Yuxarı

Fədayə Laçın hamısını üstələdi

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün BMM-də Azərbaycan Mətbuat Şurasının təşkilatçılığı ilə “Mediada kriminal hadisələrin işıqlandırılması: İctimai maraqlar və peşəkarlıq” mövzusunda dəyirmi masa keçirildi.

Hadisələri qabaqlayım. “Ədalət” qəzetinin təsisçisi, millət vəkili Aqil Abbas “Köhnə hamam, köhnə tas olacaq” deyib çıxışına nöqtə qoydu. Deyəsən, elə belə də olacaq. Niyə? Çünki tədbir sonunda bir çox media kapitanı içəridə demədiklərini pilləkənlərdə dedi.

Xəbərlər verilməlidir. Kriminal olaylar xəbərlərdə öz əksini tapmalıdır. Sözsüz ki, tədbirdə kriminal xəbərlərin yayımlanmamasına hər hansı qadağanın olmasından bəhs olunmamışdı. Söhbətdə bu fikirlər öz əksini tapmışdı ki, belə xəbərlər ictimaiyyəti yanlış yola salır, insanlar cinayətdə suçlanan adamları qəhrəman kimi görürlər.

Qayıdaq tədbirin əvvəlinə. MŞ-nin sədri, millət vəkili Əflatun Amaşov tədbir öncəsi “Quqlda “Bakı-Tiflis-Qars”, “Fədayə Laçın”, “Dağlıq Qarabağ” və “Qoca” sözlərini yazıb axtarış verdik. Müvafiq olaraq 1-ci yerdə Fədayə, 2-ci yerdə Qarabağ, 3-cü yerdə Qoca oldu. Bakı-Tiflis-Qars sözü ilə srağagün mənzil başına çatan qatar kimi sırada çox uzaqda oldu”, - dedi.

Əflatun Amaşov kriminal xəbərlərin insanlara təsir etdiyini bildirdi. Dedi ki, dünyanın hər yerində olduğu kimi, bizdə də kriminal xəbərlərə maraq var: “Medianın insanların şüuruna təsirini unutmamalıyıq. Bu xəbərlər media vasitəsilə ictimaiyyətə təsir göstərir. Bu tip xəbərlərin sayının artması ölkədə cinayətkarlığın artımına təsir edir, tolerantlıq azalır, qorxu atmosferi yaranır. Cinayətkarların romantikcəsinə təqdimatı yeniyetmələrə daha çox təsir edir. Çünki bu yaşda onlar cinayətkarla qəhrəman arasında fərqi ayırd edə bilmirlər. Ən qorxulu məqamlardan biri bu cür xəbərlərdə hüquq-mühafizə orqanlarının düşmən kimi göstərilməsidir”.

Əflatun müəllimin dediklərində həqiqəti görməmək mümkünsüz. Tədbir boyu bunun yaranma səbəblərini ortaya gətirəcək heç nəyə toxunulmadı.

Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Vüqar Əliyevin çıxışı da yaddaqalan oldu:

“Müşahidələrimiz göstərir ki, bəzi kütləvi informasiya vasitələrimiz, əsasən internet media, rəqabət mühitində dövlət marağını unudur, cəmiyyətə yanlış məlumatlar verir. Cinayətkarı qəhrəman obrazında təqdim etmək nə dərəcədə düzgündür? Bəzi media orqanları bu mövzuda gün ərzində 10-a yaxın məlumat dərc etdi. Cinayətkarların həyatını təbliğ etməkdə məqsəd nədir?”

Məqsəd aydındır: Tiraj yığmaq, saytı daha oxunaqlı etmək, burda başqa heç bir səbəb ola bilməz.

Millət vəkili Bəxtiyar Sadıqov bildirdi ki, bunun bir səbəbi reytinq marağıdırsa, digəri qeyri-peşəkar yanaşmadır.

Aqil Abbas, Bəhruz Quliyev, Aydın Quliyev, Vüqar Rəhimzadə də mətbuatı qınamaqdan çəkinmədilər. Təəssüf ki, Bakı-Tiflis-Qars dəmir yolu kimi böyük bir layihənin reallaşdığı vaxtda, sosial şəbəkə və media qurumlarında aşağı səviyyəli şəxslərin reklamına maraq göstərdilər və sair və ilaxır.

“Bu tədbirə daha çox ciddi media qurumları dəvət edilib. Hesab edirəm ki, bu problemlər daha çox qeyri-ciddi mediadan qaynaqlanır. Azərbaycanda heç kimin oxumadığı media orqanları nə dövlətə, nə də oxucuya lazımdır. Bu cür mövzuları işıqlandırmadığımız halda həmin media qurumlarının arxasında qalırıq. Şiddət, zorakılığın necə işıqlandırılmasını dəfələrlə mövzu kimi işləmişik. Ümumi qənaət bu olub ki, belə xəbərlər verilməldir, lakin hadisələrin cəmiyyətə, həmin şəxslərin ailələrinə mənfi təsirinə yer verilməlidir. Bütün dünyada kriminal və şou-biznes xəbərləri böyük maraqla oxunur”.

Bunları isə “Teleqraf Media Qrupu”nun rəhbəri Aynur Camalqızı dedi.

Çıxış edənlərin əksəriyyəti mətbuatda daha qlobal, dövlətçiliyimiz üçün aktual olan məsələlərə toxundular və insanların niyə kriminal mövzulara və insanlara meyilli olmalarını sual etdilər. Cavabı tapa bildikmi?

Aqil Abbasın sözü hələ də yadımdadır: “Köhnə hamam, köhnə tas...”

Tarix
2017.11.08 / 17:40
Müəllif
Faiq Balabəyli
Şərhlər
Digər xəbərlər

Bağanis Ayrım kəndi minalardan təmizlənir

Sülhməramlılar Goran stansiyasında cəmləşdi - Foto

Bakı və İrəvan arasında razılaşma... – Almaniya XİN

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla