Yuxarı

Xoşbəxtlik nədir: Uğura necə nail olmalı? – Şonun çıxışı

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

TED (Technology Entertainment Design - Texnologiya, Əyləncə, Dizayn) - 1984-cü ildən keçirilən illik konfransları ilə tanınan qeyri-kommersiya fondudur. İntellektual konfransın məqsədi unikal ideyaları paylaşmaqdan ibarətdir. İdeyaların mövzuları fərqlidir: elm, incəsənət, dizayn, mədəniyyət, biznes, qlobal problemlər, texnologiyalar və əyləncələr. Bugünə qədər TED səhnəsində ABŞ-ın keçmiş prezidenti Bill Klinton, Nobel mükafatıçısı Ceyms Vatson, “Mayrasoft”un sahibi Bill Qeyts, “Quql”dan Erik Şmidt, “Vikipediya”nın qurucusu Cimmi Ueyls kimi spikerlər çıxış edib. Konfransın kuratoru və daimi aparıcısı Kris Andersondur.

Psixoloq Şon Açor iddia edir ki, əslində xoşbəxtlik məhsuldarlığı ruhlandırır.

Qeyd edək ki, Şonun əsas tezislərini şərti olaraq “Xoşbəxtlik nədir” başlığı altında aşağıda təqdim edirik – hövsələsizlər dərhal o bölümü oxuya bilərlər. Ancaq hesab edirik ki, Şonun sözügedən mövzuda olan TED çıxışını bütövlükdə oxumaq mövzu baxımından daha maraqlıdır:

Beləliklə, Kult.az Şonun çıxışının tam mətnini təqdim edir:

“Mənim yeddi, bacımın isə beş yaşı olanda ikimərtəbəli çarpayının üstündə oynayırdıq. O vaxtlar bacımdan 2 yaş böyük idim – yəni, hələ də 2 yaş böyüyəm – amma o vaxtlar bu, onun mənim istədiyim hər şeyi etməli olduğu anlamına gəlirdi və savaş oyunu oynamaq istədim. Çarpayılarımızın üstündə idik. Çarpayımın bir tərəfinə bütün G.I. Coe əsgərlərimi və silahlarımı yerləşdirmişdim. Digər tərəfdə isə bacımın bütün oyuncaq atları süvari hücumuna hazır idi.

O günortadan sonra həqiqətən nə baş verdiyi haqqında fərqli düşüncələr var, amma bacım bugün bizimlə olmadığına görə, sizə hekayənin əslini danışım – bacım bir az fərqli tərəfdə idi. Necəsə qardaşının heç bir köməyi və itələmə gücü olmadan Emi qəfildən çarpayının üzərindən yoxa çıxdı və yerə düşdü. Narahat olaraq çarpayının kənarından düşmüş bacımın başına nə gəldiyinə baxdım və onun yazıq bir şəkildə əlləri və dizləri üstünə yıxıldığını gördüm.

Narahat olmuşdum, çünki ailəm məni mümkün qədər ehtiyatlı və səssiz bir şəkildə oynamağımız mövzusunda tənbehləmişdi. Və Eminin ayağını yanlışlıqla sındırmış olduğumu görüb, onu yaxınlaşan xəyali snayper gülləsindən qəhramanca qurtardım – ki bu qəhrəmanlığıma görə mənə hələ də təşəkkür etməyib.

Bacımın üzünü gördüm, üzündəki ağrı, iztirab və təəccüb ailəmin uzun çəkən qış yuxularından oyandıracaq bir fəryad çəkmək üzrə olduğunu deyirdi. Beləcə yeddi yaşındakı balaca, ümidsiz ağlımın bu faciəninin qarşısını almaq üçün düşünə biləcəyi yeganə şeyi etdim. Ona belə dedim: Emi, Emi, gözlə. Ağlama. Ağlama. Necə yıxıldığını gördün? Heç bir insan belə dörd ayağı üstünə düşməz. Emi, məncə, bu sənin tək buynuzlu at olduğun mənasına gəlir.

Bu bir hiylə idi, çünki dünyada Eminin incimiş beş yaşında bir bacı olmaqdan daha çox istəyəcəyi tək şey xüsusi tək buynuzlu at olması idi. Təbii ki, bu, keçmişdə ona məntiqli gələn bir seçim idi. Və yazıq, aldadılmış bacımın kiçik beyni bir az əvvəl hiss etdiyi ağrı və təəccüb hissinə çarələr axtarmağa başlayarkən təzə kəşf etdiyi tək buynuzlu atın üzərində köklənməklə iki problemlə üz-üzə qaldı. Sonunda ikincisi qalib gəldi. Ağlamaq və oyunumuzu dayandırmaq, ailəmizi oyandırmaq yerinə - ki bu mənim üçün pis nəticələrə səbəb ola bilərdi - üzünə bir gülümsəmə yayıldı və yeni doğulmuş təkbuynuzlu atın çəkəcəyi bir əziyyətlə çarpayıya yenidən çıxdı. Bir də sınıq ayağı ilə.

Hələ beş və yeddi kimi erkən yaşda təsadüfən tapdığımız şey iyirmi il sonra insan beyninə baxış şəklimizdə meydana gələn elmi inqilabın xəbərçisi olacaqdı. Təsadüfən tapdığımız şey günümüzdə pozitiv psixoloqiya adlanır, hansı ki, mənim bugün burda olmaq və hər səhər oyanmaq səbəbim məhz budur.

Bu araşdırma haqqında akademik mühit xaricində, şirkətlərdə və məktəblərdə danışmağa başladığımda mənə dedikləri ilk şey bu oldu: sözlərimə qrafiklə davam edim. Nitqimə ilk olaraq bir qrafiklə başlamaq istəyirəm. Bu qrafik darıxıdırıcı görünür, lakin məni həyəcanlandıran və hər sabah oyanmaq səbəbim bu qrafikdir. Və bu qrafikin anlamı belə yoxdur, saxta məlumatdır.

Əgər bu məlumatı sizləri araşdıraraq əldə etsəydim, çox həyəcanlanardım. Çünki burda açıq görünən bir axın var və bu, mətbuata çıxa biləcəyim anlamına gəlir – elə önəmli olan da budur. Əslində, qövsün üzərində yeganə qəribə qırmızı nöqtə var, otaqda sadəcə bir dənə qəribə şəxs var, kim olduğunuzu bilmirəm, sizi daha əvvəl gördümmü – bu, problem deyil, çünki bu nöqtəni silə bilərəm. Bu nöqtəni silə bilərəm, çünki açıq görünür ki, bu bir ölçü xətasıdır. Və biz bunun bir ölçü xətası olduğunu bilirik. Çünki səmərəliliyi bərbad edir.

İqtisadiyyat, statistika, idarəetmə və psixologiya kurslarında insanlara öyrətdiyimiz şeylərdən birincisi statistik olaraq keçərli bir şəkildə qəribə şeyləri necə yox etdiyimizi öyrətməkdir. Ən yaxşı uyğunluğu tapmaq üçün ziddiyət təşkil edən dəyərləri necə yox edə bilərik? Əgər ortalama bir insanin neçə dənə Advil almalı olduğunu tapmağa çalışsaydım, əla olardı. Lakin sizin potensialınız ilə maraqlanıramsa, ya da xoşbəxtlik, məhsuldarlıq, enerji, ya yaradıcılıq ilə - etdiyimiz şey elmi yolla ortalama kult yaratmaqdır.

Əgər sən bu əyridəki orta hesabdan aşağıda olsan, psixoloqlar həyəcanlanmağa başlayacaqlar, çünki bu onlara görə sənin ya depressiyada olmağın, ya da bir xəstəliyin var deməkdir, çox güman ki, hər ikisindən əziyyət çəkirsən. Bizim biznes modelimiz elədir ki, sən bir seansa bir problemlə gəlirsən, amma biz sənin yenidən və yenidən gəlməyin üçün 10 problemin olduğunu öyrənmədən getməyini istəmirik, biznesimiz bu cür işləyir. Ona görə də hər iki problemin olduğunu ümid edirik. Lazım gələrsə, sənin uşaqlıq illərinə gedərik. Bizim etmək istədiyimiz səni normal etməkdir. Lakin normal da nisbidir.

Mənim mühakimələrimi və pozitiv psixoloqların mühakimələrini nəzərə alıb dəqiq ortanı araşdırsaq, biz “dəqiq ortanı” əvəzləməli olacağıq. Sonra bütün bu pozitiv əlavələri silmək əvəzinə mən bu cür toplumun içinə girib "niyə?" sualını verərdim. Nə üçün yalnız bəziləriniz intellektual, atletik, musiqi, yaradıcılıq, enerji səviyyəsi, çətinliklərə qarşı müqavimət və yumor hissi baxımından ortadan yuxarı nəticə göstərirsiniz? Bunun nə olduğunun önəmi olmaması baxımından mən sizi cəmiyyətdən silmək əvəzinə, sizi araşdırmaq istəyirəm. Çünki ola bilsin ki, insanları orta səviyyəyəyə gətirmək əvəzinə bütün ortalamanı dünya səviyyəsində şirkət və məktəblərimizə daşıya bilərik.

Qrafikin mənim üçün önəmi - xəbərləri izlədiyim zaman əksəriyyətinin müsbət olmaq əvəzinə mənfi olması səbəbidir. Əksəriyyət xəbərlər qətl, rüşvət, xəstəliklər, təbii fəlakətlər haqqındadır.

Bundan sonra beynim sürətlə dünyada müsbət və mənfinin nisbi ortasını hesablamağa başlayır. Bu tibb fakültəsi sindromu adı verilən bir şey yaratmaqdır. Belə ki, tibb fakültəsinə qəbul olanlar, qəbul olduğu ilk illərdə mümkün olacaq bütün xəstəlikləri və onların simptomlarını öyrəndiyi anda elə bilirlər ki, bu əlamətlər onda var.

Mənim Bobo adında yeznəm var - tamamilə başqa mövzuya keçirəm. Bobo Emi adlı təkbuynuzlu atla evlidir. Bobo günlərin bir gunu mənə Yale Tibb məktəbindən zəng edir və deyir:

– Şon, məndə cüzam var.

Mən fağır Bobonu necə idarəm altına alacağımı bilmədim, çünki o artıq bir həftə boyunca menopauza dövründə idi.

Bizim tapdıqlarımız bizi formalaşdıran reallıqlar deyil, beynimizin dünyaya baxış bucağını formalaşdıran obyektivlərdir. Əgər biz obyektivi dəyişdirsək, yalnız öz xoşbəxtliyimiz deyil, həm də eyni zamanda hər bir təhsil və biznes gəlirlərimizi də dəyişə bilərik.

Harvard Universitetinə müraciəti ora qəbul olmağı gözləməyərək etmişdim. Mənim ailəmin universitetin ödənişini etmək üçün imkanı da yox idi. İki həftədən, hərbi təqaüdümü alandan sonra getməyimə izn verdilər. Birdən mümkünatı olmayan bir şey baş verdi.

Ora qəbul olanda hər kəsin bunu bir fərqlilik olaraq görməsini istəyirdim, orda olmaq onlara həyəcan verməli idi. Əgər sən səndən daha ağıllı insanlarla bir sinif otağındasansa, özünü xoşbəxt hiss edə bilirsən - mən bu hissləri keçirirdim.

4 ildən sonra məzun olub daha 8 ilimi şagirdlərlə yataqxanada yaşayaraq keçirəndən sonra bəzi insanlar bunu təcrübə edərkən mən bir şey kəşf etdim. Mən siz bildiyiniz o oğlan deyildim. Gərgin keçən 4 il boyunca mən Harvardda sadəcə şagirdlərə məsləhət verən bir müfəttiş idim. Araşdırmalarımda və tədrisim boyunca burdakı şagirdlərin beyninin nə burada olmağın verdiyi fərqliliyə, nə onların fəlsəfəsinə, nə də fizikasına fokuslandığını gördüm. Onların beyni rəqabət, iş yükü, problemlər, stress və şikayətlərə fokuslanmışdı.

İlk dəfə ora gedəndə Texasdan olan dostlarımın olduğu, mənim böyüdüyüm Birinci kurs yemək salonunda gəzirdim - əminəm, bir çoxunuzun oradan xəbəri var. Məni ziyarətə gələndə onlar ətrafı nəzərdən keçirəndən sonra dedilər:

– Birinci kurs yemək salonu hardasa "Harri Poter" filmindəki Hoqvartsa bənzəyir.

Həqiqətən də elə idi.

Bunu görəndən sonra onlar mənə dedi:

– Şon, sən niyə vaxtını Harvardda xoşbəxtliyi araşdırmaqla keçirirsən? Bir Harvard tələbəsi nədən məmnun olmaya bilər ki?

Bu sual xoşbəxtlik elminin dərk edilməsində açar rol oynayır. Bu sual xarici dünyamızdan bizim xoşbəxtlik dərəcəmizi təxmin edir, lakin reallıqda, xarici dünyadan baxış ancaq 10%-lik xoşbəxtliyi müəyyən edə bilər. 90% uzunmuddətli xoşbəxtliyiniz sizin xarici dünyanızdan deyil, beyninizin dünyanı necə qavrayıb analiz etdiyindən asılıdır. Əgər biz baxış bucağımızı dəyişsək, xoşbəxtlik və uğur uçun formulanı dəyişsək, reallığa təsir etmə şəklimizi dəyişmiş oluruq.

Sonda, yalnız işdəki uğurların 25%-nin intellektimiz tərəfindən proqnozlaşdırıldığını müəyyən etdik. Qalan 75% uğur isə bizim optimistlik səviyyəmiz, sosial dəstəyimiz və stressi təhdid əvəzinə, öhdəsindən gələcəyimiz məsələ olaraq görmək qabiliyyətimizdən asılıdır.

Mən İngiltərədə bir internat məktəblə danışdım və onlar dedilər: “Biz bunu artıq bilirik. Belə ki, biz hər il uşaqlara elm tədris etməklə yanaşı, həm də sağlam həyat həftəsi keçiririk. Və biz çox sevinirik. Bazar ertəsi axşam dünyanın aparıcı ekspertlərindən bizim qonağımız olacaq və yeniyetmə depressiyasından danışacaq. Çərşənbə axşamı üçün mövzumuz zorakılıq və hədə-qorxudur. Çərşənbə günü axşamı isə pozğunluqlardan danışacağıq. Cümə axşamı gecə narkotiklər haqda, cümə günü isə riskli cinsi və ya xoşbəxtlik seçimlərini müzakirə edəcəyik”. Mən dedim: “Əksər insanların cümə gecəsi belə keçir!”

O: “Mən çox şadam ki, sizin xoşunuza gəldi, lakin bu, onların qətiyyən xoşuna gəlmir”.

Telefonda sükut çökdü. Bu sükutu pozaraq dedim: "Mən məmnuniyyətlə sizin məktəbdə çıxış edə bilərəm, amma bu həftənin adı sağlamlıq həftəsi yox, xəstəlik həftəsi olacaq. Sizin etdiyiniz baş verə biləcək bütün pis şeyləri dilə gətirməklə neqativi yaymaqdır. Heç bir pozitiv şey haqda danışmamısınız!”

Xoşbəxtlik nədir?

Xəstəliyin olmaması sağlamlıq demək deyil. Budur, biz necə sağlam oluruq: Biz xoşbəxtlik və uğurun formulunu dəyişməliyik. Son üç ildə mən qırx beş fərqli ölkədə oldum, iqtisadi böhranın ortasında olan müxtəlif məktəb və şirkətlərlə işlədim. Və bu məktəb və şirkətlərdə uğurun formulunun bu hesab olunduğunu gördüm: "Əgər mən çox işləsəm, daha uğurlu olacağam. Əgər daha uğurlu olsam, daha xoşbəxt olacağam". Yəni bizim tərbiyə üslubumuz, idarə olunma tərzimiz davranışlarımızın motivasiyasına birbaşa təsir göstərir.

Sınmış və köhnəlmiş bu xüsusiyyətlərin elmi cəhətdən iki səbəbi var: Birincisi, hər dəfəsində sizin beyniniz uğura malik olur, sizsə onu qapı dirəyinə bənzədirsiz. Yaxşı nəticələriniz olur, sonra siz daha yaxşısını əldə etməyə çalışırsız. Yaxşı məktəbə gedirsiz, daha sonra ondan da yaxşı məktəbə... Hə, indi yenidən daha yaxşı bir iş tapmaq lazım gəlir, satış hədəfinə çatdıqdan sonra satış hədəfinin özünü dəyişirsiz.

Və əgər xoşbəxtlik uğurun əks tərəfində bir yerdədirsə, sizin beyniniz onu heç vaxt hiss etməyəcək. Biz xoşbəxtliyi cəmiyyət kimi idrak üfüqünə itələdik. Çünki biz düşünürük ki, xoşbəxt olmaq üçün əvvəlcə uğur qazanmalıyıq. Əsl problem isə beyinlərimizin əks qaydada işləməsidir. Əgər siz hazırki vəziyyət üçün birinin pozitivlik səviyyəsini yüksəldə bilsəniz, onda sizin beyniniz neqativ, neytral və ya stresli haldan xilas ola bilər. Çünki bu halda sizin intellektiniz, kreativliyiniz, enerji səviyyəniz yüksəlir.

Əslində bizim kəşf etdiyimiz bu amil hər bir sadə biznesin inkişafına təsir göstərə bilir. Beyniniz pozitiv olan zaman neqativ və ya neytral beyindən 31 faiz daha məhsuldar işləyir. Siz satışda 37 faiz daha yaxşı uğur qazana bilərsiz. Bu halda həkimlər 19 faiz daha cəld işləyir. Bu isə o deməkdir ki, biz düsturu dəyişdirməliyik. Əgər biz indiki zamanda pozitiv olmağın çarəsini tapsaq, onda beyinlərimiz pozitiv işləyərək daha gərgin, daha çox, daha stressli işlədiyindən də yaxşı işləyəcək və hər bir sahədə daha çox uğur qazanmağa müvəffəq ola biləcək.

Düsturu dəyişdirə bilmək üçün beyinlərimizin nəyə qadir olduğunu görməyə başlamaq lazımdır. Çünki pozitiv olduğumuz zaman meydana çıxan dofaminin iki funksiyası var. Təkcə bizi xoşbəxt etmək yox, həm də beyinlərdəki qavrama və öyrənmə funksiyalarını işə salmaq və ətraf mühiti müxtəlif yollarla qavramağa yardımçı olmaq.

Biz beynimizin daha pozitiv olmasına nail ola bilməyimiz üçün lazım olan məşqləri tapmağa müvəffəq olmuşuq. Ardıcıl 21 gün ərzində sadəcə 2 dəqiqə sərf etməklə beynimizi yenidən işə sala bilərik. Bu vasitə ilə beyniniz, doğrudan da, daha optimal və uğurlu işləyə biləcək. İndi biz əməkdaşlıq etdiyimiz hər şirkətlə bu araşdırmamızı sınaqdan keçiririk.

Belə ki, onlar iyirmi bir gün ərzində yaşadıqları hansı pozitiv şeyə minnətdardırlarsa, onu bir kənara yazırlar. Və bu prosesin sonunda onların beyinləri dünya araşdırma modelini müsbət olaraq qoruyub saxlamağa başlayır, neqativi deyil.

Son 24 saat ərzində keçirdiyiniz müsbət təcrübələri xatırlamaq beyninizə o anları yenidən yaşamağa imkan verir. Bu təlim beyninizə öyrədir ki, sizin hərəkətlərinizin böyük əhəmiyyəti var. Biz hesab edirik ki, meditasiya diqqət çatışmazlığı hiperaktiv pozğunluğunu aradan qaldırır, beyninizə müxtəlif istiqamətli məsələlərin həlli yolunu tapmaqda kömək edir, diqqətinizi konkret bir məsələyə yönəltməyə imkan verir.

Və nəhayət, təsadüfi xeyirxahlıq aktları şüurlu xeyirxahlıq aktlarına çevrilir.

Biz ətrafımıza bir mail yazarkən məktubun əvvəlində və sonunda öz təşəkkürünü bildirən, pozitivini bölüşən insanlar toplayırıq. Bu məşğuliyyətlər və beyin məşqləri bizim bədənimizi idmanda məşq etdirdiyimiz kimidir. Biz başa düşdük ki, xoşbəxtliyin və uğurun düsturunu tapmışıq və bütün bu dediklərimə əməl etməklə təkcə pozitivlik dalğaları deyil, inqilaba nail ola bilərik.

Çox sağ olun”.

Tarix
2017.05.13 / 23:52
Müəllif
Rəfiqə Əlisafa
Şərhlər
Digər xəbərlər

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla