Yuxarı

İnsan kosmik enerjini necə alır? – Müsahibə

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kult.az yazıçı-jurnalist Azər Qismətlə müsahibəni təqdim edir:

- Azər, ixtisasca həkimsən, niyə jurnalistikanı seçdin?

- Doğrusu, kosmonavt olmaq arzumdan sonra həkimlik ikinci arzuladığım peşə olub. Elə indi də harada tibbi məqalə görürəmsə, tez oxuyuram, müəyyən qeydlər götürürəm. Heyf, bu peşənin arxasınca getmədim.

- Niyə?

- Məsələ burasındadır ki, riyaziyyat və kimyanı oxumurdum. Daha doğrusu, oxuduqlarım beynimə girmirdi. Atam tərəfə oxşamadım. Onlar dəqiq elmlər üzrə dahi idilər. Anam tərəfə oxşadım. Müşahidə qabiliyyətimin güclü olmasında anama bənzədim.

- Səncə, həkimlik arzusu və bunu ürəyində daşımağın yazıçılığa maneçiliyi yoxdur ki?

- Əksinə, həkimlik və yazıçılıq tandem təşkil edir. Bax, bəzən eşidirəm ki, hansısa şair və yazıçımız deyir ki, daha yaza bilmir, sanki kütləşib və s. Qələm adamlarında belə hallar olur. Rəssam Van Qoq deyilik ki, buna görə qulağımızı kəsək. Çıxış yolu kimi həmin qələm adamları özlərini verirlər kafe-restorana, yaxud doğulduğu kənd-rayona. Yaxud, Şaban kimi ideya gələn məkana gedirlər ki, bəlkə o ideyalar yenə gələ. Ancaq burada məsələ tamam başqadır. Qələm sahibi heç vaxt tükənmir. Onun informasiyası beynin alt qatında toplanıb. Onu tərpətmək lazımdır. Bunun üçünsə beyinə qan yaxşı işləməlidir. Boyunun ardında bir nöqtə var. Əgər ora qapanıbsa, ya soyuqlayıbsa, beyinə qan yaxşı axın etmir. Siqaret və tünd çay da qanı qatılaşdırır, beyin qidalanmır. Bu, sadəcə, elementar bir səbəbdir.

- Bəs yazıçı enerjini hardan almalıdır? Amerikanlar kimi gündə 3 litr su içməli, açıq havada çox gəzməlidir?

- Təmiz su orqanizmi təmizləyir, hava qanı duruldur, ümumi əhvalı yaxşılaşdırır. Enerji isə buralarda deyil. O kosmosdan alınır. İnsan həmin enerjini ağzı və burnu ilə almır. Bunun üçün bədəndə xüsusi dəliklər mövcuddur. İnsanın aldığı enerji yenidən geri qayıtmalıdır. Əgər geri qayıtmırsa, orqanizmdə qalıb öz-özünə fırlanır. Nəticədə insanda aqressiya yaranır, hər şeyə nifrət artır.

- Belə anladım ki, o dəliklər qapandığına görə enerji geri qayıtmır.

- Tamamilə doğrudur. Enerji dəliklərinin qapanma səbəblərindən biri soyuqlamadır. Nəticədə dəlik qapanır və kosmosdan alınan enerji içəridə qalıb vurnuxur. Bu da istənilən insanın, onların da içində istənilən yazıçının əhval-ruhiyyəsinə mənfi təsir göstərir. O dəlikləri açmağın yolu masaj və kürək idmanıdır.

- Jurnalist olaraq cəmiyyətə bir xeyrin dəydimi?

- Əlbəttə. İllərlə həllini tapmayan problemləri işıqlandırmışıq. Bəzən hansısa passiv deputatın 5 ilə görə bilmədiyi işləri bir həftəyə həll etmişik. Söhbət passiv deputatdan gedir. Aktivlər də çoxdur. Ümumilikdə, işimdən razıyam.

- Dünyada jurnalist ixtisaslı xeyli məşhur yazıçı var. Konkret olaraq Markesi göstərə bilərəm. Düzdür, onlar mövzu baxımından çətinlik çəkməyiblər. Ancaq özünü iki sahəyə sərf etmək çətinlik yaradır.

- Bu mənim incə və ağrılı yerimdir. Bəli, jurnalistika mövzu verir. Hər hansı əsərə başlamaq da çətinlik yaratmır. Ancaq neyləyəsən ki, əsər bədii cəhətdən zəif çıxır.

- Axı, Markesin bütün əsərlərində bədii təsvir yerindədir...

- Razıyam. Lakin gəlin baxaq, görək Markes o əsərləri nə vaxt və hansı şəraitdə yazıb. Məsələn, “Yüz ilin tənhalığı” əsərini yazanda, bizim sözlə deyilərsə, yaradıcılıq ezamiyyətinə çıxıb evdə oturub. Həyat yoldaşı Mersedes də onu anlayıb.

- Deməli, bu sahədə əziyyət çəkirsən?

- Olduqca.

- Ancaq jurnalist yazıçıların bazası da çox olur. Səhv etmirəmsə, sən siyasət və aqrar sektor üzrə ixtisaslaşmısan. Yeri gələndə hansısa əsərində vermək maraqlı olardı.

- Artıq tətbiq edirəm. Fikir verdinizmi? Mən “tətbiq edirəm” dedim. Bax, jurnalistika dilindən çıxa bilmirəm. O ki qaldı ixtisaslaşmağa, Azərbaycanda yetərincə hansısa sahə üzrə ixtisaslaşan yazıçı azdır. Bəxtim gətirib ki, siyasəti və aqrar sektoru yaxşı bilirəm.

- Jurnalistikanın zülmündənsə, həkim olub kiməsə iynə vurardın, qızdırmasını salardın, yaxşı da qazanardın.

- Həəə... Kaş həkim olaydım. Jurnalistika zehni işdir və insanı tez qocaldır. İynə vurub kiminsə alqışını eşitmək daha xoş olardı. Ya da gecə vədəsində təcili yardım maşınının sürücüsü olmaq da bəd olmazdı. Belə filmlərə baxmağı xoşlayıram. Həkim xəstəni yerindəcə sağaldır, yaxud uğurlu əməliyyatın sonunda tibb bacıları alnının tərini silir...

- Bəs yazıçı olaraq taleyindən razısanmı?

- Razı deyiləm. Yaxın qonşularımız – Rusiya və Türkiyədə hər yeni dərc edilən kitab əllərdən düşmür. İnanın ki, yenicə başlayan yazıçının da əsərlərini alıb oxuyurlar. O da maddi vəziyyətini düzəldib yenisinə başlayır. Azərbaycanda kitab oxumurlar. Oxumayan da “indiki yazıçılar yaza bilirlər ki?” deyə mızıldanır. Və ona da təəssüflənirəm ki, bizim milyonçular da digər xarici ölkələrin iş adamları kimi ədəbiyyat müsabiqələri təşkil etmirlər. 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərində olduğu kimi, milyonçu kasıb yazıçıya pul hesabına əsər yazdırır, gedib kübar məclislərdə lovğalanır.

- Necə düşünürsən, yaxşı yazıçı olmaq üçün əsərlər kifayət edirmi, yoxsa tərəfdaş, dost olan tənqidçi, imkan və vəzifə də gərəkdir?

- İmkan vacib şərtdir. Elə yazıçılar var ki, dillərdən düşmür. Bilirsən ki, imkanına görədir, kimsə qabağa düşüb tərifləyir, hansısa fəlsəfə axtarışı üçün dəridən-qabıqdan çıxır. Əsərin bəsitliyi bunu aydın şəkildə nümayiş etdirir. Hansısa tənqidçi nəyinsə müqabilində kimisə göylərə qaldırır, süni şəkildə ictimai fikrin diqqətində saxlayır. Ancaq belə sırımaq faktoru bu gün üçündür. Gələcək nəslin gözündən duman çəkiləcək. Müəllif və tənqidçi vəfat edəcək. Sırımaq faktoru da əriyib gedəcək, keçmişdə qalacaq. Onda oxucuya nəticə çıxarmaq üçün çətinlik yaranmayacaq. Və öz-özünə sual verəcək: “Bunun nəyini tərifləyiblər?”

- Necə düşünürsən, Azərbaycan yazıçısı nə vaxta qədər ondan-bundan sitat gətirəcək?

- Adi sosial şəbəkədə bir yazıçı o birinə “layk” qoymur ki, birdən sayı çoxalar, o ki qaldı özümüzdən sitat gətirə. Azərbaycan yazıçısından sitatı bu sahəyə aidiyyəti olmayan şəxslər gətirir. Çünki bilmir ki, usta ustanı, həkim həkimi bəyənmədiyi kimi, bizdə də belədir. Eləsi var ki, aldığı yeni xarici kitabların şəklini çəkib yuxarıdan yazır: “Ya Allah, başlayaq oxumağa”. Üstündən 1 ay keçir, həmin əsərlər barədə sual verəndə gözünü döyür. Adi oxucuya çatdırmaq istəyirlər ki, mən səndən fərqlənirəm, sən məndən aşağısan. Xarici müəllifləri oxumaq hər bir yazıçının borcudur, ancaq bunu şəkil vasitəsilə etmirlər. Sitat gətirməyin nəyə hesablandığını yaxşı bilirik, sadəcə gülümsəyib keçirik.

- Ədəbiyyatda qruplaşma var deyəsən, sən özünü hansısa qrupda görə bilirsən?

- Qruplaşma var, həmişə də olacaq. 20-ci əsrin əvvəllərində Əli bəy Hüseynzadə ilə Mirzə Cəlil arasında daimi mübarizə vardı. Bir-birinin yazı üslubunu və dilini bəyənməyiblər. Ancaq gizli şəkildə bilirdilər ki, hər ikisi yaxşıdır. Qruplaşma göz önündədir. Heç birində deyiləm. Mən, sadəcə yazıram. Neytral olmaq daha yaxşıdır. Bircə onu bilirəm ki, bir-birini tərifləmək kitab satışına hesablanıb. Olsun. Təki buna görə olsun.

- Səncə, yazıçılara dövlət qayğısı nə dərəcədədir?

- Qayğı var. Azacıq artırılsa, yaxşı olar. Bəzi təkliflərlə bağlı müraciət etmək istədim. Sonra vaz keçdim.

- Nə təklif?

- İstəyirdim ki, 20 yazıçının siyahısı tutulsun. İki il ərzində onlara hər ay 2 min manat verilsin. Ancaq bir şərtlə. İki ildən sonra ən azı “Buker” mükafatına yaxın olan əsər yazılmalıdır.

- Birdən alınmasa?

- Ən azından dünya səviyyəli 20 əsər yazılacaq. Belə peşəkar relsə düşmə yazıçının sonrakı əsərlərini də təkmilləşdirəcək. Daha ucuz əsər yazmayacaqlar.

- Azər, bir çox əsərin müəllifisən. O əsərlərdə özün varsan? Görünürsən?

- Heç bir əsərimdə özüm yoxam. Taleyimi əsərə köçürməyi xoşlamıram. Yalnız bir əsərdə bunu etmək niyyətindəyəm. O da bir epizodla bağlı. Vəsiyyət edəcəyəm ki, o əsər ölümümdən sonra dərc edilsin.

- Rahatsanmı?

- Tam rahat deyiləm. Sadəcə, anladım ki, 45 yaşdan sonra ömrün qürub çağıdır. Tələsirəm ki, yeni əsərlər yazım.

Tarix
2017.06.20 / 08:30
Müəllif
Faiq Balabəyli
Şərhlər
Digər xəbərlər

Bakı və İrəvan arasında razılaşma... – Almaniya XİN

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndlər qaytarıldı, general rəhbər heyəti topladı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla