Yuxarı

Zəhranın tək suçu vardı…

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sözlərin tükəndiyi anlar olur. Bəzən duyğularımızı necə ifadə edə biləcəyimizi bilmirik. Bax, tam olaraq indi bu anı yaşayırıq. Amma ən çox da ürəyimiz yanır. Bir Azərbaycan oğuz türk yurdunun kiçik, açılmamış qönçəsini soldurdular... Gələcəyini əlindən aldılar. Yaradanın ona bəxş etdiyi həyata vəhşicəsinə son qoydular. Bunu kim etdi? Niyə? Bu suallara cavab tapmaq, məncə, çox da çətin olmamalıdır! Siz də bilirsiniz kim etdi və səbəbi nədir…

Bəzilərinin vətəndən kənara çıxar-çıxmaz eyni süfrədə oturub yemək yediyi, “siyasət bizi ayırdı” dediyi, bəzilərinin tarixi faciələrimiz olan, 20 Yanvar, 26 Fevral, 31 Mart soyqırımlarının anılması tədbirlərinə qatılmayıb, “erməni dostlarımızdan ayıb olar” dediyi o şərəfsiz və vicdandan yoxsul ermənilər tərəfindən yenə, yenidən, bir daha bir Azərbaycan türk övladı qətlə yetirildi! Suçu Azərbaycan türk olmaq olan bu günahsız körpə vəhşi və şərəfsiz ermənilər tərəfindən qətlə yetirilən ilk türk deyildi.

İndi “vətən, millət, soykökümüzə dönmək” ifadələrindən qorxan və həmən şablon sözlər olan “faşizmə gərək yoxdur”, “irqçiliyin kimsəyə yararı olmaz” deyənlərə səslənirəm! Sizin dost və qardaş olduğunuz, qız verib, qız aldığınız ermənilər övladlarına doğular-doğulmaz “Türk sənin düşmənindir və iki dəniz (Qara dəniz və Xəzər dənizi) arasındakı torpaqlar sənin erməni atalarının tarixi torpaqlarıdır” deyə nəsihət edirlər. Sizlərsə onlara vətəndən kənarda dost, qardaş deyirsiniz. Bu gün bəziləri “bizim ermənilərlə bir problemimiz yoxdur və siyasət nəticəsində onlardan ayrıldıq” deyirlər. Bizi ermənilərlə siyasət ayırmadı. Biz heç bir zaman erməni ilə dost və qardaş olmadıq. Onlar bizim torpaqlarımıza sığınıb, bizim çörəyimizi yeyib, suyumuzu içib, qudurub soyumuzu qırmağa və yurdumuzu işğala başladılar. İndi siz “bizi siyasət ayırdı” deyirsiniz. Bu şarlatanlarla sözdə “humanist” və “kinsiz” olduqlarını zənn edənlər, siz vətən xainisiniz!

Milləti aldatmayın, erməniyə həsrətinizi bildirməkdənsə, gələcəyi əlindən alınan və qətlə yetirilən Azərbaycan türkü balalarımızın həsrətini çəkin! Bu söz sizin xoşunuza gəlməsə də, Azərbaycan türkü balalarının həsrətini çəkin!

Bu dəfə yenidən, iyulun 4-də erməni şərəfsizləri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi atəşə tutuldu. Bu təxribat nəticəsində kənd sakinləri 1967-ci il doğumlu Quliyeva Sahibə İdris qızı və 2015-ci il doğumlu Quliyeva Zəhra düşmən silahı ilə qətlə yetirildi! Tək suçları Azərbaycan türkü olmaq və Azərbaycan oğuz türk yurdunda öz torpaqlarına yaşamaq idi. Kiçicik bir türk qızı yenə şərəfsiz erməni atəşinə qurban getdi...

Bilinən haldir bu - erməni quldurları uşaq qatilidir. Onlar bu əclaf üzlərini bizlərə Xocalıda da göstərmişlərdi. Hətta bunu dünyaya duyurmaq üçün kitab belə yazmışlardı. Balayanın bu mövzuda yazdığı kitabının adı “Ruhumuzun canlanması”dır, kitabın adı belə ermənilərin türklərə qarşı soyqırım törətməkdən zövq alan bir faşist pisixologiyaya malik olduğuna işarə edir. Balayan etdikləri vəhşiliyi kitabında belə əks etdirir:

“Biz dostum Xaçaturla ələ keçirdiyimiz evə girərkən əsgərlərimiz 13 yaşında bir türk qızını pəncərəyə mismarlamışdı. Türk uşağının hay-küyü çox eşidilməsin deyə, Xaçatur uşağın anasının kəsilmiş döşünü onun ağzına soxdu. Daha sonra bu 13 yaşındakı türkə onların atalarının bizim uşaqlara etdiyini etdim. Başından, sinəsindən və qarnından dərisini soydum. Saata baxdım. Türk uşağı 7 dəqiqə sonra qan itkisindən öldü. İlk işim həkimlik olduğu üçün humanist idim, bunun üçün də türk uşağına etdiyim bu işgəncələr üçün özümdə narahatlıq hiss etdim. Amma ruhum xalqımın intiqamını aldığı üçün sevincli və qürurlu idi. Xaçatur daha sonra ölmüş türk uşağının cəsədini parça-parça doğradı və bu türklə eyni kökəndən olan itlərə atdı.

Axşam eyni işgəncəni daha üç türk uşağına etdik. Bir erməni vətən sevəri olaraq görəvimi yerinə yetirdim. Xaçatur da çox tərləmişdi, amma mən onun və digər əsgərlərimizin gözlərində intiqam və güclü mücadələ gördüm.

Ertəsi gün biz kilsəyə gedərək 1915-ci ildə ölənlərimiz və ruhlarımızın dünən gördüyümüz kirdən təmizlənməsi üçün dua etdik”(1).

Ermənilər bu vəhşiliyə yenə, yenidən, bir daha davam edir. Baxin bu Xocalı və Alxanlıdakı bu uşaqlar arasında heç bir fərq yoxdur!

Yenə düşmən öz məkirli siyasətinə davam edir! Biz bu görüntüləri unutmamalı və unutdurmamalıyıq. Bu gün Zəhra balamızın timsalında Xocalıda və digər faciələrimizdə qətl edilən körpələrimizin qanı yerdə qalmamalıdır! Unutmayin! “Tarix təkərürdən ibarətdir, heç dərs alınsa təkərrürmü edər!" Mehmet Akif Ərsoyun bu sözləri bizlərə dərin və anlamlı mesaj verir. Düşmən eynidir və siyasətinə də eyni dərəcədə davam edir!

Bu gün yenidən, bir daha yeni Zəhrəlarımızı itirməmək üçün tarixdən dərs çıxarmalıyıq. Bu gün bizim, Azərbaycan türk yurdunun güclü ordusu var və bizlər Zəhranın qanını yerdə qoymayacağıq.

Sonda kiçik, günahsiz mələyimiz Zəhradan bizi bağışlamasını diləyirəm. Çünki bizlər səsimizi yetərincə dünyaya duyurmağı bəzən bacarmırıq. Rəbbim onu cənnətinə aldı. Zəhramız da Xocalıda şəhid edilən körpə balalarımıza qonşu oldu.

Biz bunu unutmayacağıq və unutdurmayacağıq!

İstifadə edilən mənbə:

1.. islahhaber.net. "Hocalı soykırımı 23 yaşında! 13 yaşındakı çocuğun derisini soydum!"

İstanbul, 2017

Tarix
2017.07.06 / 08:45
Müəllif
Aynur Talıblı
Şərhlər
Digər xəbərlər

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

BƏM-də iclas: Azərbaycan Ermənistana qarşı…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla