Yuxarı

Türkiyəli qız Azərbaycana gəlir, meşədə... – Pərvizin çəkdiyi

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kult.az Kəramət Böyükçölün rejissor Pərviz Həsənovla müsahibəni təqdim edir.

– Pərviz bəy, ilk tammetrajlı filminizin adı “Qulyabani”dir. Böyük filmdə ilk təcrübəniz necə təəssürat yaratdı?

– Həm janr olaraq, həm də ilk təcrübə kimi çox maraqlı idi. Son zamanalar komediya janrında belə bir məfhum yaranıb; ciddi və qeyri-ciddi film. Əslində isə belə bir şey yoxdur. Film filmdir və onun janrları var: komediya, dram, melodram və s.

– Son sözü quruluşçu rejissor deyir və filmin bütün məsuliyyəti onun üzərindədir. Amma siz daha çox ikinci rejissor kimi fəaliyyət göstərmisiniz. Bəs quruluşçu rejissor kimi çətin deyildi ki?

– Hər ikisinin məsuliyyətli tərəfləri var. Quruluşçu rejissor odur ki, sən qruppada birinci adamsan, bütün məsuliyyət sənin üstündədir. Bu film özəldir, yəni dövlət sifarişli deyil. Onu da deyim ki, dövlət sifarişli filmi çəkmək daha rahat olur. Yəni düşünürsən ki, nəsə bir problem çıxsa, arxanda dövlət var. Amma özəl sektorda məsələlər bir az başqa cür həll olunur. Gərək hər şeyi şəxsi prodüsserlərlə, şəxsi əlaqələrlə özün həll edəsən. Bu da gərək ya maddiyyatınla, ya da başqa formada həll olunsun.

Məsələn, yolu bağlamaq üçün və ya çəkiliş üçün hər hansı bir idarəyə girirsənsə, görürsən ki, şəxsi əlaqələrlə mümkün olmur, amma dövlət layihəsi, Mədəniyyət Nazirliyinin sənədi əlindədirsə, qapılar üzünə açıqdır. Məhz bu şeylərə görə deyirəm ki, özəl sektorda film çəkmək çox çətindir, ona görə də daha çox prodüsserlərlə işləməyə məcbur olursan. Əlindəki az büdcəylə məcbursan ki, həm iş görəsən, həm də 20-30 nəfərlik işçi qrup, aktyorlar razı qalsın. Həm də ortaq məxrəcə gəlmək çətin olur.

– Özəl sektorda işləməyin yaxşı cəhəti yoxdurmu?

– Ən yaxşı cəhəti odur ki, öz əlin, öz başın olur. O da bir yerə qədər.

– Son dövrlərdə çəkilən komediya filmlərindən çoxları şikayət edir. Sən özün bu komediyaları izləmisən?

– Bəli...

– Bu tənqidlər əsasən, nədən irəli gəlir?

– Tənqid edəndə nə olar ki? Kinonun ən böyük özəlliyi ondadır ki, o, kollektiv sənətdir. Və bunun üçün xeyli zaman lazımdır. Kinoda inkişaf ümumi komanda ilə birgə baş verir, sən fərdi şəkildə inkişaf edə bilməzsən. Bu isə zaman, təcrübə məsələsidir ki, insanlar yavaş-yavaş buna öyrəşsinlər.

– Niyə komediya filmi daha çox çəkilir?

– Çünki izləyicini daha çox zala gətirən komediya janrıdır.

– Komediya filmlərinin bu qədər geniş yayıldığı vaxtda düşünmürsünüz ki, uğur qazanmaq o qədər də asan deyil?!

– Razıyam, bizim o çoxluğun içində itib-batmaq təhlükəmiz də var. Amma mən hekayəmizə güvənirəm. Çünki mövzu yenidi.

– Nə üçün kommersiya filmlərinə qeyri-ciddi baxırlar? Kommersiya məqsədi ilə ciddi bir film çəkmək olmazmı?

–Tamaçaçı həmişə haqlıdı. Əgər izləyici pul verib zala gəlirsə, film görmək istəyir. Film adı ilə başqa bir şey yox. O ki qaldı qeyri-ciddi məsələsinə, təssüf ki, filmlə bəzi hallarda ciddi adamlar məşğul olmur, ona görə. Nəticədə qurunun oduna yaş da yanır...

Bayaq da dedim, ciddi və qeyri-ciddi film yoxdu. Əgər ciddi film dedikdə dram janrını nəzərdə tutursuzsa, hazırda izləyicinin marağı komediya janrınadır.

– Kommersiya filmləri maliyyə baxımından özünü doğrulda bilirmi? Yəni qazanc gətirə bilmirmi?

– Bizdə hazırda kino bazarı tam formalaşmıyıb. İstər yayımla, istərsə də vergilərlə bağlı bəzi çətinliklər var. Amma yenə də çalışırıq.

– Ciddi sənət əsərini cəmiyyətə təqdim etmək çətin məsələdir. Amma tanınmaq üçün görülən işə elə bir detal əlavə edilir ki, dərhal reaksiya doğurur, film isə tez bir zamanda məşhurlaşır. Sizin belə bir məqsədiniz varmı? Yoxsa cəmiyyətin təpkisindən çəkinirsiniz...

– “Qulyabanı” tamaşaçılar üçün nəzərdə tutulub. Məqsədimiz də odur ki, izləyiciyə normal və düzgün film verək. Bayağı zarafatlardan maksimum qaçmışıq. Gərək film ekranlara çıxanda utanmayasan...

– Filmin həcmi nə qədərdir?

– Bir saat on yeddi dəqiqə.

– Ümumiyyətlə, “Qulyabanı” nədən bəhs edir? Mümkünsə, mövzu, məzmun barədə bir qədər məlumat verərdiniz...

– Bu film dörd gəncin macərasından bəhs edir. Türkiyədən Azərbaycana gələn xanım jurnalistdir, onun bir rəfiqəsi bir neçə ay öncə Azərbaycanda olub, meşədə qəribə varlıq görüb qorxub və bunu qulyabanı sanıb. Bu məsələni rəfiqəsi jurnalist xanıma danışır və o da bu xəbəri hazırlamaq üçün Azərbaycana gəlir. Xəbərin ardında külli miqdarda məbləğ dayanır. Və bunu Azərbaycandakı rəfiqəsi Arzu ilə relallaşdırmaq istəyir. Arzu bunu Tərlana deyir, Tərlan isə dostu Zaura bildirir. Və onlar birləşib Qulyabanı kimi bir varlığı axtarmaq qərarına gəlirlər.

– Qulyabanı mifik, yəni həyatda olmayan obrazdır. Bəs bu ideya hardan ağlınıza gəldi? Çəkilişdə çətinliklər olmadı?

– Qulyabaninin nə olduğunu heç kim bilmir. Bizdə isə mifik obrazlara inanmaq kimi xüsusiyyət var. Hərənin beynində min cür nağıl var. Kim onu nə cür düşünürsə, qulyabani də odur.

– İdeya və ssenari müəllifi kimdir?

– İdeya Mürsəl Mahmudov, ssenari müəllifi Əlibəy Məmmədlidir.

– Son dövrlər çəkilən kommersiya filmlərindən xoşunuza gələn hansılardır?

– “Oğlan evi-1”, “Naxox”, “Hoqqa”, “Stalinin başı”, “Kəklikotu”, “Qız qaçırtma”...

– Filmlərində reklamlara çox yer ayrılır, bununla bağlı çox şikayətlər olur.

– Bizdə reklam yoxdur (gülür). Sağ olsun, baş prodüser Xaliq Əliyev bu məsələni həll elədi.

– Bəs İlqar Mikayıloğlu ilə işləmək necə idi? Yəqin, onun da ilk filmi idi.

- İlqar ciddi jurnalistdir, sayılan aparıcılardandır. Onunla işləmək çox xoş və rahat oldu.

– Neçə dubla oynayırdı?

– Digər peşəkar aktyorlar necə oynayırdısa, İlqar da elə oynadı. Mənə elə gəlir, İlqar bəy də bizdən razı qalıb.

– Sizin də gözəl aktrisa və ya yaraşıqlı aktyor tapmaq problemləriniz varmı?

– Xeyr. Ümumiyyətlə, Azərbaycanda aktyor problemi yoxdur. Kimsə aktyorla çalışmırsa, məşq etmək istəmirsə, bu, aktyorun problemi deyil.

Tarix
2018.02.16 / 08:45
Müəllif
Kəramət Böyükçöl
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla