur.

- Siz gəncləri yox, daha çox orta və yaşlı nəsl yazarların adını çəkdiz. Bəlkə doğurdan da sizin vaxtınız yoxdur gənc yazarları oxumağa. Parlamentdə təmsil olunan yazıçı və şairlər sizə kitablarını təqdim edir, ancaq vaxt tapıb onları izləyə bilirsizmi?

- Dediyiniz faktorlar əlbəttə ki, var. Şübhəsiz, mənim tanışım olan yazarlar kitablarını birinci mənə təqdim etməkləri onları daha yaxından tanımağıma kömək edir. Amma bayaq mən sizə dedim heç vaxt gənc yazar fikirləşməsin ki, mən istedadlıyam, mənə mütləq şərait yaratmalıdırlar ki tanınım. Yaxşı əsər onsuz da müəllifini tanıdacaq, bunun geci-tezi var.Amma istedadla yanaşı yazarın içərisində bir enerji də olmalıdır. Onu qabaqa aparan, onu tanıtdıran və s.

- Aydın müəllim, sizinlə söhbətdən belə başa düşdüm ki ədəbiyyatımızda boşluq var.

- Mən bir az başqa cür baxıram. Mən deyərdim ki, boşluq görünür, "boşluq var", yox. Bəlkə Aydın Mirzəzadənin oxumadığı, tanımadığı, fikir vermədiyi istedadlı yazarlar var. Sabah kimsə bu musahibəni oxuyandan sonra mənə etiraz edə bilər ki, sən filan kitabi oxumamısan, filan əsərdən xəbərin yoxdur. Mən məmnuniyyətlə onu dinləyərəm və razılaşaram. Amma mən yenə də demək istəyirəm ki, istedad hətta o sahəylə maraqlanmayanın belə qafasını vaxtaşırı döyür, onu həmin diqqətə gətirib çıxardır…

"Qanun" nəşriyyatı ədəbiyyata xidmət edir

- Şəhərlərimizdə yeni binalar tikilir, körpülər, gözəl yollar çəkilir, hər şey yaxşılığa doğru gedir. Amma nədənsə kitab mağazalarımız banklara, kommersiya obyektlərinə, marketlərə, hətta saunaya çevrilir. Bir qrup iş adamı elə bil, başqa yerləri yox, ancaq kitab mağazalarını zəbt edir.

- Şübhəsiz bu problemi görürəm və bu məsələlərə ürək ağrısı ilə yanaşıram. Mərkəzdə heç olmasa bir-neçə kitab mağazası qalıb. O da, belə deyək, bu işə həddən artıq bağlı olanların, yaxud da ki bir kommersiya növü kimi qalıb. "Əli və Nino" kitab mağazası var. "Qanun" nəşriyyatı var, kitab nəşri ilə məşğul olur. Düzdür, onların da biznes maraqları var, amma kitaba, ədəbiyyata xidmət edirlər. Düşünürəm ki, formatlar dəyişməlidir, baxmayaraq ki, həmin o yeni format çox gec gəlir, amma arzu edək ki, bu olacaq.

- Sizin fikirinizcə bu nə zaman olacaq ?

- Zaman problemi yaratdığı kimi, özü də həll edəcək.

Tarix
2013.11.13 / 10:44
Müəllif
Faiq Balabəyli
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla