Yuxarı

Xalq gözəl səsi olan hər ifaçını qəbul etmir – Xalq artisti

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hamının Məcnun kimi sevdiyi görkəmli sənətkarımız Mənsum İbrahimov sənətdə təkrarolunmaz izlər qoymaqla yanaşı, yeni xanəndələr də yetişdirir. O, uzun müddətdir maraqla izlənilən və Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycan Mədəniyyət Fondunun layihəsi əsasında keçirilən “Muğam televiziya müsabiqəsi”ndə münsifdir.

Xalq artisti, muğam ustası Mənsum İbrahimov Kult.az-a müsahibəsində elə sözügedən müsabiqə haqda maraqlı məlumatlar verdi.

- Mənsum bəy, cəmiyyətdə bu vaxta qədər keçirilən “Muğam televiziya müsabiqəsi”nin ən yaxşı ifaçılarının I və II müsabiqənin iştirakçıları olduğu fikri formalaşıb. Daha sonra təşkil edilən müsabiqələrdə iştirak edən ifaçılar niyə ilk müsabiqənin iştirakçıları kimi tanınmadı? Buna səbəb nədir?

- Razıyam ki, sonrakı müsabiqələrdə iştirak edən ifaçılar I və II müsabiqədə olanlar qədər güclü deyil. Çünki hər bir işin birincisi səs gətirən, çox güclü olur. Həmin müsabiqə Azərbaycanda ilk dəfə keçirilən “Muğam televiziya müsabiqəsi” idi. Ona görə də seçilən ən gözəl səslər o müsabiqədə bir yerə toplandı. Həmin müsabiqədəki 20-liyin demək olar, hamısı gözəl səslər idi. Hazırda da həmin xanəndələrin hamısı sənətdədir, artıq o uşaqların fəxri adları var. Onların hər biri xalqımız tərəfindən tanınır və sevilir. Ondan sonra keçirilən müsabiqələrdə də yaxşı səsi olan ifaçılar var idi. Belə iştirakçıların olmadığını desək, bu, səhv olar. Ancaq tam 20-liyin hamısı haqqında bunu demək olmaz. Hər müsabiqədə ən azı 2-3 nəfər xalqa tanıdılıb. I müsabiqədən Təyyar, Babək, İlkin, Bəyimxanım, Arzu, Aytən, II müsabiqədən Güllü, Elməddin xalqın sevimlisinə çevrilib. Bu sayı, təbii ki, artırmaq olar. Bu il keçirilmiş VI müsabiqədə də gözəl səsə malik ifaçılar var idi. Bəzən biz tənqidlərə məruz qalırıq ki, müsabiqə tez-tez keçirilir. Amma bu il keçirilən “Muğam televiziya müsabiqəsi” Azərbaycan xalqının potensialının böyük olduğunu göstərdi. Almaxanım, Pərviz Qasımov, Rəvanə, Səma, Nurlan, Valid öz ifaları ilə bunu sübut etdi. Sevindirici haldır ki, builki müsabiqədə bir nəfər də Güney Azərbaycandan olan ifaçımız Məcid Asri oldu. Fikrimcə, hər müsabiqədə 2-3 nəfər seçilirsə, bu, bizim uğurumuzdur. Çünki bu öhdəlik deyil, plan deyil. Bunu da nəzərə almalıyıq ki, hər gözəl səsi olan ifaçını da xalq qəbul etmir. Xalqın sevgisini qazanmaq özü də bir bacarıqdır.

- Növbəti muğam müsabiqələri keçiriləcəkmi? Müsabiqədə daha parlaq ifaçıların seçilməsi üçün hansı dəyişikliklər etməyi nəzərdə tutursunuz?

- Bu, Heydər Əliyev Fondunun layihəsidir. Buna rəhbərliyi Azərbaycanın I vitse-prezidenti Mehriban xanım Əliyeva edir. Layihənin əsas məqsədi ölkəmizdə olan istedadlı gəncləri, gözəl səsləri üzə çıxarmaq, sənətə, təhsilə cəlb etmək və xalqa tanıtmaqdır. Keçirilmiş 6 “Muğam televiziya müsabiqəsi”ndə artıq 120 ifaçı xalqa təqdim edilib. Növbəti illərdə də belə müsabiqələrin keçirilməsini nəzərdə tuturuq. Daha gözəl səsləri üzə çıxarmaq üçün bölgələrdə, hətta ucqar dağ kəndlərində belə ilkin seçim mərhələsini həyata keçiririk. Daha sonrakı mərhələlərdə isə bütün səslərə qulaq asdıqdan sonra yaxşıların yaxşısını qalib elan edirik. Münsiflərimizin qərarı çox obyektiv şəkildə verdiklərini düşünürəm. Çünki münsiflər heyətinin tərkibində olan şəxslər Azərbaycanın böyük sənətkarlarıdır. Münsiflər xalq artistləri Əlibaba Məmmədov, Arif Babayev, Səkinə İsmayılova, mən, Bəstəkarlar İttifaqının katibi, əməkdar incəsənət xadimi Sərdar Fərəcov, Yazıçılar Birliyinin katibi İlqar Fəhmi və “Mədəniyyət” telekanalının direktor müavini, əməkdar incəsənət xadimi Nadir Axundovdur. Bu layihəni təşkil edən hər kəsin məqsədi yaxşı ifaçını xalqa təqdim etmək, sənətimizdə yeni leyliləri, məcnunları görməkdir. Məni ən çox sevindirən budur.

- Bəs muğam müsabiqələrindən kənarda da parlaq ifaçılara dəstək olursunuzmu?

- Əlbəttə ki, muğam sənətinin inkişafı üçün biz də əlimizdən gələni etməyə çalışırıq. Tarzən Elçin Həşimov və kaman ifaçısı Elnur Əhmədovla birlikdə “Gəncləşən muğam” layihəsi təşkil edirik. Bizim bu layihədə əsas məqsədimiz müsabiqədən çıxan, yer tuta bilməyən, müsabiqədə ümumiyyətlə iştirak etməyən gəncləri bu sənətə gətirməkdir. Biz bu layihə çərçivəsində həm də tar və kamança ifaçılarına dəstək oluruq. Layihə çərçivəsində həm gənclərimizi tamaşaçılara təqdim edirik, həm də tanınmış xanəndələrin kompozisiya şəklində o ifaçılarla birləşib muğamlarımızdan kompozisiyalar qururuq. İndiyə qədər Heydər Əliyev Sarayında 6 layihəmiz keçirilib. Hər layihə çərçivəsində isə 40-50 ifaçının xalqa tanınmasına şərait yaratmışıq.

Tarix
2017.09.08 / 08:45
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

Bu, mütrüb-şüvənliyə son qoyulmalıdır – Ordumuz girsin!

Əliyevlə Japarov Ağdamda... - Foto

Prezidentlər Füzulinin dağıdılmış yerlərinə baxdılar - Foto

Etirazlar Tavuşdan kənara çıxdı: yollar bağlanır - Video

Yeganə ölkəyik ki, Rusiya və İranla... - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla