Yuxarı

Mən fövqəlinsanam: Aqşindən Seymura qədər, hamısı... - Herisçi

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kult.az Həmid Herisçi ilə müsahibəni təqdim edir:

- Sizi indi nə düşündürür, Həmid bəy? Ədəbiyyatımızın hansı düyünü qarşısında indi mat-məəttəllik?

- Yaxşı sualdı. Necə deyərlər, “kitabın düz ortasından”. Bədii ədəbiyyatda bir ciddi nöqtə, mövzu mövcuddur - “ədəbi qəhrəman” mövzusu. Misal üçün, Nizami Gəncəvidə bütün surətlər, demək olar, qəhrəmandır. Biri elə İsgəndər surəti. Xaqani, Fizulidə də qəhrəmanlar az deyil.

Ancaq indiki ədəbiyyatımızda, xüsusən gənc yazarların əsərlərində artıq “qəhrəman” surəti yoxdu, qurban var. Bu, necə baş verib? Niyə biz “qəhrəmanları” deyil, “qurbanları” sevirik?

İndi də gənc yazarlarımız əlləri şamlı bütün ölkəni gəzirlər. Harda bir bəxtsiz, uğursuz, başdanxarabın birini gördülər, sevincdən ovuclarını sürtürlər bir-birinə. Həmin uğursuz taleni guya götürüb qələmə alırlar. Müasir gənclərin yaradıcılığında, hələ ki, qurban qurəti dominantdı. Misal üçün, Mehdi Bəyazid kimi uğursuz, tənbəl, demoqoq birisinin ədəbiyyata qəhrəman kimi sırınması gülməlidir. Bəli, ədəbiyyatımızda belə uğursuz bir imza sahibi olub. Heç nə yaza bilməyib. Başlayıb boşboğazlığa. Beləcə də ölüb. Mən onu lap yaxından tanıyırdım. Səfəhin biriydi. Belə olmasa, Sabir Əhmədli kimi bir dahi onu işlədiyi “Ədəbiyyat qəzeti”ndə saxlayar, vəzifəsindən qovmazdı.

- Ədəbi tabut sevgisi...

- Ədəbiyyatı həmişə bir-iki peşə xəstəliyi müşayət edir. Bunlardan biri simvolizmdi, digəri dekandans. Gənc yazarlarımız həmin dekadansa mübtəladırlar. Bu səbəbdən uğursuz surətləri, bir növ “Bədbəxt Liza”ları sevirlər. Ölüm mövzusuna çox aludədirlər. Ölümə, Əzrailə bəraət qazandırırlar öz yaradıcılıqlarında. Tənqidçi Əsəd Cahangir gənc yazarlarımızın bu “dekadans” xəstəliyini yerində tənqid edib. Sübut edib ki, bizim gənc yazarlar hələ yazaçı deyillər, hələ ki, sıravi dekadentdırlər. Ölümü, uğursuzluğu ağızdolusu vəsf etməkdən ləzzət alırlar. Əsərlərini, “roman”larını Allaha pənah başlayıb, tez də çaşırlar. Sonra bu uğursuz mətnlərini Əzrailin köməyi ilə bitirirlər. Öz qəhrəmanlarını əslində ancaq elə özləri qətlə yetirirlər. Sonra deyirlər guya bu, “fələk qırmancı”dır. Ancaq bunun psixatriyada başqa adı mövcuddur: sado-mazoxizm. Bu səbəbdən sovet dövründə ədəbiyyatşünaslıq oxşar mücərrədçiliyi, dekadansı sevmirdi. Qəbul etmirdi. İndi həmin ədəbiyyatşünaslar yoxdur. Daha heç kim ənənəvi Şərq mücərrədçiliyini, dekadansını tənqid etmir. “Dərə xəlvət, tülkü yazıçı” - necə deyərlər.

- Tülkü yazıçılar?

- Ömər, bu gənclər deyəsən öz sərsəm yazılarına inanıblar möhkəm. Birisi o gün gör nə yazıb özü haqda: “Romanın son səhnəsini yazarkən bərk ağladım”. Heç nə. İstədim o son səhifəni oxuyum. Oxudum. Gözümə yaş gəlmədi. Başa düşdüm ki, bu bəddəxt gənc yazarlarımızın nəinki əsərləri, elə göz yaşları da saxtadır. Məncə, gənclərimizin yaradıcılığında bir başqa nöqsan mozalançılıqla, didaktika ilə bağlıdır. Bilirsiz, didaktika qədim Şərq xəstəliyidir. Şərq ədəbiyyatının əsas mürdəşiri bax bu didaktikadır. İndiki gənc yazarlarımız bu didaktikaya, bu qədim Şərq xəstəliyinə bərk yoluxublar - Aqşin Yeniseydən tutmuş Seymur Baycana qədər. Hər yazılarında xalqa ağıl qoyurlar, dərs keçirlər. Son nəticədə yuvarlanırlar didaktikaya. Yəni, problemi ədəbi mətndə həll edə bilməyib mövzunu didaktikaya çevirirlər. Ancaq, bilin-düyünlər ədəbi mətnlərdə açılır, didaktikada deyil.

- Bu didaktika bu gün bizə Avropa təfəkkürü kimi sırınır bəzi ədəbi saytlarda...

- Yalandı. Bu, köhnə Şərq didaktikasıdır. İndiki nihilist yazarlarımızın əsərlərində bu xətt aparıcıdır. İnanmıram bu didaktikadan tezliklə gənclərimiz əl çəksinlər. Bu xəmir hələ çox su aparacaq.

- Xatirə janrına, bioqrafik mətnlərə münasibətniz necədi?

- Hər adamın həyatı mənim kimi ictimai-məzmunlu deyil ki! Mənim atam Pişəvərinin sağ əli olub, fədai olub, şahı devirib... Gərək bəşəri məqam olsun. At belə getdi, qoyun ordan gəldi... – bu xatirəni ədəbiyyat adına tirajlamaq olmaz axı.

- Bayaq dediniz ki, ədəbiyyatımızda qəhrəman yoxdur. Bəlkə prototip problemi var?

- Yoxdur da. Onlar qəhrəman deyil axı. Polad Ələmdar səviyyəli bir qəhrəman var bizdə? Fikir verin, Koroğlu, Qaçaq Nəbi yaradıb vaxtilə xalqımız. Gördünüzmü son hadisələrdə necə dirçəltmək istədi yaddaşını?

- Fədayə Laçın və Qoca söhbətini deyirsiniz?

- Bəli. Xalq istəyir, təfəkkürdə, qan yaddaşında qəhrəman sevgisi var. Qaçaq Nəbiylə Həcər kimi deyilmi Qoca ilə Fədayə? Fikir verin, neçə əsr sonra. Rövşən Lənkəranski – qəhrəman odur. Düzdür, o mövzunu işləmək çətin olar bunlar üçün. Qoca daha yaxındı bunlara. Qadın da var işin içində. Ancaq mən Rövşəni necə yazmışdım? Yazmışdım ki, Rövşən həmin Rövşəndi (Koroğlu – red.), Ded Xasan da Həsən Paşa. Göndərməyə baxın hardan-hara. Çıxartdım mövzunu folklorun əlindən. Bu nöqtələri tapmaq lazımdır. Onda olur yeni material. Fikir verin, Qoca məsələsini işləmədim, qaldı jurnalistlərin əlində. Xəbər kimi də itdi-getdi...

- Sizin qəhrəman dedikləriniz ancaq kriminal aləmin üzvləridir?

- Ded Xasanı öldürmək asandır? Ümumittifaq səviyyəsində bir qətl idi. Ciddi məsələdir. Uğurlu qəhrəmandır. Məşhur troll şirkətinin rəhbəri var: Çingiz Aslanov. 27 yaşı var. Trampı prezident eləyən odur. Təsəvvür edirsiz? Dünyada ən məşhur haker qrupunun rəhbəridir. 40 nümayiş təşkil edib Amerikada. Azərbaycanlıdır. Qəhrəman odur! Və mən bu barədə “Qarğa dili” hekayəsini yazmışam.

- Mozalançılığı niyə tənqid edirsiz? Nə istəyirsiz Vaqif Mustafayevdən? Bəlki şəxsi qərəzdi, hə?

- Əvvəllər də demişəm - o yekəlikdə “Azərbaycanfilm” kinostudiyasını “Mozalan” satirik jurnalı yıxdı. Döndü kinomuzun, teleməkanımızın aparıcı xəttinə. Akademik teatr səhnəmizi də bu mozalançılıq məhv etdi - Muskomediya Azdramı məhv etdi. Bu ənənə Cəlildən, Axundovdan qalmadır. Sonra o düşdü gənc yazarlarımızın, rejissor Vaqif Mustafayevin əlinə. İndi bu “mozalançılıq” teatr, kino, TV sənətimizin əsl bəlasına çevrilib. Azərbaycan kinosu, ədəbiyyatı, TV sənəti bu janrın əsiridir. Qara köləsidir.

- Tənqidçiliyi qəbul etmirsiz?

- Çalışıram təkcə nöqsanları görməyim, həyatımızın müsbət tərəflərini də görüm.

- Rafiq Tağı da tənqid edirdi.

- Hə. Rafiq Tağı da tənqid edirdi. Dedi ki, iqtidar pisdir, sonra dedi, müxalifət də pisdir, sonra da dedi ki, din də pisdir: Axırda dedi, ümumiyyətlə, xalq da pisdir. Amma cürəti çatmadı ki, “Rafiq Tağı da pisdi” desin. Sən bilmirsən e, bu fikir formalaşıb. Belə bir fikir formalaşıb artıq, “bizim xalq pisdir”, “biz üçüncü növ xalqıq”. Bilirsən nə qədər təhlükəlidi bu fikir? Kənddə, qəsəbədə, şəhərdə - hər yerdə bu fikir dolaşır. Nə erməni, nə gürcü, nə rus özü haqda belə anons verir. Erməni bizi sevmir, bizə nifrət edir, amma özünü sevir. Biz erməniyə də nifrət edirik, özümüzü də.

- Mənə elə gəlir, siz ədəbi mətnə möcüzə məkanı kimi baxırsız.

- Bəli. Bugünkü nəsr estetik məzmununu sürətlə itirir. Ancaq, möcüzəli, mistik məzmununu itirmir, əksinə günü-gündən artırır. Əsərlərimdə bunu göstərmişəm. Dövrümüzün ən son mistik əsərlərini qələmə almışam - “İtlər vadisi” hekayəmi oxusaz, bu sizə tam aydın olar. Özüm kimi başqa bir mistik yazıçı tanımıram. Varsa, göstərin.

- Dediniz ki, ədəbi qəhrəman problemi var, bəs siz qəhrəman yaratmısız?

- Bəli. “Solaxay” romanımın qəhrəmanı əsl qəhrəmandır. İkiəlli ambidekstrdir. Həm sağ, həm sol əllərini, beyin yarımkürələrini istədiyi kimi idarə edir. O, kamil insandır. Gənclərimiz kimi dekadent deyil.

- Post-insandı yəni...

- Bəli, post-insan. Onu ədəbiyyatımıza biz gətirdik. Sevinin. İşinizi xeyli yüngülləşdirdim. Əsl istedad bircə nəfərdə olur adətən - Bircə nəfərdə. Cütü, kotanı bax bu öküz çəkir, şeiri o yazır. Qalanları aranjımançılıqla məşğul olurlar. Qəhrəmanı o gətirir ədəbiyyata. Başqalarından bunu gözləməyin.

- Post-insan sözdü, yoxsa insan?

- Post-insanam da mən. Bəli, mən fövqəlinsanam.

- Post-insan inanır? Yoxsa sintetik - hiss-həyəcandan, emosiyalardan arınmış varlıqdır?

- Yox. İnanır. Düzdür, inanc intim, fərdi məsələdi. Amma sizə deyim ki, fövqəlinsan Allahla birbaşa əlaqədədir. Vasitəsiz əlaqə.

- Peyğəmbərlik?

- Müəyyən qədər, hə. Peyğəmbərlik məktəbinin təzahürləri var.

- Siz də İmam Mehdini gözləyirsiniz?

- Əlbəttə. İnsan, ölülər diriləcək. Dirilməyə inanıram. Düşünürəm ki, ölüm yoxdur, anabioz (uzunmüddətli yuxu) var. Hərə öz payını alacaq.

- Üst qüvvələrə inanırsınız? Yəni bizi idarə edən kimlərsə var? Masonlar...

- Mən üst qüvvələrlə çox yaxın təmasda olmuşam. Moskvada da, Bakıda da. BMT-nin informasiya şöbəsinin rəhbərləri səviyyəsində görüşlərim olub. Paranormal hadisələr məxvi saxlanılır. Xüsusi adamlara təhvil verilir. Kuratorlarla oturub söhbətləşmişik. Bəzi adamların neytrallaşmağında mənim məsləhətlərimdən yararlanıblar. Beynəlxalq kəşfiyyat idarə rəhbərlərinin hamısıyla tanışlığım var. Fövqəlinsan belə olur.

- İndiki yazarları aranjmançı deyirsiz...

- Bəli. Onlar hələ ki, müəllif deyillər.

- Senzura tətbiq edilsin bəlkə? Xüsusi idarə yaradılsın...

- Bəli, mən senzura tərəfdarıyam. Senzura mütləqdir. Ədəbiyyatda və cəmiyyətdə senzura bərpa olunsa, sevinərəm. Sizə elə gəlir söz azadlığı yaxşıdır? Gördük də azadlıq olanda nə olur. AYO-nun timsalında gördük. Hamı sözbaz olur, hamı deyir, hamı tənqid edir, amma çıxış yolu göstərən yoxdu. Demaqogiya ilə məşğul olurlar.

- Dinlə mübarizə aparmayaq, tənqid etməyək. Yaxşı, bəs siz nə məsləhət bilirsiniz? Çıxış yolu nədir?

- Özümüzlə, öz eqomuzla dava aparmalıyıq. Fikir verin, Avropada ədəbiyyat çökür. Şeir yoxdu daha orda. Sintetikləşdi hər şey. Bitdi ədəbiyyat. Dinə, mistikaya dayanmayan ədəbiyyatın çöküşü labüddür. Din çox böyük anlayışdır. O qədər rahat deyil ki, xəkəndaz-süpürgə götürüb süpürəsən. Ki, o süpürgə də Cəlilin, Rafiq Tağının, Vaqif Mustafayevin əlində olacaq – mümkün deyil.

Tarix
2017.11.11 / 14:52
Müəllif
Ömər Xəyyam
Şərhlər
Digər xəbərlər

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla