Yuxarı

Arvadıyla bir qəbirdə dəfn olunan “Üzüklərin hökmdarı”

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Varislər" layihəsində

Xristofor Tolkien: Uğurun həmmüəllifi

Bizim oxucu və tamaşaçı zövqümüzün formalaşması çox vaxt böyük yazıçı, illüstrator-rəssam, tərcüməçi və b.-larının uşaqları, nəvə-nəticələrindən asılı olur. Məhz bu varislər nəyin harada və nə qədər nəşr olunacağını təyin edirlər.

Məhz onların sayəsində yeni, əvvəllər heç yerdə çap olunmamış əsərlər, gündəlik və məktublar ortaya çıxır. Məhz onların entuziazm və zəhmətkeşliyi doğma yazıçıları, onların yubileylərini, haqqındakı xatirələri unudulmağa qoymur.

Axar.az bu layihəsində oxucularına məşhur yazıçı, şair, tərcüməçi və naşirlərin doğma övladları və bu, ya digər yolla onların varisləri olmuş insanların taleyindən danışacaq.

Məhz C.R.Tolkienin varisi – oğlu Xristofor Tolkien sayəsində biz "Üzüklərin hökmdarı" əsəri və Britaniya yazıçısının digər gözəl bədii nümunələri ilə tanışıq.

"Ginnesin rekordlar kitabı"nda dünyada ən çox tirajla nəşr olunan kitabların siyahısı verilib. Əgər məlum səbəblər üzündən bu reytinqin ilk iki nümunəsini – Bibliya və Mao Tszeudunanın sitatlarını nəzərə almasaq, bu şərəfli siyahıdakı ilk müəllif Con Ronald Ruel Tolkien və onun bestselleri "Üzüklərin hökmdarı"dır.

Yazıçı sadəcə əsər yazmır, bütöv bir dünya, öz xalqları və dilləri olan bir planet yaradırdı. Tolkieni yüksək fentezinin banisi adlandırırdılar.

Yazıçı, linqvist, filoloq, poliqlot, Oksford universitetinin professoru C.R.Tolkien qəribə, qeyri-adi, istedadlı insan idi və eyni zamanda da ailəsinə ürəkdən sadiq idi – məşhurların həyatında nadir rast gəlinən hadisə!

O, Edit Meri Brettlə tanış olanda heç 16 yaşı tamam olmamışdı, qızın isə 19 yaşı var idi. Conu hələ 12 yaşında yetim qalarkən himayəsinə götürən katolik keşişi Frensis Morqan yetkinlik yaşına çatanadək qızla görüşməyi gəncə qəti qadağan edir. Tolkiyen onun sözündən çıxmağa cəsarət etmir (üstəlik Edit protestant icmasına mənsub idi, Con isə katolik, həm də ömrünün sonunadək çox mömin bir insan olaraq qalır). Con düz beş il Editə bir dənə də olsun məktub yazmır, bir dəfə də olsa onunla görüşüb danışmır. Ancaq 21 yaşı tamam olan günün axşamı qıza məktub göndərib sevgisini bəyan edir və onunla evlənmək istədiyini bildirir.

Edit adaxlısı ilə nişanı pozur, Tolkiyenə ərə gedir. Onlar 56 il birlikdə yaşayırlar. Yazıçı sevimli xanımının ölümündən dərhal sonra vəfat edir. Ər-arvadı bir qəbrə dəfn edirlər.

Belə bir ailədə və belə bir sevgidən dörd uşaq dünyaya gəlir: üç oğlan – Con, Maykl, Xristofor, bir qız – Pristsilla. O, əvvəlcə məhz özünün körpələri üçün hekayə və nağıllar uydurub söyləyir, sonra isə təhlükəli səyahətə yollanan məzəli insanın əhvalatını yazır. Demək olar ki, tamamilə təsadüfən nəşr olunmuş "Hobbit" və "Aralıq yer" haqqındakı trilogiyanın qazandığı uğur müəllifin özü kimi, naşir dostu Stenli Antuinanın da hədsiz təəccübünə səbəb olur. Şöhrət onu tapanda yazıçının yaşı artıq altmışı haqlamışdı.

Con Ronaldın vəfatından sonra onun ədəbi qəyyumu 1924-cü il təvəllüdlü kiçik oğlu Xristofor Con Ruel Tolkien (yeri gəlmişkən, Ruel Tolkienlərin irsi adıdır) oldu.

İxtisasca filoloq və redaktor olan Xristofor atasının əvəzedilməz köməkçisinə çevrilir. O, atasının yazdıqlarını oxuyur, düzəldir, nəşrə hazırlayırdı. C.R.Tolkienin vəfatından sonra isə Xristofor özünü bütövlükdə onun ədəbi irsi üzərində işə həsr edir. Xristofor atasının xətti ilə yazılmış vərəqləri toplayır, onları oxuyur, redaktə edir, mətnləri köçürür və illüstrasiyalar sifariş verirdi. O, "Üzüklərin hökmdarı"nı on iki cildə bölüb. C.Tolkien özünü böyük yazıçı hesab etmədiyindən hekayələri, roman və şeirlərini sistemləşdirməyib, nəşrə hazırlamayıb. Bəzən o, nə isə yazmağa balayar, sonra isə atardı. Yenidən yazmağa başlayanda isə qəhrəmanların və hadisələrin baş verdiyi yerlərin adlarını unudardı. Odur ki, oğlunun redaktə işi onun yaradıcılığı üçün həqiqətən də qiymətsiz idi.

Xristofor ikinci arvadı kanadalı Beyli ilə Fransada yaşayır. Atasının yaradıcılığının coxsaylı pərəstişkarları onlara rahatlıq vermir. Onlar məşhur fantastın varislərini izləyir, avtoqraf, pul vermələrini və ya sadəcə, ünsiyyətdə olmağı xahiş edirlər. Buna görə də Xristofor Tolkien çağırılmamış qonaqları qorxutmaq üçün malikanəsinin ərazisində vəhşi qabanlar saxlayır.

İnternetdə belə bir məlumat dolaşır ki, Xristofor guya kitabların ekranlaşdırlmasının əleyhinə olub və ümumiyyətlə, o, çox davakar və öcəşkəndir. Ancaq o, trilogiyanın kino variantını şərh edərkən bildirmişdi ki, pis kinonun əleyhinədir, yaxşı filmi isə həmişə dəstələyib. New Line Cinema şirkəti ilə məhkəmə işi filmin keyfiyyəti ilə deyil, ona ödənilmiş (daha doğrusu, Xristoforun fikrincə, ödənilməmiş) müəllif üçün ayrılmış 80 mln. dollarla bağlı idi. Xatırladaq ki, "Üzüklərin hökmdarı" 3 mlrd. dollar toplamışdı. Tərəflər məhkəmədən kənar danışıb razılaşmışdılar, bu da sonu.

Valideynlərinin varislik hüququna əsasən onlara keçən uğurlarından bəhrələnən bir çox övladlardan fərqli olaraq Xristofor Tolkieni cəsarətlə atasının müvəffəqiyyətlərinin həmmüəllifi adlandılrmaq olar. Belə ki, məhz onun redaktor-naşir kimi gördüyü böyük işlər Con Tolkienin ədəbi irsini bütün dünyanın varidatına çevirib.

Və digər övladları haqqında da qısaca

Con Frensis Ruel Tolkien həyatını Allaha və kilsəyə xidmətə həsr edib. O, əvvəlcə kapellan (katoliklərdə keşiş köməkçisi – tərc.), sonra isə İngiltərə və Fransada müxtəlif prixodların (xristianlarda: aşağı kilsə təşkilatı və bu təşkilat üzvlərinin yaşadığı yer, məhəllə - tərc.) baş keşişi olub. 2003-cü ildə 86 yaşında vəfat edib.

Maykl Hilari Ruel Tolkien 1920-ci ildə Oksfordda anadan olub. İkinci Dünya müharibəsi illərində hərbi əməliyyatlarda fəal iştirak edib. Müharibədən sonra müəllimliklə məşğul olub, şeirlər yazıb. 1984-cü ildə leykemiyadan vəfat edib.

Printsilla Enn Ruel Tolkien 1929-cu ildə anadan olub. Yazıçının yeganə qızı təqaüdə çıxanadək sadə ictimai işçi idi.

Tarix
2014.06.07 / 09:00
Müəllif
Əminə Xatun
Şərhlər
Digər xəbərlər

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla